Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-838/2022 16.08.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, X10 qızının katibliyi, barəsində protokol tərtib olunmuş hüquqi şəxs Şəxs MMCnin nümayəndələri X3 və Bakı şəhəri, 19 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair materiala məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş 27 aprel 2022-ci il tarixli 00100-0781/22 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. İş materiallarında olan 00100-0781/22 saylı, 27 aprel 2022-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan "PARRUS GROUP” MMC-nin ünvanına Çin Xalq Respublikasından 31B93110/31B93210 nömrəli yük nəqliyyat vasitəsi ilə, TRLU8786552 nömrəli konteynerdə PSG-55 nömrəli xx.xx.2022-ci il tarixli invovs sənədi üzrə idxal edilmiş və Bakı Bas Gömrük İdarəsində **********7644 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi ilə XİFMN üzrə “**********” alt varım mövqeyində bəyan edilmiş yüklərə dair mal müşayiət sənədlərinin düzgünlüyünün araşdırılması zamanı malların XİFMN üzrə kodlarının düzgünlüyünün müəyyən edilməsi üçün X5 idarəsinə müraciət olunmuş, həmin İdarədən 2200-012/003- 25/002177 nömrəli xx.xx.2022-ci il tarixli cavab məktubu ilə BBGİ-nə göndərilmiş ekspert rəyinə əsasən PSG- 55 nömrəli xx.xx.2022-ci il tarixli invoysun 1,2,6-8-ci mövqeləri üzrə idxal edilmiş yüklərin XİFMN üzrə “**********" alt varımmövqeyində sinifləsdirildiyi, nəticədə, **********7644 sorğu nömrəli 11,04.2022-ei il tarixli gömrük bəyannaməsində bəyan edilmiş mallara görə "PARRUS GROUP” MMC tərəfindən idxal gömrük rüsumu üzrə 2346,09 AZN, ƏDV üzrə 422,31 AZN olmaqla ümumilikdə 2768,40 AZN əlavə gömrük ödənişlərinin ödənilməli olduğu aşkar edilmişdir. Qeyd olunan məsələ ilə əlaqədar Şəxs MMC-nin direktoru olan Azərbaycan Respublikasının vətəndaşı X1-sual edilmiş, o, direktoru olduğu "PARRUS GROUP” MMC-nin adına 2015-ci il tarixdən müxtəlif ölkələrdən “parket - döşəmə panelləri” yüklərinin idxalı və satışı ilə məşğul olduğunu, sonuncu dəfə Çin Xalq Respublikasının “X11 Co., LTD” şirkətindən PSG-55 nömrəli xx.xx.2022-ci il tarixli invoys sənədi üzrə ümumilikdə 1685,7 m2 “döşəmə panelləri" yüklərinin idxal edildiyini və həmin malların Bakı Bas Gömrük İdarəsində **********7644 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edildiyini, bəyan edilmiş malların göndərən şirkətin verdiyi müşayiət sənədlərinə əsasən gömrük bəyannaməsində qeyd edildiyini, lakin, gömrük rəsmiləşdirilməsi zamanı X5 İdarəsinə müraciət olunduğunu və PSG-55 nömrəli xx.xx.2022-ci il tarixli invoysun 1,2,6-8-ci mövqeləri üzrə idxal edilmiş yüklərin XİFMN üzrə “**********” alt varımmövqeyində sinifləsdirilməli olduğunu öyrəndiklərini, idxal etdikləri malların kodunun X5 İdarəsi tərəfindən düzgün müəyyən edilmədiyini, bu səbəbdən ekspert rəyi ilə razı olmadıqlarını və təkrar gömrük ekspertizasının keçirilməsini istədiklərini bildirmiş, eyni zamanda təkrar gömrük ekspertizasının keçirilməsi barədə Bakı Bas Gömrük İdarəsinə xx/xx/007851 daxili qeydiyyat nömrəli Vəsatət vermişdir. Araşdırma zamanı "PARRUS GROUP” MMC-nin direktoru olan Azərbaycan Respublikasının vətəndaşı X4 vəsatəti nəzərə alınmış və PSG-55 nömrəli xx.xx.2022-ci il tarixli invovs sənədi üzrə idxal edilmiş malların təkrar gömrük ekspertizasının keçirilməsi üçün 1400-013/0xx-xx/002340 nömrəli xx.xx.2022-ci il tarixli məktubla X5 İdarəsinə müraciət olunmuşdur. Həmin müraciət əsasında təkrar gömrük ekspertizasının aparılması məqsədilə X5 İdarəsində 2200/014Ş nömrəli xx.xx.2022-ci il tarixli Əmrə əsasən ekspert komissiyası yaradılmış və 2200-012/0xx-xx/002414 nömrəli məktubla BBGİ-nə göndərilmiş təkrar ekspertizanın rəyinə əsasən PSG-55 nömrəli xx.xx.2022-ci il tarixli invoysun 1,2,6-8-ci mövqeləri üzrə idxal edilmiş yüklərin XİFMN üzrə “**********” alt yarımmövqeyində sinifləşdirilməli olduğu müəyyən edilmişdir. Beləliklə, aparılmış araşdırma nəticəsində Şəxs MMC-nin ünvanına Çin Xalq Respublikasından PSG-55 nömrəli xx.xx.2022-ci il tarixli invoysun 1,2,6-8-ci mövqeləri üzrə idxal edilmiş yüklərin XİFMN üzrə “**********” alt yarımmövqeyində sinifləşdirilməli olduğu, nəticədə **********7644 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi ilə gömrük orqanına bəyan edilmiş yüklərə görə MMC tərəfindən ümumilikdə 2768,40 AZN əlavə gömrük ödənişlərinin ödənilməli olduğu müəyyən edilmişdir. Həmçinin, iş üzrə yaranmış əlavə gömrük ödənişlərinin məbləği və ödənişlərə dair hesab nömrəsi barədə "PARRUS GROUP’’ MMC-nin direktoru olan Azərbaycan Respublikasının vətəndaşı X7 1400- 013/0xx-xx/002591 nömrəli xx.xx.2022-ci il tarixli Bildiriş təqdim edilmiş, o, bildirişi qəbul edərək yaranmış əlavə gömrük ödənişlərini ödəmək niyyətinin olmadığını bildirmişdir. Nəticədə, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Qanunla müəyyən olunmuş qaydada və müddətdə iki dəfə məhkəmə iclası təxirə salınmaqla məhkəmə bildirişi göndərilməsinə baxmayaraq məhkəmə iclasına gəlmədiyi və səbəbini bildirmədiyi üçün məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsaslanaraq Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinın səlahiyyətli nümayəndəsinin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMC-nin nümayəndəsi Vəkil, Şəxs MMC-nin 2015-ci il tarixdən müxtəlif ölkələrdən “parket - döşəmə panelləri” yüklərinin idxalı və satışı ilə məşğul olduğunu, sonuncu dəfə Çin Xalq Respublikasının “X11 Co., LTD” şirkətindən PSG-55 nömrəli xx.xx.2022-ci il tarixli invoys sənədi üzrə ümumilikdə 1685,7 m2 “döşəmə panelləri” yüklərinin idxal edildiyini və həmin malların Bakı Baş Gömrük İdarəsində **********7644 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edildiyini, bəyan edilmiş malların göndərən şirkətin verdiyi müşayiət sənədlərinə əsasən gömrük bəyannaməsində qeyd edildiyini, lakin, gömrük rəsmiləşdirilməsi zamanı X5 İdarəsinə müraciət olunduğunu və PSG-55 nömrəli xx.xx.2022-ci il tarixli invoysun 1,2,6-8-ci mövqeləri üzrə idxal edilmiş yüklərin XİFMN üzrə “**********” alt yarımmövqeyində sinifləşdirilməli olduğunu öyrəndiklərini, idxal etdikləri malların kodunun X5 İdarəsi tərəfindən düzgün müəyyən edilmədiyini, bu səbəbdən ekspert rəyi ilə razı olmadıqlarını, bu faktın məhkəməyə təqdim edilmiş “X6” MMC-nin rəyində və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin rəyində öz əksini tapdığını bildirmişdir. Göstərilənləri nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMC-nin nümayəndəsi X3 vəkilin dedikləri ilə razı olduğunu, Şəxs MMC-nin barəsində olan inzibati xətaya dair iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC barəsində tərtib edilmiş protokol üzrə işin icraatına xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Dövlət Gömrük Komitəsinin Qida məhsullarının rəsmiləşdirilməsi şöbəsinin rəisi tərəfindən tərtib edilmiş raportdan görünür ki, Şəxs MMC-nın ünvanına 31B93110/31B93210 nömrəli nəqliyyat vasitəsilə, PSG-55 nömrəli 27 yanvar 2022-ci il tarixli invoys üzrə idxal olunmuş olub XİF MN-ə görə tarixli invoys sənədi ilə daxil olmuş “yığılmış döşəmə panelləri” yükünə **********7644 sorğu nömrəli 11 aprel 2022-ci il tarixli gömrük bəyannaməsi ilə gömrük orqanına bəyan edilmişdir. Sözü gedən gömrük bəyannaməsi üzrə bəyan edilmiş mallara dair mal müşayiət sənədlərinin düzgünlüyünün araşdırılması zamanı XİF MN üzrə hansı kod altında sinifləşdirildiyinin müəyyən edilməsi məqsədilə X5 İdarəsinə müraciət olunmuş, həmin İdarədən 2200-012/0xx-xx/002177 saylı xx.xx.2022-ci il tarixli məktubun nəticəsinə əsasən PSG-55 nömrəli xx.xx.2022-ci il tarixli invoys üzrə idxal olunmuş yük XİF MN-ə görə “4412 33 000 0” və “4412 33 000 0” sinifləşdirilir və gömrük bəyannaməsi ilə uyğunsuzluq aşkar edilib. Xarici iqtisadi fəaliyyət iştirakçısı tərəfindən əlavə ödəniləcək məbləğ idxal rüsumu 2346.09 manat, ƏDV 422.31 manat, ümumi 2768.4 manat təşkil edir. İş materiallarında olan X5 İdarəsinin 26 aprel 2022-ci il tarixli sənədindən görünür ki, ekspertizanın aparılması və sənədlərin araşdırılması nəticəsində müəyyən olunmuşdur ki, Şəxs MMC-nin ünvanına PSG-55 nömrəli, xx.xx.2022-ci il tarixli invoysun 1,2,6-8-ci mövqeləri üzrə idxal edilmiş yüklər XİFMN üzrə “**********” alt yarımmövqeyində sinifləşdirilir. İş materiallarında olan “X6” MMC-nin 18 may 2022-ci il tarixli 108 saylı ekspert rəyindən görünür ki, aparılmış tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, parket lövhəsi yalnız döşəmə vurulmasında (başqa sahədə istifadə olunmur), faner lövhəsi isə mebel istehsalında, avtomobil sənayesində və əsaslı təmirdə müxtəlif dülgər və xarrat məhsullarının istehsalında istifadə olunur, faner lövhəsi istehlakçı üçün hazır məhsul deyil, hansısa bir məhsulun istehsalı üçündür və ya tikinti və təmirdə alt qat kimi istifadə olunur. Bu səbəbdən də Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Mərkəzi Gömrük Komitəsi İdarəsinin tərtib etdiyi rəydə qeyd olunan - ekspertiza tədqiqatına təqdim edilmiş parket lövhələrinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 noyabr 2017-ci il tarixli, 500 saylı qərarının 9-cu bölməsində qeyd olunan XİF MN üzrə 4412 (Yapışqan vasitəsilə hazırlanmış fənər, fanerlənmiş panellər və laylı oduncaqdan analoji materiallar) mal mövqeyində və 4412 33 000 0 (digər, ən azı bir xarici təbəqəsi aşağıda qeyd olunan yarpaqlı ağac növlərinin oduncağından olan: qızılağac (Alnus spp.), göyrüş (Fraksinus spp.), fıstıq (Fagus spp.), tozağacı (Betula spp.), albalı (Prunus spp.), şabalıd (Castanea spp.), qarağac (Ulmus spp.), evkalipt (Eucalyptus spp.), qikoridən (Carya spp.), at şabalıdı (Aesculus spp.), cökə (Tilia spp.), ağcaqayın (Acer spp.), palıd (Quercus spp.), çinar (Platanus spp.), qovaq və ağcaqovaq (Populus spp.), yalançı akasiya (Robinia spp.), liriodendron (Liriodendron spp.) və ya qoz(Juglans spp.)) alt yarımmövqeyində sinifləşdirilməsi əsassızdır. Həmçinin bu yarımmövqedə sinifləşdirilən materialların ölçüləri “m2” ilə deyil, “m3” ilə hesablanır. Tədqiqatı aparılan malın ölçüsü isə yalnız “m2” hesablanır. Həmin parket lövhələri yalnız döşəmə vurulmasında istifadə olunan hazır məhsul olmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 noyabr 2017-ci il tarixli, 500 saylı qərarının 9-cu bölməsində qeyd olunan XİF MN üzrə 4418 (Deşikli ağac panelləri, yığılmış döşəmə panelləri, dam qontu və taxtapuş çiləkəni də daxil olmaqla, ağacdan inşaat, xarratlıq və dülgərlik məmulatları) mal mövqeyində qruplaşdırılması məqsədəmüvafiq hesab edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 iyul 2022-ci il tarixli 9/4031 saylı ekspert rəyində qeyd edilir ki, qeyd olunan xüsusatlara müvafiq aparılmış tədqiqat nəticəsində və eləcə də iş materiallarında olan “X6” MMC-nin rəyində göstərilən göstəricilərə əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”nə əsasən ekspertiza tədqiqatına təqdim edilmiş malların “4418 75 000 0” göstərilən kodlara uyğunluğu müəyyən edilir. İş materiallarında olan **********7644 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsindən görünür ki, PSG-55 nömrəli xx.xx.2022-ci il tarixli invoys üzrə idxal edilmiş yüklər XİFMN üzrə 441875 0000 mövqeyində sinifləşdirilmişdir. Göründüyü kimi Şəxs MMC tərəfindən PSG-55 nömrəli xx.xx.2022-ci il tarixli invoysun 1,2,6-8-ci mövqeləri üzrə idxal edilmiş yüklərin XİFMN üzrə 441875 0000 mövqeyində düzgün bəyan edilmişdir. Bu fakt iş materiallarında olan ekspert rəyi ilə də təsdiq edilir. Belə ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 iyul 2022-ci il tarixli 9/4031 saylı ekspert rəyində “4418 75 000 0” göstərilən kodlara uyğunluğu müəyyən edilmiş mallara dair Şəxs MMC tərəfindən bəyan edilmiş **********7644 sorğu nömrəli 11 aprel 2022-ci il tarixli gömrük bəyannaməsində göstərilən kod eynilik təşkil edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsinə əsasən gömrük ödənişlərini (borcunu) ödəməkdən yayınmağa görə, bu az miqdarda olduqda ödənilməli olan gömrük ödənişlərinin məbləğinin yetmiş faizindən yüz əlli faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4-cü maddəsinə görə inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4-cü maddəsinə görə inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, işin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarından görünür ki, Şəxs MMC tərəfindən PSG-55 nömrəli, 27 yanvar 2022-ci il tarixli invoysun 1,2,6-8-ci mövqeləri üzrə idxal edilmiş yüklər XİFMN üzrə düzgün bəyan edilmiş, ona görə də əlavə gömrük ödənişləri yaranmamışdır. Qeyd edilənlərə əsasən məhkəmə, hesab edir ki, inzibati xəta hadisəsi olmadığından hazırki iş üzrə Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 55.4-cü maddəsinə əsasən məsrəflər haqqında qəbul edilmiş qərar inzibati tənbeh tətbiq edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarda göstərilir. Bu səbəbdən, inzibati iş üzrə icraata xitam verildiyi nəzərə alınaraq keçirilmiş ekspertiza xərci olan 100 (yüz) manat məbləğində pul vəsaiti dövlət hesabına Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.1, 105, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. İnzibati xəta haqqında iş üzrə ekspertiza xərcinin dəyəri olan 100 (yüz) manat məbləğində pul vəsaiti dövlət büdcəsindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, X2 Kodu 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ ********************, SWİFT CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34STRE********************) hesabına köçürülsün. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №3(009)-838/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-838/2022
16.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver