Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-850/2022 24.08.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Qəribli Günel Adil qızının katibliyi, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMC-nin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, “AGROTERM“ MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483cü maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsi tərəfindən tərtib edilmiş protokola və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsinin Təhqiqat bölməsi tərəfindən tərtib edilmiş 29 aprel 2022-ci il tarixli 01400-0682/22 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materialar aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 3(009)-850/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Qeyd edilən qərardan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsi tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin 3(103)-1927/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinin rəis müavini Rəşid Zalov tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, hüquqi şəxs Şəxs MMC-nin barəsində olan Bakı şəhəri Səbail rayon Məhkəməsinin inzibati xəta haqqında xx.xx.2022-ci il tarixli qərarı ləğv edilmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMC-nin nümayəndəsi və vəkili Nümayəndə inzibati xəta haqqında protokola etiraz edərək bildirmişdir ki, inzibati tənbehin tətbiq edilməsi üçün müəyyənləşdirilmiş müddət keçmişdir. Bu hal İXM 38.1-ci maddəsinə əsasən şirkətin inzibati məsuliyyətdən azad edilməsi üçün əsasdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokola əsasən şirkət tərəfində xx.xx.2022-ci il tarixdə **********5477 saylı gömrük bəyənnaməsi üzrə Şimal Ərazi Baş Gömrük İdarəsinədə konsiqnasiya yolu ilə rəsmiləşdiriləcək ixrac etdiyi yüklərin müqabilində köçürülməli olan 4291.16 avro məbləğində vəsaitin bankda olan hesabına köçürülmədiyi öz təstiqini tapır. İXM-nin 483-cü maddəsinin CM-nin 208-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair AR Konstitusiya Məhkəməsi Plenumunun qərarında göstərilir ki, qeyd edildiyi kimi. Hüquqi və fiziki şəxslərin konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsinin təmin edilməməsi qanunvericiliyə uyğun olaraq məsuliyyətə səbəb olur. AR Prezidentinin 24 iyun 1997-ci il tarixli , 609 nömrəli Fərmanı ilə təsdiq olunmuş AR-da idxalixrac əməliyyyatların tənzimlənməsi qaydalarının 12.2-ci bəndinə əsasən hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olduğu gündən 180 (yüz səksən) gün ərzində AR-dakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər. Göründüyü kimi Şəxs MMC xx.xx.2020-ci il tarixdən 180 gün ərzində yəni xx.xx.2021-ci il tarixə qədər 4291.16 avro (8902.44 manat) məbləğində vəsaitin hesabına köçürülməsini təmin etməli idi. Lakin, bu baş verməmişdir. Beləliklə də, xx.xx.2021-ci il tarixdə inzibati xəta hadisəsi baş vermişdir. İXM-nin 38.1-ci maddəsinə əsasən bu maddə gömrük qaydaları əleyhinə olan inzibati xətalara aid olduğu üçün xx.xx.2021-ci il tarixdən etibarən ən geci 1 il müdətində , yəni 25 iyun 2022-ci il tarixə qədər inzibati tənbeh tətbiq edilməli idi. Lakin tətbiq edilməmişdir. Hazırda işə baxılan tarix xx.xx.2022-ci ildir və inzibati tənbehin tətbiq edilməli olduğu 1 illik müddətin üzərindən 2 aya yaxın vaxt keçmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət vererək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 483-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan 29 aprel 2022-ci il tarixli 01400-0682/22 nömrəli inzibati xəta haqqında protokola əsasən Şəxs MMC tərəfindən Şimal Ərazi Baş Gömrük İdarəsi konsiqnasiya yolu ilə ixrac gömrük prosedurunda rəsmiləşdirdiyi yüklərin müqabilində bəyanamələr üzrə köçürülməli olan 4291,16 avro (8902,44 manat) məbləğində vəsaitin Azərbaycan Respublikasındakı müvəkkil bankında olan hesabına köçürülməsi təmin edilməmişdir. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Gömrük prosedurları və ödənişləri şöbəsinin rəisi tərəfindən tərtib edilmiş raportundan görünür ki, hüquqi şəxs Şəxs MMC-nin (VÖEN:**********) xx.xx.2020-ci ildə Şimal Ərazi Baş Gömrük İdarəsində rəsmiləşdirdiyi müxtəlif “tərəvəz” məhsullarının Rusiya Federasiyasına **********5477 gömrük bəyannaməsi üzrə konsiqnasiya yolu ilə ixrac etdiyi ümumilikdə 4291.16 avro dəyərindəki (8902.44 manat) yükün müqabilində qaytarılmalı olan məbləğləri müvəkkil bank hesabına köçürülmədiyi müəyyən olunmuşdur. İş materiallarına əlavə edilmiş “X2” şirkətinin xx.xx.2021-ci il tarixli FE 101/21 saylı hesabından görünür ki, pomidorun 41% - çox yumşaqdır, çox yetişmişdir (proqressiv proses), pomidorun altından şirəsi sızır,1% -çürüklər- yaş paketlər (şirə), 4%-ləkələr, çapıqlar,yaşıllaşdırma müəyyən edilir. Çeşidləmə xərclərini və qısa müddət ərzində təkrar satışı ( zərəri minimuma endirmək) təmin etmək üçün satış qiymətinə və nəqliyyat xərclərinə endirim tətbiq etmək tövsiyə olunmuşdur. İş materiallarına əlavə edilmiş elektron yazışmalardan görünür ki, yükün hamısı Polşada boşaldılmışdır. X1 & Troost b.v. şirkəti olmuşdur, amma Azərbaycandan alınan mal birbaşa Polşadakı müştəriyə satılmışdır. Mallar təyinat yerinə gedib çatandan sonra, Polşadakı müştərilər keyfiyyət məsələləri ilə bağlı mallara qeyri-ciddi yanaşıblar. Göründüyü kimi Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi faktı inzibati xəta haqqında protokolla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə də sübuta yetirilir. Lakin inzibati tənbehin tətbiq edilməsi üçün müəyyənləşdirilmiş müddət hazırki iş üzrə qərar qəbul edildiyi vaxtdan 1 (bir) il, 1 (bir) ay, 29 (iyirmi doqquz) gün öncə, yəni 25 iyun 2021-ci il tarixdə baş vermiş və bununla da inzibati məsuliyyətə cəlb etmə müddəti keçmişdir. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında, həmçinin dərman vasitələri haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. İXM-nin 483-cü maddəsinin CM-nin 208-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair AR Konstitusiya Məhkəməsi Plenumunun qərarında göstərilir ki, qeyd edildiyi kimi. Hüquqi və fiziki şəxslərin konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsinin təmin edilməməsi qanunvericiliyə uyğun olaraq məsuliyyətə səbəb olur. AR Prezidentinin 24 iyun 1997-ci il tarixli , 609 nömrəli Fərmanı ilə təsdiq olunmuş ARda idxal-ixrac əməliyyyatların tənzimlənməsi qaydalarının 12.2-ci bəndinə əsasən hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olduğu gündən 180 (yüz səksən) gün ərzində AR-dakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər. Göründüyü kimi qanunvericiliyə əsasən Şəxs MMC xx.xx.2020-ci il tarixdən 180 gün ərzində yəni xx.xx.2021-ci il tarixə qədər 4291.16 avro (8902.44 manat) məbləğində vəsaitin hesabına köçürülməsini təmin etməli olsa da, bu baş verməmişdir. Beləliklə də, xx.xx.2021-ci il tarixdə inzibati xəta hadisəsi baş vermişdir. İXM-nin 38.1-ci maddəsinə əsasən bu maddə gömrük qaydaları əleyhinə olan inzibati xətalara aid olduğu üçün xx.xx.2021-ci il tarixdən etibarən ən geci 1 il müdətində , yəni 25 iyun 2022-ci il tarixə qədər inzibati tənbeh tətbiq edilməli idi. Lakin tətbiq edilməmişdir. Hazırda işə baxılan tarix xx.xx.2022-ci ildir və inzibati tənbehin tətbiq edilməli olduğu 1 illik müddətin üzərindən 2 aya yaxın vaxt keçmişdir. Beləliklə də, inzibati xəta haqqında iş üzrə icrata xitam verilməlidir. Həmin Məcəllənin 53.0.6-ci maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılan vaxt bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə təqsirli bilinməli və həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərəəsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38, 43, 53, 114-115, 117, 128-130 və 483-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: “AGROTERM“ MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin. İnzibati tənbeh vermə müddəti başa çatdığından “AGROTERM“ MMC barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. (29 aprel 2022-ci il tarixli 01400-0682/22 saylı inzibati xəta haqqında protokol). Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №3(009)-850/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-850/2022
24.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver