Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-845/2021 09.04.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Məmmədli Kənan Fuad oğlunun katibliyi, Səbail RPİ-nin 8-ci polis bölməsinin sahə inspektoru, polis mayoru Vasif Nuriyevin, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1976-cı il tarixdə Naxçıvan MR Şərur rayonunda anadan olmuş, evli, Bakı şəhəri Səbail rayonu, A.İsmayılov 129 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair materiala baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Səbail Rayon Polis İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən Şəxs barəsində tərtib olunmuş inzibati material, baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan MN seriyalı, ******* saylı, xx xxxxx 2021-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx xxxxx 2021-ci il tarixdə, Bakı şəhəri, Səbail rayonu, Su idman sarayının yaxınlığında Səbail rayon DYPŞ-nin YPX-nin əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. İş materiallarında olan inzibati qaydada tutma haqqında xx xxxxx 2021-ci il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2021-ci il tarixdə, saat 18:25-də inzibati qaydada tutulmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Səbail RPİ-nin 8-ci polis bölməsinin sahə inspektoru, polis mayoru Vasif Nuriyev inzibati xəta haqqında protokolda göstərilənləri təsdiqləyərək, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə uyğun olaraq inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətanı etiraf edərək, izahatında bildirmişdir ki, xx xxxxx 2021-ci il tarixdə, Bakı şəhəri, Səbail rayonu, Su idman sarayının yaxınlığında az yaşlı oğlu avtomobillə qəza törətdiyinnən ora gəlmiş, övladının vəzyətindən narahat olduğu üçün Səbail rayon DYPŞ-nin YPX-nin əməkdaşları ilə aqresiv danışdığını bildirmişdir. Bu zaman hadisə yerinə post patrul əməkdaşlarının gəldiyini və onu bölməyə dəvət etdiklərini bildirmişdir. Əməlindən səmimi peşman olduğunu bildirərək ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Səbail rayon DYPŞ-nin YPX-nin əməkdaşı polis baş serjantı X2 ifadə verərək bildirmişdir ki, xx xxxxx 2021-ci il tarixdə, Bakı şəhəri, Səbail rayonu, Su İdman sarayının yaxınlığında xidmət apardığı zaman yol nəqliyyat hadisəsi baş vermişdir. Hadisə yerinə yaxınaşıb sənədləri istədikdə sürücünün az yaşlı olduğunu müəyyən etdiyini bildirmişdir. Bu zaman sürücünün valideyni gələrək uşağı hadisə yerindən qaçırtmağa çalışdığını, onlara qarşı təhqiredeci sözlər işlətdiyini və hadisə yerinə gələn post patrul əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmadığını bildirmişdir. Bu səbəbdən raport tərtib edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Səbail rayon DYPŞ-nin YPX-nin əməkdaşı polis serjantı X3 ifadə verərək, X1 verdiyi ifadəni təsdiqləmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.2-ci maddəsinə əsasən, inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1-32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati tənbeh tətbiq edilərkən, məsuliyyəti yüngülləşdirən haldır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilib, ona cərimə növündə inzibati tənbeh təyin edilməlidir. İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 150 (yüz əlli) manat cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №3(009)-845/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-845/2021
09.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver