Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-858/2024 13.08.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əliyev Ülvi Bağır oğlunun katibliyi, şikayət verən X5, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin nümayəndəsi X1 iştirakları ilə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Bakı Şəhər İdarəsinin inzibati tənbeh vermə haqqında qərarından X6 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X6 şikayətlə Səbail Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Bakı Şəhər İdarəsi tərəfindən çıxarılmış xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləgv edilməsi və barəsində inzibati icraata xitam verilməsi barədə qərar qəbul edilməsi məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Bakı şəhər İdarəsinin 07 mart 2024-cü il tarixli MN ******* saylı mzibati tənbeh vermə haqqında Qərarla 21 fevral 2024-cü il tarixli protokola əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən barəmdə inzibati tənbeh tətbiq edilmişdir. Qərara əsasən o, əmək müqaviləsi hüquqi qüvvəyə minmədən X2 işlərin yerinə yetirilməsinə görə inzibati xəta törətmişdir. Halbuki, o vergi ödəyicisi kimi illər öncə qeydiyyatdan keçsə də, şikayət edilən dövrdə və hazırda özü də əmək müqaviləsi ilə "xxxx" MMC-nin mexaniki vəzifəsində işləyir. Şikayət edən şəxs "xxxx" MMC tərəfindən işə götürüləcəkdi, çünki ona təklif olunan traktor da həmin cəmiyyətin istifadəsində olan traktor olmuşdur. Onun şikayətçinin icra etdiyi işi verəcək səlahiyyəti olmamış, istifadəsində şikayətçinin idarə etdiyini iddia etdiyi traktor olmamışdır. Həmin cəmiyyətdə texnikanın təmiri ilə bağlı mexanik işləyir və şikayət edilən 2023-cü ilin noyabr dekabr aylarında da işləmişdir. Şikayətçi ilə təsadüfən tanış olmuş, iş axtarmasını bildikdə çalışdığı “İnter DBK" MMC-də iş olduğunu bildirmişdir. Əldə etdiyi məlumata görə o tələb olunan işə yararsız olduğu və onu işə qəbul etmək test olaraq yoxlamadan sonra məqsədəmüvafıq olmadığı üçün işə qəbul etmədən imtina etmişlər. O isə yalnız onu tanıdığı üçün şikayəti məhz ondan etmişdir. Şikayətlə bağlı ilkin olaraq şikayətçi polis orqanına müraciət etmiş, sahə müvəkkili ona yaxınlaşaraq şikayətin mənasız olduğunu tələsdiyini ağ vərəqə qol çəkməli olduğunu bildirmiş, o polis işçisi olması səbəbindən həm də təqsiri olmadığı üçün boş izahat blankına qol çəkmişdir. Səbail rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(009)-858/2024 saylı qərarı ilə şikayət qismən təmin edilərək qərar ləğv edilərək iş yenidən baxılması üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Bakı Şəhər İdarəsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 10 iyun 2024-cü il tarixli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilərək Səbail rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(009)- 858/2024 saylı qərarı ləğv edilərək yenidən baxılması üçün məhkəməyə qaytarılmışdır. Məhkəmə iclasında iştirak edən şikayət verən X6 şikayətə uyğun izahat verərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Bakı Şəhər İdarəsi tərəfindən çıxarılmış xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləgv edilməsi və barəsində inzibati icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin nümayəndəsi X3 cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar var. Şikayət əsassız olduğundan təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən qəbul edilmiş 07 mart 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən, fərdi sahibkar (VÖEN **********) X6 barədə qərar vəzifəli şəxs kimi İXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. “Kalyon RSY X8 Ticari İşletmesi” Şirkətinin Azərbaycan Respublikasındakı filialı ilə subpodratçı fiziki şəxs X6 xx.xx.2023-cü il tarixli Maşın Xidmət müqaviləsindən əsasən sifarişçi Əhmədbəyli-Horadiz-Mincivan-Ağbənd avtomobil yolunun tikintisi layihəsi üzrə lazım olan maşınların xidmət işlərini maşının aylıq qiyməti 11800 manat məbləğində qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə-fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X6 barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş vəzifəli şəxs olaraq 192.1-ci maddənin tələblərinin pozaraq inzibati xətanı törətməsi faktı iş materialları ilə sübut olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin maddənin Qeyd hissəsində göstərilmişdir ki, dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-nin 128-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs inzibati xəta haqqında iş üzrə qərardan səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verə bilər. İXM-nin 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Bakı Şəhər İdarəsi tərəfindən çıxarılmış xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı qanunidir, şikayət əsassız olduğundan təmin edilməməli, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 3,12, 21, 76, 84, 128-130, 133-135, 194-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X5 şikayəti təmin edilməsin. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Bakı Şəhər İdarəsi tərəfindən çıxarılmış xx.xx.2024-cü il tarixli, MN ******* saylı saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №3(009)-858/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-858/2024
13.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver