Məhkəmə qərarları › İş №3(009)-842/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №3(009)-842/2024

03.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(009)-842/2024 03.04.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əzizli Əziz Seyfulla oğlunun katibliyi, X1 iştirakı ilə, Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin MN ******* saylı 06 yanvar 2021-ci il tarixli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarından X5 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayətlə məhkəməyə müraciət edərək, Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin MN ******* saylı 06 yanvar 2021-ci il tarixli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və icraata xitam verilməsini xahiş etmişdir. Şikayətçi eyni zamanda ərizə ilə məhkəməyə müraciət edərək, Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin MN ******* saylı 06 yanvar 2021-ci il tarixli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan şikayət verilməsi üçün nəzərdə tutulmuş müddətin ötürülməsinin üzrlü hesab edilməsini və inzibati xəta haqqında şikayətin buraxılmış müddətinin bərpa edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X5 müddət bərpaya dair verdiyi ərizəsini və şikayət ərizəsini müdafiə edərək Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin MN ******* saylı 06 yanvar 2021-ci il tarixli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarından şikayət verilməsi üçün nəzərdə tutulmuş müddətin ötürülməsinin üzrlü hesab edilməsini, inzibati xəta haqqında şikayətin buraxılmış müddətinin bərpa edilməsini və həmin qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Qərarından şikayət verilən orqana məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayətçinin ərizələrini araşdırıb hesab edir ki, X4 şikayət buraxılmış müddət bərpa edilmədən geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən Bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.2-ci maddəsinə əsasən, Bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. İş materiallarında olan Səbail Rayon Məhkəməsinin 3(009)-1691/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadından görünür ki, X3 Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin MN ******* saylı 06 yanvar 2021-ci il tarixli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarından şikayəti və müddətin bərpa edilməsinə dair ərizəsi sübutlar əlavə edilmədiyindən geri qaytarılmışdır. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə məhkəməyə şikayət vermək üçün müəyyən edilmiş müddətin buraxılması səbəbi hər hansı üzrlü səbəblərlə əlaqədar deyildir. Belə ki, iş materiallarından və şikayət ərizəsindən görünür ki, inzibati tənbeh vermə haqqında qərar xx.xx.2021-ci il tarixdə qəbul edilsə də, ilk dəfə şikayət ərizəsi ilə məhkəməyə müraciət etmiş və Səbail Rayon Məhkəməsinin 3(009)-1691/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə şikayəti və müddətin bərpasına dair ərizəsi geri qaytarılmışdır. Şikayət ərizəsinə müddətin üzrlü səbəbdən buraxılmasına dair heç bir sübut əlavə edilməmişdir. Ona görə də müddətin buraxılması üçün göstərilmiş səbəblərin üzrlü hesab edilməsi və müddətin bərpa olunması qeyri-mümkün hesab edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X4 Səbail Rayon Polis İdarəsinin 39cu Polis Bölməsinin MN ******* saylı 06 yanvar 2021-ci il tarixli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarından şikayət verilməsi üçün nəzərdə tutulmuş müddətin ötürülməsi üzrlü hesab edilməməli və inzibati xəta haqqında şikayət buraxılmış müddət bərpa edilmədən geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53, 76, 84, 118, 126, 128-134-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin edilməsin. X4 Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin MN ******* saylı 06 yanvar 2021-ci il tarixli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan şikayət buraxılmış müddət bərpa edilmədən geri qaytarılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar