Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-84/2023 18.01.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Qafarova Rəna Nazim qızının sədirliyi, Paşazadə Pərvin Kamandar oğlunun katibliyi, Bakı şəhəri Səbail rayon İcra Şöbəsinin icra məmuru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Zərəçəkmiş şəxs (tələbkar) Zərərçəkmiş şəxs MMC-nin nümayəndəsi X1 iştirakları ilə, xx.xx.1980-cı il tarixdə Azərbaycan Respublikası, Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında yaşayan. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Səbail rayon İcra şöbəsinin icra məmuru X4 tərəfindən tərtib edilmiş 18 yanvar 2023-cü il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Səbail rayon İcra Şöbəsinin icra məmuru X4 bildirmişdir ki, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3306/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 25 fevral 2019-cu il tarixli, 2500/19 saylı alqı-satqı müqaviləsi üzrə 24.291,86 manat (iyirmi dörd min iki yüz doxsan bir manat səksən altı qəpik) məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul vəsaiti tutularaq tələbkar Zərərçəkmiş şəxs MMC-yə ödənilməlidir. İcra sənədi xx.xx.2021-ci il tarixdə icraata daxil olmuş və müvafiq qərarla icraata başlanılmış, tələbin könüllü icrası ilə bağlı bildiriş borcluya göndərilmişdir. İcra sənədinin icrası könüllü icra müddəti ərzində təmin edilmədiyindən məcburi icra tədbirlərinə başlanılmış, tələbin yönəldilə biləcəyi pul vəsaitlərinin müəyyən edilməsi məqsədilə müvafiq sorğular verilmiş, lakin tələbin yönəldilə biləcəyi pul vəsaitlərinin olmadığı aşkar edilmişdir. Elektron İcra İnformasiya sistemi vasitəsilə borclu Şəxs məxsus avtomobillər olduğu müəyyən edilmiş, həmin avtomobillər barəsində xx.xx.2021-ci il tarixdə axtarış qərarı qəbul olunaraq icra edilməsi üçün AR DİN Baş Dövlət Yol Polisi İdarəsinə göndərilmişdir. Eyni zamanda avtomobillər üzərinə həbs qoyulması məqsədilə xx.xx.2022 tarixli təqdimatla Bakı Kommersiya Məhkəməsinə müraciət olunmuş, Bakı Kommersiya Məhkəməsinin 8-2(113)-11/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadına əsasən həmin avtomobillər üzərinə həbs qoyulmuşdur. Qeyd olunan qərardadın icra edilməsi üçün AR DİN Baş Dövlət Yol Polisi İdarəsinə xx.xx.2022-ci il tarixdə məktub ünvanlanmış, AR DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubunda isə tələbin həyata keçməsi üçün müəyyən qeydlər aparıldığı bildirilmişdir. Borcluya məxsus avtomobillərin saxlanılaraq duracağa yerləşdirilməsi hələ də təmin olunmadığı üçün xx.xx.2022-ci il tarixdə AR DİN Baş Dövlət Yol Polisi İdarəsinə xatırlatma məktubu ünvanlanmışdır. Daha sonra borclunun yaşayış yeri məlum olmadığından xx.xx.2022-ci il tarixli “borclunun axtarılması barədə” qərar qəbul edilərək icra edilməsi üçün Səbail rayon Polis İdarəsinə göndərilmişdir. Borclu polis əməkdaşları tərəfindən təhvil verildikdən sonra 500 manat tələbkarın xeyrinə ödəniş etmiş, tələbkarla razılıq əldə edilmişdir. Lakin sonradan əldə olunmuş razılıq baş tutmadığından tələbkar borclu barəsində inzibati xəta haqqında protokol tərtib olunması ilə bağlı şifahi müraciət etmişdir. Hazırda icra sənədi üzrə 23821,86 manat borc mövcuddur. İş üzrə tələbkar tərəf icra sənədinin icrasının təmin edilməsini tələb edir. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərəçəkmiş şəxs (tələbkar) Zərərçəkmiş şəxs MMCnin nümayəndəsi X3 bildirmişdir ki, icra sənədi icra edilməlidir, lakin borclu Şəxs borcun ödənilməsini təmin etmir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında bildirmişdir ki, o borcu ödəməkdən yayınmır, lakin hazırda borc məbləğini bütünlükdə ödəmək iqtidarında deyil, lakin borcun əvəzində tələbkara əmlak təklif etmiş, bununla bağlı danışıqlar gedir, dekabr ayında 500 manat manat, xx.xx.2023-cü il tarixdə isə əlavə 300 manat ödəniş etmişdir. Qeyd edilənlərin nəzərə alınmasını xahiş edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 3306/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 25 fevral 2019-cu il tarixli, 2500/19 saylı alqı-satqı müqaviləsi üzrə 24.291,86 manat (iyirmi dörd min iki yüz doxsan bir manat səksən altı qəpik) məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul vəsaiti tutularaq tələbkar Zərərçəkmiş şəxs MMC-yə ödənilməlidir. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, borclu Şəxs borcundan 18 yanvar 2023-cü il tarixdə 300 (üç yüz) manat ödəniş etmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı Kommersiya Məhkəməsinin e-2- 2(113)-3306/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 25 fevral 2019-cu il tarixli, 2500/19 saylı alqı-satqı müqaviləsi üzrə 24.291,86 manat (iyirmi dörd min iki yüz doxsan bir manat səksən altı qəpik) məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul vəsaiti tutularaq tələbkar Zərərçəkmiş şəxs MMC-yə ödənilməlidir. İcra sənədi Bakı şəhəri Səbail rayon İcra şöbəsinə daxil olmuş və şöbə tərəfindən icraata başlanılmışdır. Onun 23821,86 manat ümumi borcu qalmış, hazırda (xx.xx.2023-cü il tarixdə) Şəxs borcundan 300 (üç yüz) manat ödəniş etmişdir. Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə İXM-nin 528.1-ci maddəsində məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin məhz üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulduğunu, icra sənədi üzrə dekabr ayında 500, xx.xx.2023-cü il tarixdə isə Şəxs borcundan 300 (üç yüz) manat ödəniş etməsini nəzərə alaraq, Şəxs izahatında göstərdiyi dəlillərini ağlabatan hesab edir və belə qənaətə gəlir ki, məhkəmə araşdırması zamanı borclu Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta tərkibinin olması sübuta yetirilməmişdir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsin əəsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-8.3-cü maddələrinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İşin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən müəyyən edilir ki, barəsində inzibati xəta üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta tərkibi olmamışdır. Azərbaycan Respublikasının İXM-nin 53.0.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, barəsində inzibati xəta üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №3(009)-84/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-84/2023
18.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver