Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-840/2024 18.03.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Cəfərov Səbuhi Mahir oğlunun katibliyi, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs (borclu) Şəxs, Səbail Rayon İcra Şöbəsinin nümayəndəsi Tohid Nurlunun iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Səbail Rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara baxaraq, məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ : Nərimanov rayon məhkəməsinin 2(005)-3526/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə tələbi icra etməyən Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol baxılması üçün məhkəməyə göndərilmişdir. 18 mart 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol onunla əsaslandırmışdır ki, Nərimanov rayon məhkəməsinin 2(005)-3526/2022 saylı, xx.xx.2022- ci il tarixli icra sənədinə əsasən xx.xx.2017-ci il tbvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəxs X1 xeyrinə hər ay 1500 ABŞ dolları (qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə) sabit pul məbləğində aliment tutulmalıdır. Aliment məbləği xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Qətnamə aliment hissəsində dərhal icra edilməlidir. İcra sənədi xx.xx.2022-ci il tarixdə şöbənin icraatına daxil olmuş, müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar və tələbin könüllü icrası ilə bağlı bildiriş borcluya, məlumat üçün isə tərəflərə göndərilmişdir. İcra sənədi üzrə tələb borclu tərəfindən təmin edilmədiyindən tərəfindən onun qeydiyyatda olduğu ünvan 1 ünvanına baxış keçirilmiş, lakin borclu Şəxs sözügedən ünvanda tapmaq mümkün olmamışdır. Bu səbəbdən onun barəsində xx.xx.2023-cü il tarixdə axtarış qərarı qəbul edilərək icra olunması üçün aidiyyatı üzrə Səbail rayon Polis İdarəsinə göndərilmişdir. Səbail rayon İdarəsi tərəfindən şöbəyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda Şəxs barəsində xx.xx.2023-cü il tarixli, 20788/23 nömrəli axtarış işinin açıldığı qeyd edilmişdir. Daha sonra borclu Şəxs xx.xx.2024-cü il tarixdə Səbail rayon İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq şöbəyə təhvil verilmişdir. O, şöbədə olarkən izahatı alınmış, izahtmda borcunu ödəməməsinə səbəb maddi imkanın olmadığını əsas gətirmiş, tələbkarın xeyrinə qeyri rəsmi ******* manat aliment ödənişi etdiyini bildirmişdir. Borclu xx.xx.2024-cü il tarixdə 4800 (dörd min səkkiz yüz) manat tələbkarın xeyrinə aliment ödənişini Səbail rayon İcra şöbəsinin depozit hesabına ödəniş edərək qəbzi şöbəyə təqdim etmişdir. Qalan borcunu isə hissə hissə ödəyəcəyini bildirmişdir. Borclunun bugünə olan aliment borcu 43650 (qırx üç min altı yüz əlli) manat təşkil edir. İş üzrə tələbkar tərəf icra sənədinin icrasının təmin edilməsini tələb edir. Məhkəmə iclasında iştirak edən Səbail Rayon İcra Şöbəsinin səlahiyyətli nümayəndəsi Tohid Nurlu borclu Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolu müdafiə edərək, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasına uyğun olaraq inzibati tənbeh tətbiq edilməsi barədə qərar qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs (borclu) Şəxs izahatında bildirmişdir ki, məhkəmə qərarından xəbərdardır, tələbkarın xeyrinə qeyri rəsmi 2000.000 manat aliment ödənişi etmişdir, bunların nəzərə alınıb iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq və tərəfləri dinləyərək belə nəticəyə gəlir ki, Şəxs barəsində olan iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materialından görünür ki, Şəxs zərərçəkmiş şəxs (tələbkar) X2 4800 (dörd min səkkiz yüz) manat depozit hesaba ödəniş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə görə məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılan vaxt bu inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığından, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2, 105, 114 və 115-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM: AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №3(009)-840/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-840/2024
18.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver