Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(009)-851/2021 12.04.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Səbail Rayon Məhkəməsinin hakimi Şükürova Ülviyyə Sahib qızı, X3 Səbail rayon Polis İdarəsinin 39-cu Polis Bölməsi tərəfindən tərtib edilmiş xx xxxxx 2021-ci il tarixli inzibati xəta haqqında protokoldan verdiyi şikayətə işin baxılmağa hazırlanması zamanı baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: X5 şikayətlə məhkəməyə müraciət edərək, o və qonaqları X8, X6, X9, X2, X14, X10, X12 və X11 barəsində xx.xx.2021-ci il tarixli inzibati xəta haqqında protokolun ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini və inzibati xəta haqqında protokolu tərtib edən, eyni zamanda həmin protokol əsasında qərar qəbul edən şəxslər barədə müvafiq tədbir görülməsini xahiş etmişdir. Şikayəti və ona əlavə olunmuş materialları nəzərdən keçirib, hesab edirəm ki, şikayət geri qaytarılmalıdır. Belə ki, hazırkı şikayət inzibati xəta haqqında iş üzrə qərardan deyil, inzibati xəta haqqında protokoldan verilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində isə inzibati xəta haqqında protokoldan şikayət verilməsi nəzərdə tutulmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 106.0.4-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən işin icraatını rədd edən halların mövcud olub-olmaması məsələsini, 106.0.5-ci maddəsinə əsasən isə işə mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanıb-toplanmaması məsələlərini həll edir. Hazırki iş üzrə məhkəməyə daxil olmuş şikayət ərizəsində şikayətçi Səbail RPİ-nin 39-cu Polis Bölməsi tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli inzibati xəta haqqında protokolunun ləğv edilməsini xahiş etsə də, həmin protokol əsasında qəbul edilmiş qərarın surətini iş materiallarına əlavə etməmişdir. Göstərilən hal isə, yəni şikayət verilmiş protokolun üzrə qəbul edilmiş qərarınını surətinin iş materiallarına əlavə edilməməsi hazırda işin məhkəmə icraatını rədd edən hal kimi qiymətləndirilməlidir. Bundan əlavə müəyyən edilmişdir ki, qeyd edilən şikayət ərizəsində şikayətçi bir neçə şəxsin də barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolların ləğv edilməsi xahiş edilmişdir. Bununla bağlı qeyd edilməlidir ki, şikayətçi X5 yalnız özünə aid hissədə şikayət vermək hüququna malikdir, o, başqa şəxslər barəsində qəbul edilmiş qərarlardan şikayət verməsi üçün subyektiv hüquqa malik deyildir. Başqa sözlə hər bir şəxs barəsində qəbul edilmiş qərardan müstəqil şəkildə məhkəməyə şikayət vermək hüququna malikdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikasının İXM-nin 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Göstərilənlərə əsasən hesab edirəm ki, hazırki iş üzrə məhkəməyə təqdim edilmiş sənədlərə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması mümkün deyil, ona görə də, X3 Səbail RPİ-nin 39-cu Polis Bölməsinin xx xxxxx 2021-ci il tarixli protokolunun ləğv edilməsinə dair şikayəti geri qaytarılmalıdır. X1 izah edilməlidir ki, barəsində tərtib edilmiş Səbail RPİ-nin 39-cu Polis Bölməsi tərəfindən tərtib edilmiş xx xxxxx 2021-ci il tarixli inzibati xəta haqqında protokol üzrə qəbul edilmiş qərardan yalnız özünə aid hissədə şikayət vermək hüququna malikdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106, 109 və 118, 128-128-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: X3 xx xxxxx 2021-ci il tarixli inzibati xəta haqqında protokoldan verdiyi şikayət geri qaytarılsın. X4 Səbail RPİ-nin 39-cu Polis Bölməsi tərəfindən tərtib edilmiş xx xxxxx 2021-ci il tarixli inzibati xəta haqqında protokol üzrə qəbul edilmiş qərardan yalnız özünə aid hissədə şikayət vermək hüququnun olması izah edilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №3(009)-851/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №3(009)-851/2021
12.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver