Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-850/2021 03.05.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X5 və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs direktoru X1 iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İXM-nin 266.2 və 271-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 266.2 və 271-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Ekologiya Nazirliyinin 11 X5 və Təbii Sərvətlər İdarəsinin inzibati xəta haqqında protokolu Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. Azərbaycan Respublikası Ekologiya Nazirliyinin 11 X5 və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş 20 avqust 2020-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, 14 avqust 2020-ci il tarixində Şəxs ərazisində qanunla müəyyən olunmamış ərazilərdə qeyri-qanuni olaraq tullantıların qalaqlanması və basdırılmasına görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.2 və 271-ci maddələrinə əsasən inzibati protokol tərtib edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 16 sentyabr 2020-ci il tarixli qərarına əsasən “xxxx” Elmi-İstehsalat Müəssisəsinin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 266.2 və 271-ci maddələri ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X5 və Təbii Sərvətlər İdarəsinin rəisi Vaqif Cavadov şikayət verərək, şikayətin təmin edilməsi, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 16 sentyabr 2020-ci il tarixli 3(009)-850/2021 saylı qərarının ləğv edilməsi və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X5 və Təbii Sərvətlər İdarəsinin 20 avqust 2020-ci il tarixli, MN seriyalı ******* saylı protokolunun qüvvədə qalması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 14 dekabr 2020-ci il tarixli, 3(103)-2249/2021 saylı qərarı ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X5 və Təbii Sərvətlər İdarəsinin rəisi Vaqif Cavadov tərəfindən verilmiş şikayət qismən təmin edilərək, İş üzrə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 266.2 və 271-ci maddələri ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 16 sentyabr 2020-ci il tarixli qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş materiallarının yenidən baxılması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X5 və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X6 inzibati xəta haqqında protokolu müdafiə edərək izahatında göstərmişdir ki, 14 avqust 2020-ci il tarixdə Şəxs ərazisində qanunla müəyyən olunmamış ərazilərdə qeyri qanuni olaraq tullantıların qalaqlanması və bastırılması aşkar edilmişdir. Həmçinin idarənin əməkdaşları tərəfindən həmin ərazidə şəkillər çəkilərək iş materiallarına əlavə edilmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs İXM-in 266.2 və 271-ci maddələrinə əsasən məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs direktoru X4 inzibati xəta haqqında protokola etiraz edərək izahatında göstərmişdir ki, Şəxs öz fəaliyyətini 2017-ci ilin sentyabr ayında qeyri müəyyən vaxtadək dayandırmış və hal-hazırda da heç bir fəaliyyəti yoxdur. Şəxs olaraq öz ərazilərini şlaqbaunlarla hasarlamışlar. 11 X5 və Təbii Sərvətlər İdarəsinin protokola əlavə edilmiş şəkillərdən görünür ki, həmin tullantılar ərazisinin sərhəd divarının xaricindədir. Bu onu deməyə əsas verir ki, tullantı olan ərazi Müəssisəyə daxil deyil. Göründüyü kimi Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən təqdim edilmiş şəkildəki ərazi ümumiyyətlə Şəxs inzibati ərazisi deyil. Göstərilənləri nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsində nəzərdə tutulan əməli törətməsi sübuta yetirildiyindən həmin maddə üzrə inzibati məsuliyyətə cəlb edilməli, həmçinin Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 266.2ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X5 və Təbii Sərvətlər İdarəsinin 20 avqust 2020-ci il tarixli 62839 saylı aktından görünür ki, Şəxs ərazisində yoxlama aparılarkən ərazidə məişət və digər bərk tullantıların qanunla müəyyən olunmamış ərazilərdə qeyri-qanuni olaraq qalaqlanması faktı öz təsdiqini tapmışdır (iş vər. 5-6). İş materiallarına əlavə edilmiş Şəxs direktoru X1 19 avqust 2020-ci il tarixli izahatından görünür ki, o, izahatında ona məxsus karxananın fəaliyyəti zamanı əraziyə gələn yük maşınlarına onun cavabdehlik daşımadığını, ərazidə qalaqlanmış məişət tullantılarının onlar tərəfindən xüsusi texnikalar vasitəsi ilə ərazidə olan qazılmış hissələrə yayılmasını və üstünün torpaqla örtülməsini və tullantıların daşınması üçün hər hansı müqavilələrinin olmamasını bildirmişdir (iş vər. 7). İş materiallarına əlavə edilmiş Şəxs direktoru X1 Azərişıq ASC-yə ünvanladığı 21.01.2020-ci il tarixli məktubun surətindən görünür ki, Şəxs Elm-istehsalat müəssisəsinin öz fəaliyyətini 17 sentyabr 2020-ci il tarixədək dayandırdığını, 22 noyabr 2017-ci il tarixdən hazırki vaxtadək aktla cərimə tətbiq olunduğu üçün elektrik enerjisinin tam dayandırıldığının təsdiq edilməsi xahiş edilmişdir (iş vər. 24). İş materiallarına əlavə edilmiş Azərişıq ASC-nin Səbail rayon Enerji Təchizatı və Satışı İdarəsinin Şəxs direktoru X2 ünvanladığı 02 mart 2020-ci il tarixli məktubdan görünür ki, həmin məktubda 22 yanvar 2020-ci il tarixli məktuba baxıldığını, məktubda qeyd edilmiş ünvanda **********40113 saylı uçot nöqtəsinin sayğac göstəricisinin sonuncu dəfə 27 noyabr 2017-ci il tarixdə oxunduğunu, həmin tarixdən hal-hazıradək qeyd edilən uçot nöqtəsində enerji sərfiyyatının qeyd alınmaması qeyd edilmişdir (iş vər. 25). İş materiallarına əlavə edilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs nümayəndəsi tərəfindən təqdim edilmiş fotoşəkillərdən görünür ki, Şəxs öz ərazisini şlaqbaunlarla hasarlamışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs öz fəaliyyətini 2017-ci ilin sentyabr ayından 17 sentyabr 2020-ci il tarixədək dayandırmış və hal-hazırda da heç bir fəaliyyəti yoxdur. Lakin iş materiallarında olan Şəxs direktoru X1 izahatından görünür ki, ərazidə qalaqlanmış məişət tullantıları onlar tərəfindən xüsusi texnikalar vasitəsi ilə ərazidə olan qazılmış hissələrə yayılır və üstü torpaqla örtürülür. Həmçinin qeyd edilmişdir ki, tullantıların daşınması ilə bağlı hər hansı müqavilələri yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 266.2-ci maddəsinə əsasən tullantıların emalı yerlərinin müəyyənləşdirilməsi, layihələşdirilməsi, tikintisi, istifadəsi və ya ləğv edilməsi normalarının və qaydalarının pozulmasına görə-vəzifəli şəxslər üç min beş yüz manatdan dörd min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər on min manatdan on beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsinə əsasən, sənayə və məişət tullantılarının qalaqlanması qaydalarının pozulmasına, göstərilən tullantıları yandırarkən ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər altı min beş yüz manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. «İstehsalat və məişət tullantıları haqqında» 30 iyun 1998-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən istehsalat tullantıları-istehsal, yaxud işlərin (xidmətlərin) yerinə yetirilməsi prosesində əmələ gələn və ilkin istehlak xüsusiyyətlərini tam və ya qismən itirən xammal, material, maddə, yarımfabrikat, əşya və digər məhsulların qalıqları, habelə istehsal obyekti olmayan və öz istifadə olunma xüsusiyyətlərinə görə texnoloji prosesə daxil olmayan, yenidən əmələ gələn eyni mənşəli əşya və maddələrdir. Məişət tullantıları (bərk məişət tullantıları- əhalinin həyat fəaliyyəti nəticəsində yaşayış yerlərində əmələ gələn əşyalar, maddələr və materiallardır. Tullantıların basdırılması-tullantılardan ətraf mühitə zərərli təsirin qarşısını almaq məqsədi ilə onların xüsusi ayrılmış yerlərdə müvafiq qaydada təcrid edilməsidir.Tullantıların yerləşdirilmə obyekti-tullantıların yerləşdirilməsi üçün nəzərdə tutulmuş xüsusi təchiz edilmiş qurğudur (poliqondur, şlam-anbar və başqalarıdır). Həmin Qanunun 11- ci maddəsinə əsasən tullantıların yerləşdirilməsi müvafiq icra hakimiyyəti orqanlarının icazəsi əsasında və normativ aktlarda müəyyən edilən tələblərə uyğun həyata keçirilir. Tullantıların yerləşdirilməsi və zərərsizləşdirilməsi məqsədilə obyektlərin tikintisi üçün yer seçərkən, müvafiq icra hakimiyyəti orqanlarının razılığı ilə xüsusi (geoloji, hidroloji və s.) araşdırmalar aparılmalı və lazım gəldikdə ictimai rəy nəzərə alınmalıdır. Tullantıların basdırılma yerləri müvafiq icra hakimiyyəti orqanlarının müəyyən etdiyi qaydada tullantıların basdırılma yerlərinin dövlət reyestrinə daxil edilir. Müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılan qaydada mülkiyyətçi tərəfindən basdırılma yerlərinin monitorinqi aparılmalıdır. Həmin Qanunun 12-ci maddəsinə əsasən zərərsizləşdirmək məqsədilə məişət tullantıları tutumlara (urnalara) atılmalıdır. Bu tullantıların tutumlardan (urnalardan) kənar yerlərə atılması və ya basdırılması qadağandır. Həmin Qanunun 24-cü maddəsinə əsasən tullantılar haqqında qanunvericiliyin tələblərini pozan hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq intizam, inzibati, cinayət və mülki-hüquqi məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, 53.0.2-ci maddəsinə əsasən isə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməli, həmçinin Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 266.2-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata Şəxs” Elmi-İstehsalat Müəssisəsinin əməlində inzibati məsuliyyətə səbəb ola biləcək inzibati xəta tərkibinin bütün əlamətləri olmadığından xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114-115, 128-130, 266.2 və 271-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi ilə təqsirli bilinsin və 6500 (altı min beş yüz) manat məbləğində cərimə edilsin. Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 266.2-cı maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Günel Səmədova
Məhkəmə qərarları › İş №3(009)-850/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-850/2021
03.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver