Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-839/2022 03.06.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi ilə, Şəxs MMC-nin vəkili Nümayəndə2 iştirakı ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 505-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş 28 aprel 2022-ci il tarixli 00100-0840/22 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar baxılması üçün Səbail Rayon məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, PARRUS GROUP” MMC-nin ünvanına Cin Xalq Respublikasından 46B46110/46B46210 nömrəli yük nəqliyyat vasitəsi ilə, DFSU2356648 nömrəli konteynerdə PSG-56 nömrəli xx.xx.2022-ci il tarixli invoys sənədi üzrə idxal edilmiş və Bakı Baş Gömrük İdarəsində **********7645 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi ilə XİFMN üzrə “**********” alt yarımmövqeyində bəyan edilmiş yüklərə dair mal müşayiət sənədlərinin düzgünlüyünün araşdırılması zamanı malların XİFMN üzrə kodlarının düzgünlüyünün müəyyən edilməsi üçün X2 İdarəsinə müraciət olunmuş, həmin İdarədən 2200-017/003- 25/002434 nömrəli xx.xx.2022-ci il tarixli cavab məktubu ilə BBGİ-yə göndərilmiş ekspert rəyinə əsasən PSG-56 nömrəli xx.xx.2022-ci il tarixli invoysun 1-ci, 3-cü və 4-cü mövgeləri üzrə idxal edilmiş yüklərin XİFMN üzrə “**********” alt yarımmövqeyində sinifləşdirildiyi, nəticədə, **********7645 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsində bəyan edilmiş mallara görə "PARRUS GROUP” MMC tərəfindən idxal gömrük rüsumu üzrə 1502,69 azn, ƏDV üzrə 270,48 azn olmağla ümumilikdə 1773,17 AZN əlavə gömrük ödənişlərinin ödənilməli olduğu aşkar edilmişdir. Qeyd olunan məsələ ilə əlaqədar "PARRUS GROUP” MMC-nin direktoru olan Azərbaycan Respublikasının vətəndaşı X1-sual edilmiş, o, direktoru olduğu "PARRUS GROUP” MMC-nin adına 2015-ci il tarixdən müxtəlif ölkələrdən “parket - döşəmə panelləri” yüklərinin idxalı və satışı ilə məşğul olduğunu, sonuncu dəfə Çin Xalg Respublikasının “X6 Co., LTD” şirkətindən PSG-56 nömrəli xx.xx.2022-ci il tarixli invoys sənədi üzrə ümumilikdə 1676,2 m2 “döşəmə panelləri” yüklərinin idxal edildiyini və həmin malların Bakı Baş Gömrük İdarəsində **********7645 sorğu nömrəli 11.04,2022-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edildiyini, bəyan edilmiş malların göndərən şirkətin verdiyi müşayiət sənədlərinə əsasən gömrük bəyannaməsində qeyd edildiyini, lakin, gömrük rəsmiləşdirilməsi zamanı X2 İdarəsinə müraciət olunduğunu və PSG-56 nömrəli xx.xx.2022-ci il tarixli invoysun 1-ci, 3-cü və 4-cü mövgeləri üzrə idxal edilmiş yüklərin XİFMN üzrə “**********” alt yarımmövgeyində sinifləşdirilməli olduğunu öyrəndiklərini, idxal etdikləri malların kodunun X2 İdarəsi tərəfindən düzgün müəyyən edilmədiyini, bu səbəbdən ekspert rəyi ilə razı olmadıqlarını və yaranmış gömrük ödənişlərini ödəmək niyyətinin olmadığını bildirmişdir. Araşdırma zamanı Şəxs MMC-nin adına eyni göndərən şirkətdən idxal edilmiş və Bakı Bas Gömrük İdarəsində **********7644 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş eyni adlı malların da XİFMN kodunda uyğunsuzlug aşkar edildiyi, nəticədə Şəxs MMC barəsində AR İXM-nin 505-ci maddəsi ilə 00100-0781/22 nömrəli iş üzrə toplanmış materialın aidiyyəti üzrə baxılması üçün 1400-013/0xx-xx/002597 nömrəli xx.xx.2022-ci il tarixli məktubla Bakı şəhəri Səbail rayon məhkəməsinə göndərildiyi müəyyən edilmişdir. Beləliklə, aparılmış araşdırma nəticəsində "PARRUS GROUP” MMC-nin ünvanına Çin Xalq Respublikasından PSG-56 nömrəli xx.xx.2022-ci il tarixli invoysun 1-ci, 3-cü və 4-cü mövqeləri üzrə idxal edilmiş yüklərin XİFMN üzrə “**********" alt yarımmövqeyində sinifləşdirilməli olduğu, nəticədə **********7645 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi ilə gömrük organına bəyan edilmiş yüklərə görə MMC tərəfindən ümumilikdə 1773,17 AZN əlavə gömrük ödənişlərinin ödənilməli olduğu müəyyən edilmişdir. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMC-nin vəkili Nümayəndə2, "PARRUS GROUP” MMC-nin 2015-ci il tarixdən müxtəlif ölkələrdən “parket döşəmə panelləri” yüklərinin idxalı və satışı ilə məşğul olduğunu, sonuncu dəfə Çin Xalq Respublikasının “X6 Co., LTD” şirkətindən PSG-56 nömrəli xx.xx.2022-ci il tarixli invoys sənədi üzrə ümumilikdə 1676,2 m2 “döşəmə panelləri” yüklərinin idxal edildiyini və həmin malların Bakı Baş Gömrük İdarəsində **********7645 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edildiyini, bəyan edilmiş malların göndərən şirkətin verdiyi müşayiət sənədlərinə əsasən gömrük bəyannaməsində qeyd edildiyini, lakin, gömrük rəsmiləşdirilməsi zamanı X2 İdarəsinə müraciət olunduğunu və PSG-56 nömrəli xx.xx.2022-ci il tarixli invoysun 1-ci, 3-cü və 4-cü mövqeləri üzrə idxal edilmiş yüklərin XİFMN üzrə “**********” alt yarımmövqeyində sinifləşdirilməli olduğunu öyrəndiklərini, idxal etdikləri malların kodunun X2 İdarəsi tərəfindən düzgün müəyyən edilmədiyini, bu səbəbdən ekspert rəyi ilə razı olmadıqlarını, bu faktın məhkəməyə təqdim edilmiş “X3” MMC-nin rəyində də öz əksini tapdığını bildirmişdir. Göstərilənləri nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etdi. Protokol tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin məhkəmə iclasına gəlməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş qurumun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsində nəzərdə tutulan əməli törətməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Dövlət Gömrük Komitəsinin Qida məhsullarının rəsmiləşdirilməsi şöbəsinin rəisi tərəfindən tərtib edilmiş raportdan görünür ki, "xxxx" MMC-nın ünvanına 46B46110/46B46210 nömrəli nəqliyyat vasitəsilə, PSG-56 nömrəli 27.01,2022-ci il tarixli invoys üzrə idxal olunmuş olub XİF MN-ə görə tarixli invoys sənədi ilə daxil olmuş “yığılmış döşəmə panelləri” yükünə **********7645 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi ilə gömrük orqanına bəyan edilmişdir. Sözü gedən gömrük bəyannaməsi üzrə bəyan edilmiş mallara dair mal müşayiət sənədlərinin düzgünlüyünün araşdırılması zamanı XİF MN üzrə hansı kod altında sinifləşdirildiyinin müəyyən edilməsi məqsədilə X2 İdarəsinə müraciət olunmuş, həmin İdarədən 2200-017/0xx-xx/002434 saylı xx.xx.2022-ci il tarixli məktubun nəticəsinə əsasən PSG-56 nömrəli 27.01,2022-ci il tarixli invoys üzrə idxal olunmuş yük XİF MN-ə görə “4412 33 000 0” və “4412 33 000 0” sinifləşdirilir və gömrük bəyannaməsi ilə uyğunsuzluq aşkar edilib. Xarici iqtisadi fəaliyyət iştirakçısı tərəfindən əlavə ödəniləcək məbləğ idxal rüsumu 1502.69 manat, ƏDV 270.48 manat, ümumi 1773.17 manat təşkil edir. İş materiallarında olan X2 İdarəsinin xx.xx.2022-ci il tarixli sənədindən görünür ki, ekspertizanın aparılması və sənədlərin araşdırılması nəticəsində müəyyən olunmuşdur ki, Şəxs MMC-nin ünvanına PSG-56 nömrəli, xx.xx.2022-ci il tarixli invoysun 1-ci, 3-cü və 4-cü mövqeləri üzrə idxal edilmiş yüklər XİFMN üzrə “**********” alt yarımmövqeyində sinifləşdirilir. İş materiallarında olan “X3” MMC-nin 18 may 2022-ci il tarixli 108 saylı ekspert rəyindən görünür ki, aparılmış tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, parket lövhəsi yalnız döşəmə vurulmasında (başqa sahədə istifadə olunmur), faner lövhəsi isə mebel istehsalında, avtomobil sənayesində və əsaslı təmirdə müxtəlif dülgər və xarrat məhsullarının istehsalında istifadə olunur, faner lövhəsi istehlakçı üçün hazır məhsul deyil, hansısa bir məhsulun istehsalı üçündür və ya tikinti və təmirdə alt qat kimi istifadə olunur Bu səbəbdən də Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Mərkəzi Gömrük Komitəsi İdarəsinin tərtib etdiyi rəydə qeyd olunan - ekspertiza tədqiqatına təqdim edilmiş parket lövhələrinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 noyabr 2017-ci il tarixli, 500 saylı qərarının 9-cu bölməsində qeyd olunan XİF MN üzrə 4412 (Yapışqan vasitəsilə hazırlanmış fənər, fanerlənmiş panellər və laylı oduncaqdan analoji materiallar) mal mövqeyində və 4412 33 000 0 (digər, ən azı bir xarici təbəqəsi aşağıda qeyd olunan yarpaqlı ağac növlərinin oduncağından olan: qızılağac (Alnus spp.), göyrüş (Fraksinus spp.), fıstıq (Fagus spp.), tozağacı (Betula spp.), albalı (Prunus spp.), şabalıd (Castanea spp.), qarağac (Ulmus spp.), evkalipt (Eucalyptus spp.), qikoridən (Carya spp.), at şabalıdı (Aesculus spp.), cökə (Tilia spp.), ağcaqayın (Acer spp.), palıd (Quercus spp.), çinar (Platanus spp.), qovaq və ağcaqovaq (Populus spp.), yalançı akasiya (Robinia spp.), liriodendron (Liriodendron spp.) və ya qoz(Juglans spp.)) alt yarımmövqeyində sinifləşdirilməsi əsassızdır. Həmçinin bu yarımmövqedə sinifləşdirilən materialların ölçüləri “m2” ilə deyil, “m3” ilə hesablanır. Tədqiqatı aparılan malın ölçüsü isə yalnız “m2” hesablanır. Həmin parket lövhələri yalnız döşəmə vurulmasında istifadə olunan hazır məhsul olmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 noyabr 2017-ci il tarixli, 500 saylı qərarının 9-cu bölməsində qeyd olunan XİF MN üzrə 4418 (Deşikli ağac panelləri, yığılmış döşəmə panelləri, dam qontu və taxtapuş çiləkəni də daxil olmaqla, ağacdan inşaat, xarratlıq və dülgərlik məmulatları) mal mövqeyində qruplaşdırılması məqsədəmüvafiq hesab edilmişdir. İş materiallarında olan 0044 saylı, xx.xx.2021-ci il tarixli Şəhadətnamənin surətindən görünür ki, “X3” MMC “Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin üzvüdür. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Eksperti İxtisası verilməsi barədə şəhadətnaməsindən görünür ki, X4 Məhkəmə Ekspertizası Mərkəzinin Ekspert-ixtisas komissiyasının “05" iyun 2014-cü tarixli “13" №-li qərarı əsasında ədliyyə nazirinin "11" iyul 2014-cü il tarixli 252-K" №-li əmri ilə “11 "iyul 2014-cüil tarixdən məhkəmə mühəndis – texniki ekspertizası tikinti - texniki obyektlərin tədqiqi məhkəmə eksperti ixtisası üzrə ekspertiza keçirmək hüququ verilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsinə əsasən gömrük ödənişlərini (borcunu) ödəməkdən yayınmağa görə, bu az miqdarda olduqda-ödənilməli olan gömrük ödənişlərinin məbləğinin yetmiş faizindən yüz əlli faizinədək məbləğdə cərimə edilir. Qeyd: 1.Bu maddədə “az miqdarda olduqda” dedikdə, iyirmi min manatdan yuxarı olmayan məbləğ başa düşülür. 2.Bu maddədə nəzərdə tutulmuş əməli ilk dəfə törətmiş şəxs inzibati xəta nəticəsində vurulmuş ziyanı tamamilə ödədikdə inzibati məsuliyyətdən azad olunur Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Həmin Məcəllənin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, işin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarından görünür ki, Şəxs MMC tərəfindən PSG-56 nömrəli, xx.xx.2022-ci il tarixli invoysun 1-ci, 3-cü və 4cü mövqeləri üzrə idxal edilmiş yüklər XİFMN üzrə düzgün bəyan edilmiş, ona görə də əlavə gömrük ödənişləri yaranmamışdır. Qeyd edilənlərə əsasən məhkəmə, hesab edir ki, inzibati xəta hadisəsi olmadığından hazırkı iş üzrə Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 128-130 və 505-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin (28 aprel 2022-ci il tarixli 00100-0840/22 nömrəli inzibati xəta haqqında protokol). Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bir başa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Günel Səmədova
Məhkəmə qərarları › İş №3(009)-839/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-839/2022
03.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver