Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-844/2022 06.05.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əliyeva Leyla Mirfazil qızının katibliyi, Bakı Şəhər Səbail Rayon İcra şöbəsinin icra məmuru Səbuhi Əhmədovun, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakları ilə xx.xx.1984-cı il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Səbail rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara baxaraq, məhkəmə MÜ Ə Y Y Ə N E T D İ : Səbail rayon İcra Şöbəsinin icra məmuru Səbuhi Əhmədov tərəfindən Bakı şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən verilmiş e-MTT(009)-44/2022-006 nömrəli, 13.04.2022-ci il tarixli icra sənədi üzrə tələbi icra etməyən Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında MN ******* saylı protokoldan görünür ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən verilmiş e-MTT(009)-44/2022-006 nömrəli, 13.04.2022-ci il tarixli icra sənədinin icrasından yayındığından Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətmişdir. İnzibati xəta haqqında MN ******* saylı protokola əlavədən görünür ki, Səbail rayon Məhkəməsinin e-MTT(009)-44/2022-006 nömrəli, 13.04.2022-ci il tarixli icra sənədinə əsasən ünvan 2 ünvanında cavabdeh "xxxx" firmasına məxsus “Bakı Gecələri” restoranında yerləşən iddiaçı X1 məxsus olan aşağıdakı inventarların: Kondisioner şkaf -2 ədəd; Uşaq oyun aparatı - 3 ədəd; Zum uşaq - 1 ədəd; Uşaq sürüşkəni - 1 ədəd; Royal piano - 2 ədəd; Dekortunba Royal -2 ədəd; Reception mebeli -1 ədəd; qırmızı Divan (dəri) -31 ədəd; Dekor (Banbuk) -4 ədəd; Dekor Çapar -5 ədəd; Divan (qırmızı parça) -3 ədəd; Giriş qapı üçün qapı feni -1 ədəd; Kreslo (qırmızı dəri Rubin zal -31 ədəd; Dekor dibçək gül - 5 ədəd; Parça stul (ağ mirvari) - 273 ədəd; Arka Gül - 2 ədəd; Fontan motoru - 2 ədəd; Stol süfrəsi - 85 ədəd; Skayner (səhnədə)- 25 ədəd; Skayner Robot - 2 ədəd; Lazer aparatı - 2 ədəd; Dörd nəfərlik stol - 123 ədəd; Qaz peçi (4 göz) - 2 ədəd; Duxovka -1 ədəd; Fritor aparatı - 2 ədəd; Mətbəx stolu - 2 ədəd; Soyuducu şkaf- 2 ədəd; Mikrodalğalı soba - 1 ədəd; Kolbasa kəsən - 1 ədəd; Mikser - 1 ədəd; Lülə şişi -100 ədəd; Tikə şişi -100 ədəd; Pitiminutka (su qızıdırıcı) – 2 ədəd; Sac qabı - 40 ədəd; Buz Aparatı -1 ədəd; Çay aparatı - 2 ədəd; Çəngəl - 300 ədəd; Bıçaq - 300 ədəd; Salfetka qabı -20 ədəd; Duz-istiot qabı - 15 ədəd dəst; Su çəni - 1 ədəd; Zibil qutusu - 2 ədəd; Qızıl stoyka (giriş üçün) - 4 ədəd; Qırmızı darojka (xalça) -1 ədəd; Paltaryuyan -1 ədəd; Ət maşını -1 ədəd; Sredni qabı- 178 ədəd; Salat qabı - 400 ədəd; Çörək qabı - 30 ədəd; Padnos - 20 ədəd; Seyf -1 ədəd; Divan parça koricneviy (parça qəhvəyi) - 4 ədəd; Kassa nömrəsi -150 ədəd; Kserekopiya aparatı -1 ədəd; Korolevskiy stol - 2 ədəd; Kofe aparatı - 1 ədəd; Kassa stolu - ədəd; Stul koja (dəri) -163 ədəd; Stul üçün çexol -160 ədəd; Reklam Oazis - 4 ədəd; Kreslo -1 ədəd; Printer aparatı -1 ədəd; Kompüter - 2 ədəd; Royal stulu - 2 ədəd; Show zalın qabaq stolu – 25 ədəd; Qaz peçi - 2 ədəd; Viterok - 1 ədəd; Soyuducu - 2 ədəd; Stellaj - 1 ədəd; Moyka - 1 ədəd; Kamera havalandırma - 2 ədəd; Şadlıq səhnə herj turbası - 1 ədəd; Su motoru (yekə) – 1 ədəd; Qidrofor - 3 ədəd; Ariston - 2 ədəd; Palma ağacı - 7 ədəd; Oturacaq stul - 240 ədəd; Buz qabı -1 kulok (paket); Rəngli süfrə - 59 ədəd; Milli süfrə - 33 ədəd; Qırmızı divan – 25 ədəd üzərinə həbs qoyulmaqla, həmin inventarlardan istifadə cavabdehlər "xxxx" Firmasına, Şəxs və üçüncü şəxslərə qadağan edilməlidir. İcra sənədi 14.04.2022-ci il tarixdə şöbənin icraatına daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul olunaraq, icra olunması üçün borcluya, məlumat üçün məhkəməyə və tələbkara göndərilmişdir. İcra sənədinin icrası ilə bağlı ünvan 2 ünvanında fəaliyyət göstərən “Oazis” restoranında olan icra sənədində göstərilən əmlakların üzərinə həbs qoyularaq, siyahıya alınmış əmlaklar saxlanc üçün borclu Şəxs təhvil verilmiş, bu barədə 25.04.2022-ci il tarixli akt tərtib edilmişdir. Daha sonra restoran fəaliyyət göstərdiyi müddət ərzində üzərinə həbs qoyulmuş əmlaklardan borclu və digər şəxslər tərəfindən istifadə edildiyi təqdirdə qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyətə cəlb etmək üçün bölmənin əməkdaşlarının iştirakının təmin olunması üçün Səbail RPİ-nin 8-ci Polis Bölməsinə kağız daşıyıcı ilə müraciət olunmuşdur. Borclu Şəxs şöbədə olarkən verdiyi izahatında icra sənədində adları sadalanan siyahıya alınaraq üzərinə həbs qoyulmuş, saxlanc üçün ona təhvil verilmiş əşyaların bir qismini tələbkarla qarşılıqlı razılaşma əsasında onlar tərəfindən götürüldüyünü, qalıq əşyaları isə növbəti gündə götürəcəyini bildirsə də, götürmədiklərini, onun və restoranın personalı tərəfindən həmin əşyalardan istifadə edilmədiyini qeyd etmişdir. Məhkəmə iclasında iştirak edən Bakı Şəhər Səbail Rayon İcra şöbəsinin icra məmuru X2 tərtib edilmiş inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, MTT(009)-44/2022 nömrəli, 13.04.2022 tarixli icra vərəqəsi 14.04.2022-ci il tarixdə şöbənin icraatına daxil olmuş, həmin tarixdə icraata başlama haqqında qərar qəbul olunaraq icra olunması üçün borcluya, məlumat üçün tələbkara və məhkəməyə göndərilmişdir. İcra sənədinin icrası ilə bağlı ünvan 2 ünvanında fəaliyyət göstərən “Oazis” restoranında olan icra sənədində göstərilən əmlakların üzərinə həbs qoyularaq, siyahıya alınmış əmlaklar saxlanc üçün borclu Şəxs təhvil verilmiş, bu barədə 25.04.2022-ci il tarixli akt tərtib edilmişdir. Tələbkar və borclunun razılığı əsasında bəzi əşyalar tələbkar tərəfindən götürülmüş, digər əşyaların isə növbəti günlərdə götürməsi barədə danışıq aparmışlar. Lakin, bu icra vərəqəsinin əhatə dairəsində olmadığı üçün onun tərəfindən sadəcə əmlaklara həbs qoyulmuşdur. Qeyri iş günlərində müdaxilə edə bilmədiyi üçün həbs qoyulmuş əmlaklardan borclu və digər şəxslər tərəfindən istifadə edildiyi təqdirdə qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyətə cəlb etmək üçün bölmənin əməkdaşlarının iştirakının təmin olunması üçün Səbail RPİ-nin 8-ci Polis Bölməsinə kağız daşıyıcı ilə müraciət etmişdir. Tələbkar müraciət edərək, həmin əşyalardan istifadə edildiyini bildirdiyi üçün bu barədə protokol tərtib olunaraq məhkəməyə təqdim olunmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs (borclu) Şəxs izahat verərək bildirmişdir ki, ona müraciət etdikdən sonra, o, könüllü şəkildə bütün əşyaları təhvil vermişdir. Maşına yerləşən əşyalar aparılmış, digər əşyaları isə bayramdan sonra, yəni 4 may tarixində götürəcəklərini bildirmişlər. Hal-hazırda digər əşyalar saxlancdadır. Pianino, kondisioner və uşaq əyləncə sahəsini isə usta gətirərək söküb aparmaqlarını istəmişdir. Lakin, bayramdan sonra bir neçə dəfə telefonla əlaqə saxlamağa çalışsalar da, tələbkar gəlib əşyaları götürməmişdir. Restoran indiki dövrdə fəaliyyət göstərsə də, həmin əşyalardan istifadə olunmur. Eyni zamanda əşyalardan istifadə olunması barədə inzibati xəta haqqında protokola heç bir sübut əlavə olunmamışdır. Göstərilənlərə əsasən barəsində tərtib olunmuş inzibati xəta haqqında protokola xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə- fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, e-MTT(009)-44/2022-006 nömrəli, 13.04.2022-ci il tarixli icra sənədi üzrə əmlakların üzərinə həbs qoyulmuş, tələbkar və borclunun razılığı əsasında bəzi əşyalar tələbkar tərəfindən götürülmüş, digər əşyaların isə tələbkar tərəfindən götürüləcəkdir. Həbs qoyulmuş əmlakların borclu tərəfindən istifadə edildiyini təsdiq edən hər hansı sübut Səbail rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola əlavə edilməmişdir. Belə olan halda, Şəxs icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi və ya icra sənədini qərəzli olaraq üzrsüz səbəbdən icra etməməsi faktı mövcud deyil. Belə ki, işin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən müəyyən edilir ki, barəsində inzibati iş üzrə icraat aparılan Şəxs əməlində inzibati xəta tərkibi olmamışdır. İnzibati xəta tərkibinin yaranması üçün zəruri olan 4 zəruri elementdən biri olan subyektiv cəhət şəxsin əməlində yoxdur. Yəni, məhkəmə qərarının icra edilməməsinə Şəxs münasibəti qərəzli olmamışdır. Belə olan halda, konkret müəyyənləşdirilməmiş hansısa qeyri-müəyyən hərəkətin edilməməsinə görə şəxsin barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilməsi də qanunsuzdur. Təsvir olunanlardan görünür ki, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi yoxdur. Azərbaycan Respublikasının İXM-nin 53.0.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, barəsində inzibati xəta iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 43, 53, 114- 115, 128, 130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №3(009)-844/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-844/2022
06.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver