Məhkəmə qərarları › İş №3(009)-839/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-839/2024

27.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-839/2024 27.03.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Şirməmmədova Günel Lətif qızının katibliyi, Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin polis sahə rəisi X3, Barəsində inzibati tənbehvermə haqqında qərar çıxarılmış şəxs X4 iştirakları ilə, Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin xx.xx.2024-cü il tarixli EPQ ******* nömrəli inzibati tənbehvermə barədə qərarından X7 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X7 şikayətlə məhkəməyə müraciət edərək Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin xx.xx.2024-cü il tarixli EPQ ******* nömrəli inzibati tənbehvermə barədə qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X7 12 mart 2024-cü il tarixdə saat 23:00 radələrində əvvəlcədən tanıdığı əcnəbi vətəndaşla şam etmək üçün “Radisson” otelinin restoranına gedib. Restoranda yer olmadığına görə (room-servise) yeməklərin nömrələrə çatdırılması xidmətindən istifadə edərək otağa sifariş ediblər. Sifariş icra olunanadək oraya əcnəbi vətəndaşın iki nəfər başqa tanışı da gəlib. Bu vaxt X7 əllərini yumaq üçün bir neçə dəqiqəlik otaqdan çıxıb, lakin qayıdanda ona məxsus çantadan şəxsiyyət vəsiqəsinin və pulunun oğurlandığının şahidi olub. Bundan sonra DİN 102 xidmətinə zəng edərək oğurluq barədə məlumat verib. Bir müddət sonra hadisə yerinə polis əməkdaşları yaxınlaşıb və X4 oğurlanmış əşyalarını taparaq ona geri qaytarıblar. Daha sonra polis əməkdaşları X5 və əcnəbi vətəndaşları izahatlarının alınması üçün Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinə çağırıblar. X2 polis bölməsində qanunsuz olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 524-cü maddəsi ilə 100 manat məbləğində cərimələnib. Qeyd edilənlərə əsasən Səbail rayon Polis İdarəsi 39-cu polis bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli EPQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati tənbehvermə haqqında qərar çıxarılmış şəxs X7 şikayətini müdafiə edərək Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 39cu Polis Bölməsinin xx.xx.2024-cü il tarixli EPQ ******* nömrəli inzibati tənbehvermə barədə qərarının ləğv edilməsi və qeyd olunanlara əsasən şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin sahə rəisi X6 izahatında bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 03:21-də X7 tərəfindən DİN 102 xidmətinə Bakı şəhəri, Səbail rayonu, “Radisson” oteldə şəxsiyyət vəsiqəsinin və 300 manat pulunun oğurlanması barədə şikayət daxil olmuşdur. Bundan sonra əməliyyat qrupu həmin əraziyə getmişdir. X2 artıq əşyalarının tapıldığını deyib. Hadisə ilə bağlı X7 və Hindistan vətəndaşı polis bölməsinə çağırılıb və izahatları alınıb. Hindistan vətəndaşının izahatından müəyyən edilmişdir ki, X7 ilə “Extra” klubda tanış olmuş və 200 manat müqabilində onunla cinsi əlaqədə olmağa razılaşmışdır. Belə ki, işə əlavə edilmiş xx.xx.2024-cü il tarixli EPQ ******* nömrəli inzibati tənbehvermə haqqında qərardan görünür ki, X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 524-cü maddəsində nəzərdə tutulan inzibati xəta törətmiş və o, 100 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Materiala əlavə edilmiş qəbzdən görünür ki, X7 100 manat cəriməni xx.xx.2024-cü il tarixdə ödəmişdir. 22 mart 2024-cü il tarixli qərarla Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 39-cu Polis X1 pulunun oğurlanması faktı üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Həmin qərarda Hindistan vətəndaşı Savaliya İshanbai izahatında bildirmişdir ki, mart ayında Azərbaycana səyahətə gəlmiş, xx.xx.2024-cü il tarixdə “Extra” kluba getmiş, orada bir Əzizə ilə tanış olmuş, həmin qızla 200 manata cinsi əlaqədə olmağa razılaşmışdır. Əzizə oteldə 300 manat pulun ourladığın demiş və polisə zəng etmişdir. Məhkəmə şikayətlə bağlı ilk olaraq onu qeyd etməyi zəruri hesab edir ki, X7 tərəfindən inzibati xəta hadisəsi, fahişəliklə məşğul olmadığı halda 100 manat məbləğində cərimə olunması mübahisələndirilir. Məhkəmə hesab edir ki, şikayətdə qeyd edilənlər özüözlüyündə işin həqiqi hallarını özündə əks etdirmir. Həmçinin şəxs istinad etdiyi halları subuta yetirə bilməmiş və istinad etdiyi hallara dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Bundan əlavə məhkəmə X4 həm şikayətində göstərdiyini, həm də məhkəmə iclasında verdiyi izahatı özünü müdafiə xarakteri kimi qiymətləndirir. Ona görə də onun əməli haqlı olaraq inzibati xəta kimi qiymətləndirilmiş və 100 manat məbləğində cərimə edilməsinə dair qanuni qərar qəbul edilmişdir. Beləliklə, məhkəmə X4 şikayətinə tənqidi yanaşaraq hesab edir ki, Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin xx.xx.2024-cü il tarixli EPQ ******* nömrəli inzibati tənbehvermə haqqında qərarı qanuni və əsaslıdır, həmin qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsi üçün heç bir əsas yoxdur. Şikayətçinin həm şikayətində, həm də məhkəmə iclasında göstərdiklərini isə, məhkəmə özünü müdafiə xarakteri kimi qiymətləndirir, bununla razılaşmaq olmaz. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 524-cü maddəsinə əsasən fahişəliklə məşğul olmağa görə - yüz manat məbləğində cərimə edilir. İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Maddənin məzmunundan məlum olur ki, inzibati xəta haqqında protokol sübutlar dairəsinə daxildir və inzibati xətanın müəyyən edilməsi zamanı sübut qismində çıxış edir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən məhkəmə qərardan şikayətə baxarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində qərar çıxarılmış X4 inzibati xəta törətməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. Ona görə də Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin xx.xx.2024-cü il tarixli EPQ ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarı qanuni və əsaslı olduğundan X4 şikayəti təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-134-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X4 şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin xx.xx.2024-cü il tarixli EPQ ******* nömrəli inzibati tənbehvermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar