Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-853/2023 12.05.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin nümayəndəsi Nümayəndə, Şəxs MMC-nin nümayəndəsi X3 iştirakları ilə, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 452.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 452.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən tərtib edilmiş 19 aprel 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Əhəd Yaqubov küçəsi, ev.2 m, Salyan şossesi ilə Əhəd Yaqubov küçəsinin kəsişməsi ünvanında fəaliyyət göstərən Şəxs MMC-yə məxsus aptekdə 16 aprel 2023-cü il tarixdə, saat 16:00da aptek təşkilatlarına dair tələblərin pozulması faktı aşkarlanmışdır. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 452.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən protokol tərtib etmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin nümayəndəsi Nümayəndə, inzibati xəta haqqında protokolu müdafiə edərək, Şəxs MMC-nin barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X4 pozuntuların aradan qaldırılmasını nəzərə alaraq sanksiyanın aşağı həddində tənbehin təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, inzibati iş üzrə materialda olan və məhkəmə iclasında araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-in 452.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla tam sübuta yetirildiyindən həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İXM-nin 452.3-cü maddəsinə əsasən aptek təşkilatlarına dair tələblərin pozulmasına görə vəzifəli şəxslər beş yüz manatdan yeddi yüz manatadək məbləğdə, hüquqi şəxslər min manatdan iki min manatadək məbləğdə cərimə edilir. İş materiallarında olan Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən Çıxarışdan görünür ki, 19 aprel 2023-cü il tarixdə Şəxs MMC-nin cari fəaliyyəti üzrə plandankənar (növbədənkənar) yoxlama keçirilməsi müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin 454 nömrəli, 19 aprel 2023-cü il tarixli qərarından görünür ki, ünvan 2 ünvanında yerləşən əczaçılıq təşkilatının fəaliyyətinin yoxlanılması qərara alınmışdır. İş materiallarına əlavə edilmiş elektron müraciətdən görünür ki, Zülfüqar Xeyirxəbərov Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X2 müraciət edərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixində, təxminən axşam saat 21:00 radələrində Səbail rayonu, Bibiheybət yolunda (Səbail DYP ilə üzbəüz) fəaliyyət göstərən Gloria Aptekdən 3 ədəd teraflyu almış, ödəniş kartından 3 manat çıxıldı. Dərmanın qiymətini soruşduqda satıcı xanım dərmanın 1 manat olduğunu bildirdi. Halbuki bundan əvvəl həmin dərmanı məhz o aptekdən səhv etmirsə 87 qəpiyə almışdır. Qiymətin nə zaman bahalşdığını soruşmuş və çek tələb etdikdə satıcı 95 qəpik olduğunu dedi. Ona təqidm edilən kassa çekində isə qiymət 2.85 AZN göstərildi. Dərmanın adı və miqdarı isə qeyd edilmədi. O, bu uyğunsuzluğu və dərmanın dəqiq qiymətini soruşduqda orada olan təxminən 45-50 yaşlarında kişi tərəfindən təhqir edilib, ölümlə təhdid edilmişdir. Bundan sonra isə kassir kimi təqdim edilən gənc qiymət artımını izah etmək əvəzinə üzərinə hücum edib onu vurmaq istədi. Aldığı məlumata görə, aptekdə işləyən iki nəfərin əczaçılıq təhsili yoxdur. Onların davranışları da bu məlumatları təsdiq edir. Xahiş edir sözügedən aptekdə müvafiq yoxlamalar apararaq ölçü götürülsün. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi Publik hüquqi şəxsinin 19 aprel 2023-cü il tarixli, 229 nömrəli pərakəndə satış əczaçılıq müəssisələrinin plandankənar (növbədənkənar) yoxlama aktından görünür ki, şikayətlə əlaqədar aptek barəsində “Aptek təşkilatlarına dair tələblər” və “Aptek təşkilatlarından dərman vasitələrinin buraxılması” qaydalarının 3.2.3-cü maddələrinin, 4.4.1.3- (anbar sahəsində kondisionerin olmaması) və 7.3-cü bəndə (dərman vasitələrinin altlıqsız döşəmədə yerləşdirilməsi) faktları aşkar edilmişdir. İş materiallarına əlavə edilmiş aptekin maddi məsul şəxsi X1 izahatından görünür ki, aptekin anbarında olan kondisioner texniki problemlə əlaqədar təmirə göndərilmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 452.3-cü maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materialları məhkəmə iclasında araşdırılarkən Bakı şəhəri, Səbail rayonu, Əhəd Yaqubov küçəsi, ev.2 m, Salyan şossesi ilə Əhəd Yaqubov küçəsinin kəsişməsi ünvanında fəaliyyət göstərən Şəxs MMC-yə məxsus aptekdə plandankənar (növbədənkənar) yoxlama aparılan zaman aptek təşkilatlarına dair tələblərin pozulması və nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 452.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi müəyyən edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə törədilmiş inzibati inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 452.3-cü maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 18, 40, 43, 114-115, 117, 128-130 və 452.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC (VÖEN: **********) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 452.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 1000 (bir min) manat məbləğində inzibati cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10(on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Səmədova
Məhkəmə qərarları › İş №3(009)-853/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-853/2023
12.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver