Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-854/2024 19.04.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Cəfərov Səbuhi Mahir oğlunun katibliyi, barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs X2 nümayəndəsi Nümayəndə və inzibati xəta haqqında qərar qəbul etmiş orqanın nümayəndəsi Səbail Rayon DYPŞ Yol Patrul xidməti inspektoru X4 iştirakları ilə, X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər Səbail rayon DYPŞnin TP ******* saylı, 23 sentyabr 2024cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından şikayətinə və ona əlavə edilmiş sənədlərə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ : X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər Səbail rayon DYPŞ-nin TP ******* saylı, 23 sentyabr 2024cü il tarixli qərarının ləğv olunmasını və inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Əhəd Yaqubov küç 35-də yerləşən Maya restoranında dostlarımla ailəvi ad günü münasibəti ilə birlikdə olmuşuq . Saat 02 radələrində restoranın (avto parking) qorunması və saxlanması üçün nəzərdə tutlmuş sahədə saxladığım avtomobilin yanında özümə məxsus mobil telefonla özümə ayıq sürücü sifariş etmişəm. Həmin vaxt ailə üzvlərim avtomobildə oturmuşlar. Həmin vaxt Səbail RPİ-in DYPŞ-in əməkdaşı mənə yaxınlaşıb, özünü təqdim etmədən avtomobilin kimə məxsus olduğunu, avtomobili niyə idarə etdiyimi soruşduqda, inspektora avtomobilin mənən məxsus olduğunu və avtomobilin heç kim idarə etmədiyini, ayıq sürücü sifariş etdiyimi, hazırda ayıq sürücünün gəlməsini gözlədiyimi bildirdim. Dediklərimə məhəl qoymayan inspektor avtomobili irəli sürməyimi tələb etdikdə ona ayıq sürücü gələndə sürər dedim. İnspektor məndən yenidən avtomobili bura kim sürdüyünü soruşaraq, sən içkilisən dedikdə, ona cavab olaraq, (avto parking) qorunması və saxlanması üçün nəzərdə tutlmuş sahədə saxladığımı, ad günüdə iştirak etdiyimi, daha sonra ailəm ilə evə qayıtmaq üçün ayıq sürücü sifariş etdiyimi bildirdim. Polis əməkdaşı xüsusi texniki vasitədən (alkotesterdən) istifadə edilməklə mənim sərxoşluq vəziyyətim müəyyən etdilər. Bundan sonra polis əməkdaşları avtomobili cərimə meydançasına apardılar. Dəfələrlə DİN-in 102 xidmətinə daha sonra rayon DYPŞ-nə müraciətlər etdikdən sonra xx.xx.2023-cü il tarixdə protokolun və qərarın sürətini əldə etdim. Protokollavə Qərarla tanış olarkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100-cü maddəsinin tələblərinə uyğun tərtib edilməmişdir. Ona görə ki, qərarda ehtimal edilən xətanı törətməmişəm. Həmin qərardan Bakı şəhəri, Səbayıl Rayon Məhkəməsinə şikayət etdim. Məhkəmənin xx.xx.2023-cü il tarixli 3(009)-2234/2023 nömrəli qərarı ilə şikayətim qismən təmin olunmuş, Bakı şəhər Səbail rayon DYPŞ-nin xx.xx.2023-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında iş üzrə qərarı ləğv edilsin və qeyd olunan inzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı şəhər Səbail rayon DYPŞ-nə göndərilməsi qərara alınmışdır. Məhkəmənin qərarı xx.xx.2023-cü il tarixdə qanuni qüvvəsini alaraq icra olunması üçün Bakı şəhəri, Səbail RPİ-in DYPŞ-nə göndərilmişdir. Həmin tarixdən uzun müddət keçinəsinə baxmayaraq inzibati xəta haqqında protokola baxılması üçün hər hansı bir bildiriş mənə təqdim olunmamışdır. Bir neçə dəfə müraciət edərək, məhkəmə qərarının icra olunmasını tələb etsəm də Səbail RPİ-in X8 Şöbəsinin əməkdaşlarının məqsədli şəkildə süründürməçiliyə yol verərək vəzifə səlahiyyətləridən suiistifadə edərək məsələni qəsdən uzatmaqla qanunsuz hərəkətlərini etmişlər. Bir çox müvafiq yuxarı orqanlara şikayət etdikdən sonra Bakı şəhəri, Səbail RPİ-in DYPŞ-si tərəfindən eyni xx.xx.2023-cü il tarixli, İXM ******* nömrəli inzibati xəta haqqında protokolu əsasında mən İXM-in 329.3, 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə 400 manat məbləğində cərimə edilmişəm. Ən əsası isə protokol tərtib edildikdən sonra mənim iştirakım olmadan (izahatım alınmadan, tərtib edilmiş protokolla razı olub-olmadığım müəyyən edilmədən birbaşa qərar qəbul edilmişdir. Protokola imza etmək protokolla razılaşmaq demək deyil, alınmış izahatla həmin imzanı təsdiq edilməsi şərtdir. Axı qanunda bir başa qeyd edilib ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, inzibati xətalar haqqında işlər üzrə icraatın başlanmasını və inzibati araşdırmanın keçirilməsini təsdiqləyən əsas element inzibati protokolun mövcudluğudur. İXM-in 410-cu maddəsinə əsasən protokolda bu sənədin tərtib edildiyi tarix və yer; protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat; inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; inzibati xətaya görə məsuliyyət nəzərdə tutan İXM-in müvafiq maddəsi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları və s. məlumatlar göstərilir. İnzibati xətalar haqqında işlər üzrə icraat prosesində inzibati protokol (prokurorun qərarı) vacib prosessual sənəddir. Belə ki, xəta törədilməsi ilə əlaqədar inzibati məsuliyyətə cəlb edilməsinə dair ittiham məhz inzibati protokol əsasında yaranır. Bu prosessual sənəd olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraatın növbəti, yəni inzibati xətaya dair işə baxılması mərhələsinə keçmək mümkün deyil. Xüsusən nəzərə alınmalıdır ki, adı çəkilən qərarda hazırkı şikayət etdiyim Bakı şəhəri, Səbail RPİ-in DYPŞ-in qərarına münasibət bildirilmişdir, həmin nöqsanlar aradan qaldırılmadan heç bir araşdırma aparmadan, əldə edilmiş sübutlarla məni tanış etmədən və mənim iştirakım olmadan yenidən qərar qəbul edilmişdir ki, bununla da lüzumsuz yazışmalara yol verilməsinə şərait yaradılmışdır. Mən tərəfindən İXM-in 329.3, 333.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsi ilə bağlı İXM-in tələblərinə uyğun olaraq yeni protokol tərtib olunmamış və həmin protokol (mötəbər sübutlara əldə olunmaqla) əsasında 03 ay 10 gün sonra qərar qəbul olunmuşdur ki, bununla da İXM-in tələbləri pozulmuşdur. Cinayət işi üzrə ibtidai istintaq (CPM-in 218-ci maddəsi) az ağır cinayətlər üzrə — cinayət işinin başlanmasından ən geci 3 (üç) ay keçdikdən sonra başa çatmalıdır, görəsən Bakı şəhəri, Səbail RPİ-in DYPŞ-si mənim xəbərim olmadan nə və hansı araşdırmanı aparmışdır ki, on gün müddətində deyil, 03 ay 10 gün müddət keçdikdən sonra barəmdə eyni “İnzibati tənbeh vermə haqqında” qərarı qəbul etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında qərar qəbul olunmuş X2 nümayəndəsi Nümayəndə şikayətin təmin olunmasını, inzibati xəta haqqında iş üzrə TP ******* saylı 09 mart 2024-cü il tarixli qərarın ləğv edilməsini və inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında qərar qəbul etmiş orqanın nümayəndəsi Səbail Rayon DYPŞ Yol Patrul xidməti inspektoru X6 inzibati xəta haqqında iş üzrə TP ******* saylı 09 mart 2024-cü il tarixli qərarın əsaslı olduğunu bildirərək, şikayətin təmin olunmamasını və onun qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməlidir. İş materiallarına əlavə edilmiş 23 sentyabr 2023-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 23 sentyabr 2023-cü il tarixdə, saat 02:05-də “TESLA MODEL S MİNİK” markalı ** CC *** dövlət qeydiyyat nişanlı avtomobili sərxoş vəziyyətdə idarə etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3, 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə 400 manat məbləğində cərimə edilmişdir. İş materiallarına olan sərxoşluq vəziyyətinin müayinəsinə dair alkotestrdən çıxarışdan görünür ki, 23 sentyabr 2023-ci il tarixdə X1 0.046% olmuşdur. Məhkəmə hesab edir ki, X3 barəsində Səbail rayon DYPŞ-də aparılan inzibati iş üzrə icraat zamanı mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi-həmin maddədə nəzərdə tutulan inzibati məsuliyyətə səbəb olur. Sözügedən maddənin “Qeyd” hissəsində göstərilmişdir ki, xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 24 iyun tarixli 209 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”nın 2.4-cü bəndinə əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. İş materiallarından göründüyü kimi, X2 üzərində aparılmış alkoteterin nəticəslərinə əsasən onda cəmi 0, 046 promilli alkoqolun konsentrasiyası müəyyən olunmuşdur. Görüntüyü kimi X2 qanunda alkoqolun konsentrasiyası qanunvericlikdə tələb olunan miqdarda az olmuşdur. Belə olan halda X2 əməlində inzibati xəta tərkibi olmadığından onun barədinə inzibati xətalara dair iş üzrə icraata xitam verilməli və o, inzibati məsuliyyətdən azad olunmalı idi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 6.1 -ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsində göstərilir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Normanın mənasından aydın olur ki, şəxsin təqsirli olmasını sübuta yetirmək vəzifəsi qanunla inzibati orqanın, hazırki halda Bakı şəhər Səbail rayon DYPŞ-nin üzərinə qoyulsa da, adı çəkilən orqan X2, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 290.1.4cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli olmasını sübut edə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 - 34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərın işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət, şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər Səbail rayon DYPŞ-nin TP ******* saylı, 23 sentyabr 2024cü il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv olunmalı və iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 şikayəti təmin edilsin. X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər Səbail rayon DYPŞnin TP ******* saylı, 23 sentyabr 2024cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından ləğv olunsun və iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM: AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №3(009)-854/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-854/2024
19.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver