Məhkəmə qərarları › İş №3(009)-839/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №3(009)-839/2025

16.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(009)-839/2025 16.04.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Şirməmmədova Günel Lətif qızının katibliyi, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə Bakı şəhəri Səbail Rayon Polis İdarəsi 8-ci Polis Bölməsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhər Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsi tərəfindən tərtib edilmiş 17 mart 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında 17 mart 2025-ci il tarixli MN seriyalı ******* nömrəli protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 14:28 radələrində Zərərçəkmiş şəxs məxsus motoya Şəxs tərəfindən təpik vuraraq maddi ziyan aşkar edilmişdir. Bununla da, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclasında iştirak edən Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə Bayıl qəsəbəsində yerləşən “Bazarstore” mağazasının yanında Şəxs motosikletinə təpik vurmuş və bununla 500 manat maddi ziyan dəymişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclasında iştirak edən Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, qüsur aktından görünür ki, 320 manat maddi ziyan dəymişdir. Ziyanın ödənilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə Bayıl qəsəbəsində yerləşən “Bazarstore” mağazasının yanında motosiklet pis saxlanılmışdı. Hərəkətinə mane olduğu üçün motosikletin təkərinə vurmuşdur. Sonra motosikletin sahibi ilə əlaqə saxlamış, zərər nədirsə, ödəməyə hazır olduğunu demişdir. Zərər maksimum 20-30 manat olmuş, 50-60 manat təklif etmişdir. Lakin şəxs 500 manat xərcinin olduğunu demişdir. Məhkəməyə təqdim edilmiş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol və materialları araşdıraraq hesab edirəm ki, protokol və digər sənədlər düzgün tərtib olunmamış, inzibati xəta haqqında iş kifayət qədər araşdırılmadan protokol tərtib edilmişdir. Belə ki, iş materiallarında olan Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin cinayət işinin başlanmasının rədd edilməsi haqqında 16 yanvar 2025-ci il tarixli qərarından görünür ki, toplanmış materialdan görünür ki, Şəxs Zərərçəkmiş şəxs məxsus Tufan Limited markalı, motosikleti təpiklə vurub zədələyərək 500 manat maddi ziyan vurmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 186.1-ci maddəsində, özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə zərəçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə, yəni 5000 manatdan 50000 manata kimi ziyan vurmaqla törədildikdə cinayət məsuliyyətinə səbəb olur. Lakin qüvvədə olan AR CM-nin 186-cı maddəsinin tərkib əlamətinin yaranması üçün 5000 manatdan yuxarı məbləğ lazım olduğundan, ziyan az əhəmiyyətli olduğundan əməl AR. CM-nin 186-cı maddəsinin tərkib əlamətlərini yaratmasa da, naməlum şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsinin tərkib əlamətləri vardır. Qərarın təsviri hissəsində göstərilənlərə əsasən, toplanmış material üzrə toplanmış material üzrə CM-nin 186-cı maddəsi ilə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarına əlavə edilmiş № 180 qüsur aktından görünür ki, “Tufan M50N” markalı motosikletə 320 manat ziyan dəymişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda - inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Göründüyü kimi qanunvericilik özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələnməsi nəticəsində ziyanın vurulmasını ehtiva edir. Hazırki işdə isə dəymiş ziyanın məbləğinin müəyyən edilməsi ilə bağlı ziddiyyət yaranmışdır. Belə ki, inzibati xəta haqqında protokol və digər sənədlər Zərərçəkmiş şəxs izahatında göstərdiyi 500 manat məbləğində ziyanın dəyməsi faktına əsasən tərtib edilsə də, məhkəmə iclası zamanı Zərərçəkmiş şəxs № 180 qüsur aktını təqdim edərək dəymiş ziyanın 320 manat olduğunu bildirmişdir. Bu səbəbdən dəymiş ziyanın məbləğinin müəyyən edilməsində ziddiyyət yaranmışdır. Belə olan halda vurulmuş ziyanın miqdarı müəyyən edilmədən ümumiyyətlə inzibati xəta haqqında işə baxılması mümkün deyildir. Məhkəməyə baxılması üçün təqdim edilmiş inzibati xəta haqqında protokol natamamlıq təşkil edir və işə baxarkən həmin natamamlığı tamamlamaq mümkün deyil. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Göstərilənlərə əsasən hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol və toplanmış materiallar arasında ziddiyyət yarandığından, materiallar natamam olduğundan, mövcud natamamlıqları isə məhkəmədə baxılarkən tamamlamaq mümkün olmadığından protokol və toplanmış material tamamlanması üçün Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və İnzibati Xətalar Məcəlləsinin 106, 109 və 118-ci maddələrinə əsasən QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib edilmiş 17 mart 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və əlavə edilmiş sənədlər Bakı şəhər Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar