Məhkəmə qərarları › İş №3(009)-841/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №3(009)-841/2021

22.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(009)-841/2021 22.04.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Məmiyev Elnur Azər oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMC-nin nümayəndəsi X1 iştirakı ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş protokola və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsi tərəfindən tərtib edilmiş xx xxxxx 2021-ci il tarixli 00100-0652/21 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMC-nin nümayəndəsi X2 göstərmişdir ki, Şəxs MMC-nin Azərbaycan Respublikası İXMnin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsi tərəfindən bir neçə inzibati xəta haqqında protokollar tərtib edilmişdir. Hazırda Bakı şəhəri Səbail Rayon Məhkəməsinin icraatında Şəxs MMC-nin İXM-nin 485.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair 3(009)- 816/2021 saylı inzibati xəta haqqında iş vardır, iş üzrə məhkəmə baxış iclası xx xxxxx 2021-ci il tarixə təyin edilmişdir. Qeyd olunan işlərin birləşdirirək bir icraatda baxılmasını xahiş etdi. Məhkəmə hesab edir ki, hazırki iş məhkəmənin icraatında olan 3(009)-816/2021 saylı işlə bir icraatda birləşdirilməlidir. Belə ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş xx.xx.2021-ci il tarixli, 00100-0626/21 və xx xxxxx 2021-ci il tarixli 00100-0652/21 nömrəli inzibati xəta haqqında protokollar və materiallar müəyyən edilir ki, məhkəməyə daxil olmuş işlər üzrə eyni əməlin törədilməsinə görə iki protokol tərtib edilmişdir. Həmçinin iş № 3(009)–816/2021 və 3(009)–841/2021 saylı inzibati xətalara dair işlər bir icraatda birləşdirilməli olduğundan, həmin işlər ilk daxil olan nömrə altında, yəni 3(009)– 816/2021 saylı inzibati xəta haqqında iş üzrə icraatda birləşdirilməli və həmin nömrə altında baxılmalıdır. 3(009)-841/2021 saylı inzibati xəta haqqında işin materialları başqa işlə birləşdiyindən həmin iş üzrə icraata icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İXM-nin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinə əsasən, QƏRARA ALDİ: 3(009)-816/2021 və 3(009)-841/2021 saylı inzibati xətalara dair işlər bir icraatda birləşdirilsin. Həmin işlərə 3(009)-816/2021 saylı inzibati xəta haqqında iş üzrə bir icraatda baxılsın. İş başqa işə birləşdiyindən 3(009)-841/2021 saylı inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar