Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-851/2025 19.03.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rüstəmli İlkin Şahin oğlunun sədrliyi, Məhkəmə iclas katibi Mərdanov Məhəmməd Ələkbər oğlunun katibliyi, Barəsində inzibati protokol tərtib edilmiş şəxs X3, X1 X1 vəkili X10, Bakı şəhəri Səbail Rayon İcra şöbəsinin icra məmuru X5 iştirakları ilə, xx.xx.1987-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Səbail rayon İcra Şöbəsinin icra məmuru X7 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol Səbail Rayon Məhkəməsinə təqdim edilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu müdafiə edən şəxs Bakı şəhəri Səbail Rayon İcra şöbəsinin icra məmuru X7 bildirmişdir ki, Bakı Apellyasiya Məhkəməsi tərəfindən verilmiş 2(103)-2744/2023-025 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən **-OK-*** nömrə nişanlı, “Hyundai Santafe” minik markalı avtomobilin satışından əldə edilmiş 30000 (otuz min) manat vəsaitin 14 hissəsi, yəni 15000 (on beş min) manatı borclu X2 alınaraq tələbkar X6 ödənilməlidir. Tələbkar tərəfindən ödənilmiş dövlət rüsumunun 135 (yüz otuz beş) manatı X2 tutularaq X6 ödənilməlidir. Və mənzilin dəyərinin 1/2 hissəsi - 64800 manat məbləğində pul vəsaiti X2 tutularaq X6 ödənilməlidir. İcra vərəqəsi icra olunması üçün xx.xx.2023-cü il tarixdə Səbail rayon İcra şöbəsinin icraatına daxil olmuşdur. İcra vərəqəsi icraata qəbul edildikdən sonra icraata başlama haqqında qərarın surəti qanuna müvafiq qaydada tərəflərə göndərilmişdir. Sonra borclunun maliyyə vəziyyətinin yoxlanılması məqsədi ilə banklara və “Elektron icra” sistemindən sorğular edilmiş və borcluya məxsus hər hansı bir daşınar və daşınmaz əmlakın və ya gəlirlərinin olmaması müəyyən edilmişdir. Borcluya dəfələrlə icra sənədinin icrası ilə bağlı rəsmi və şifahi qaydada xəbərdarlıqlar olunmuş, şöbəyə dəvət olunaraq söhbətlər aparılmış və izahatları alınmışdır. Lakin borcu şəxs izahatlarında 950 manat əmək haqqı aldığını, sözü gedən borcdan əlavə tələbkara hər 350 manat aliment ödədiyini, tələbkarın sözü gedən məbləğləri cəm ödənilməsini istədiyini, ödəniş etmək üçün dəfələrlə tələbkara müraciət etdiyini lakin tələbkarın buna razı olmadığını bildirmişdir. Sonra borclu sözügedən borcun hissə-hissə ödənilməsi üçün Səbail rayon Məhkəməsinə ərizə ilə müraciət etmiş və ərizəyə baxılaraq Səbail rayon Məhkəməsinin 8(009)-31/2024 saylı, xx.xx.2024- cü il tarixli qərardadı ilə borclunun ərizəsi təmin olunmamışdır. Bundan sonra borclu barəsində AR İXM-nin 528.1-ci maddəsi ilə xx.xx.2024-cü il tarixdə protokol tərtib olunaraq baxılması üçün Səbail rayon Məhkəməsinə müraciət olunmuşdur, lakin Səbail rayon Məhkəmsi tərəfindən ininzibati protokola xitam verilmişdir. Görülmüş icra tədbirləri nəticəsində tələbkara borclu tərəfindən hazıradək 7500 manat vəsait ödənilmişdir. Bundan sonra xx.xx.2024-cü il tarixdə Səbail rayon Məhkəməsinə “borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə təqdimatla müraciət edilmiş və Səbail rayon Məhkəməsinin 8(009)-6/2025 saylı, 23.01,2025-ci il tarixli qərardadı ilə borclunun ölkədən getmək hüququ məhdudlaşdırılmışdır. İş üzrə tələbkar tərəf icra sənədinin icrasının tam şəkildə təmin edilməsini tələb edir. Göstərilənləri nəzərə alaraq, X3 barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X1 vəkili X13 bildirmişdir ki, borclu son olaraq prokurorluq orqanında verdiyi izahatında MMC-də işlədiyini bildirmişdir. Hazırda da tələbkar borcu tam şəkildə tələb edir, çünki aylıq ödənilən ***-**** manat pul vəsaiti bütün borca nəzərən çox kiçik bir məbləğ olduğundan bununla bir şey etmək mümkün deyildir. Şəxs tələbkarla boşanmağa yaxın bütün əmlaklarını anasının adına keçirmişdir, bunlar da nəzərə alınmalıdır. Hazırda tələbkar da uşağı ilə kirayədə qalır, borc tam şəkildə ödənilsə öz evinə də çıxmaq imkanı olacaq. Buna görə də tələbkar icra sənədinin icrasının tam şəkildə təmin edilməsini tələb edir. Məhkəmə iclasında iştirak edən tələbkar X8 vəkilinin dediyini təsdiqləmiş və icra sənədinin icrasının tam şəkildə təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X9 öz izahatında göstərmişdir ki, o, 2024-cü ilin avqust ayından köhnə iş yerindən ixtisara düşərək işsiz qalmışdır. Hazırda da işləmir. Adında heç bir daşınar yaxud daşınmaz əmlak yoxdur. Ailəsinin də yardımı ilə hər ay tələbkara 1000 manata yaxın borcundan ödənişlər edir. Prokurorluq orqanında son olaraq verdiyi izahatında isə MMCdə işlədiyi haqqında heç nə deməmişdir. Sadəcə olaraq izahatda köhnə izahatın şablon sözləri qalmış və beləliklə anlaşılmazlıq yaranmışdır. Hazırda heç bir yerdə işləmir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, X9 barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materialları və proses iştirakçılarının izahatları ilə müəyyən edilmişdir ki, Bakı Apellyasiya Məhkəməsi tərəfindən verilmiş 2(103)-2744/2023-025 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən **-OK-*** nömrə nişanlı, “Hyundai Santafe” minik markalı avtomobilin satışından əldə edilmiş 30000 (otuz min) manat vəsaitin 14 hissəsi, yəni 15000 (on beş min) manatı borclu X2 alınaraq tələbkar X6 ödənilməlidir. Tələbkar tərəfindən ödənilmiş dövlət rüsumunun 135 (yüz otuz beş) manatı X2 tutularaq X6 ödənilməlidir. Və mənzilin dəyərinin 1/2 hissəsi - 64800 manat məbləğində pul vəsaiti X2 tutularaq X6 ödənilməlidir. İcra vərəqəsi icra olunması üçün xx.xx.2023-cü il tarixdə Səbail rayon İcra şöbəsinin icraatına daxil olmuşdur. İcra vərəqəsi icraata qəbul edildikdən sonra icraata başlama haqqında qərarın surəti qanuna müvafiq qaydada tərəflərə göndərilmişdir. Sonra borclunun maliyyə vəziyyətinin yoxlanılması məqsədi ilə banklara və “Elektron icra” sistemindən sorğular edilmiş və borcluya məxsus hər hansı bir daşınar və daşınmaz əmlakın və ya gəlirlərinin olmaması müəyyən edilmişdir. Borcluya dəfələrlə icra sənədinin icrası ilə bağlı rəsmi və şifahi qaydada xəbərdarlıqlar olunmuş, şöbəyə dəvət olunaraq söhbətlər aparılmış və izahatları alınmışdır. Lakin borcu şəxs izahatlarında 950 manat əmək haqqı aldığını, sözü gedən borcdan əlavə tələbkara hər 350 manat aliment ödədiyini, tələbkarın sözü gedən məbləğləri cəm ödənilməsini istədiyini, ödəniş etmək üçün dəfələrlə tələbkara müraciət etdiyini lakin tələbkarın buna razı olmadığını bildirmişdir. Sonra borclu sözügedən borcun hissə-hissə ödənilməsi üçün Səbail rayon Məhkəməsinə ərizə ilə müraciət etmiş və ərizəyə baxılaraq Səbail rayon Məhkəməsinin 8(009)-31/2024 saylı, xx.xx.2024- cü il tarixli qərardadı ilə borclunun ərizəsi təmin olunmamışdır. Bundan sonra borclu barəsində AR İXM-nin 528.1-ci maddəsi ilə xx.xx.2024-cü il tarixdə protokol tərtib olunaraq baxılması üçün Səbail rayon Məhkəməsinə müraciət olunmuşdur, lakin Səbail rayon Məhkəmsi tərəfindən ininzibati protokola xitam verilmişdir. Görülmüş icra tədbirləri nəticəsində tələbkara borclu tərəfindən hazıradək 7500 manat vəsait ödənilmişdir. Bundan sonra xx.xx.2024-cü il tarixdə Səbail rayon Məhkəməsinə “borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə təqdimatla müraciət edilmiş və Səbail rayon Məhkəməsinin 8(009)-6/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə borclunun ölkədən getmək hüququ məhdudlaşdırılmışdır. Hazırda borclu heç bir yerdə işləməməsinə baxmayaraq tələbkara hər ay ***-**** manat məbləğində borcundan ödənişlər edir. Həmçinin borclunun adına heç bir daşınar yaxud daşınmaz əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, hazırki halda borclunun məhkəmə qətnaməsini qərəzli şəkildə icra etməməsini təsdiq edən hallar aşkar edilməmişdir. Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə qeyd edir ki, İXM-nin 528.1-ci maddəsinin mənasından da aydın olur ki, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin məhz üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulur. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsin əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-8.3-cü maddələrinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.1.10-cu maddəsinə əsasən, İXM-nin Xüsusi hissəsinin müvafiq maddələrinin Qeyd hissələrində bilavasitə müəyyən edilmiş hallarda inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda, inzibati xəta haqqında iş üzrə icraat rədd edilir. İşin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən müəyyən edilir ki, barəsində inzibati xəta üzrə icraat aparılan şəxs X3 əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta tərkibi olmamışdır. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, məhkəm aktının icrasından qərəzli olaraq yayınma halı mövcud deyildir. Azərbaycan Respublikasının İXM-nin 53.0.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, barəsində inzibati xəta üzrə icraat aparılan şəxs X3 əməlində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: İlkin Rüstəmli
Məhkəmə qərarları › İş №3(009)-851/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-851/2025
19.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver