Məhkəmə qərarları › İş №3(009)-859/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-859/2022

03.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-859/2022 03.06.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci və 482.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş protokola və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 482.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş 05 may 2022-ci il tarixli 00100-0552/22 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC-nin ünvanına 06.03.2022-ci il tarixdə Türkiyə Respublikasından 99CL676/99ZX617 nömrə nişanlı yük avtomaşınında PRL**********095 nömrəli 03.03.2022-ci il tarixli invoys sənədi ilə daxil olmuş və Bakı Baş Gömrük İdarəsində **********7097 sorğu nömrəli 08.03.2022-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilən mallara 15.03.2022-ci il tarixdə “İpək Yolu” gömrük postunda gömrük yoxlaması həyata keçirilmişdir. Yoxlama zamanı Şəxs MMC tərəfindən Türkiyə Respublikasından 99CL676/99ZX617 nömrə nişanlı yük avtomaşınında idxal edilmiş mallara dair gömrük orqanına təqdim edilən **********7097 sorğu nömrəli 08.03.2022-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilən mallardan əlavə gömrük orqanına bəyan edilməyən, mal-müsayiət sənədlərində qeyd edilməyən 25 ədəd mətbəx masası, 19 ədəd taxta materialından yellənən oturacaq, 39,2 m2 (eni 1,40 m. uzunluğu 28 m) süni dəri və gömrük orqanına düzgün bəyan edilməyən 23 set mətbəxdə istifadə olunan stulları ilə birlikdə 4-lü (dördlü) masalar yükü aşkar edilmişdir. İnzibati xətanın bilavasitə obyekti olan malların qiymətləndirilməsi üçün xüsusi biliyə malik ekspertlər tərəfindən ekspertiza tədqiqatının aparılması zərurəti yarandığından 1400-013/006- 22/001647 nömrəli 17.03.2022-ci il tarixli məktubla Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə müraciət edərək iş üzrə ekspertiza təyin edilməsi haqqında qərardada əsasən ekspertizanın aparılması Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmişdir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən 04.05.2022-ci il tarixdə Bakı Bas Gömrük İdarəsinə daxil olmuş 9/1937 nömrəli ekspert rəyinə əsasən 25 ədəd mətbəxdə istifadə olunan 1,30 x 0,80 ölçülü 4 ayaqlı masanın orta bazar Qiymətinin 2500 manat, 19 ədəd taxta materialdan söykənəcəyi və oturacağında yumşaq döşəkləri olan kreslo tipli yellənən oturacağın orta bazar Qiymətinin 2850 manat, 39,2 m2 (eni 1,40 m, uzunluğu 28 m) süni dəri materialının orta bazar Qiymətinin 392 manat, 23 set mətbəxdə istifadə olunan 1,30 x 0,80 ölçülü stulları ilə birlikdə 4 avaqlı masanın orta bazar Qiymətinin 4140 manat, ekspertiza tədqiqatına təqdim edilmiş 4 adda əşyaların ümumilikdə 06.03.2022-ci il tarixə orta bazar qiymətinin 9882,00 (doqquz min səkkiz yüz səksən iki) manat olduğu müəyyən edilmişdir. Beləliklə də, aparılan araşdırma nəticəsində müəyyən edilmişdir ki, ünvan 2 ünvanında qeydiyyatda olan Şəxs MMC tərəfindən gömrük orqanına bəyan edilməyən 25 ədəd mətbəxdə istifadə olunan 1,30 x 0,80 ölçülü 4 ayaqlı masa, 19 ədəd taxta materialdan söykənəcəyi və oturacağında yumuşaq döşəkləri olan kreslo tipli yellənən oturacaq, 39,2 m2 (eni 1,40 m, uzunluğu 28 m) süni dəri materialı yükünün orta bazar qiyməti 5742 manat və gömrük orqanına düzgün bəyan edilməyən 23 set mətbəxdə istifadə olunan 1,30 x 0,80 ölçülü stulları ilə birlikdə 4 ayaqlı masa yükünün orta bazar qiyməti 4140 manat, ümumilikdə isə malların orta bazar qiyməti 9882,00 (doqquz min səkkiz yüz səksən iki) manat təşkil edir. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci və 482.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Protokol tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin protokol tərtib etmiş qurumun və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və onlar tərəfindən işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş qurumun və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMC-nin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 482.1-ci və 482.2-ci maddələrində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarına əlavə edilmiş “İpək Yolu” gömrük postunun rəisi tərəfindən tərtib edilmiş raportdan görünür ki, "xxxx" MMC-nin ünvanına Türkiyə Cumhuriyyətindən ** CL *** / ** ZX *** nömrəli nəqliyyat vasitəsiylə daxil olmuş, **********7097 saylı GB ilə bəyan edilmiş yükə gömrük yoxlaması keçirilmişdir. Baxış zamanı GB-nin 1.ci mal mövqeyində bəyan olunan “ mətbəxdə istifadə olunan stulları ilə birlikdə 4 lü masalar” yükünün 196 set bəyan olduğu halda, 23 set artıq 219 set olduğu aşkar olunmuşdur. Əlavə olaraq GB-də bəyan olunmayan 25 ədəd “mətbəx masası”, 19 ədəd taxta materialından yellenən oturacaq, 39.2 m2 ( eni 1.4 ~ uzunluğu 28 m süni dəri aşkar olunmuşdur. İş materiallarına əlavə edilmiş 15.03.2022-ci il tarixli yoxlama haqqında protokoldan görünür ki, yoxlama zamanı, ** CL *** / ** ZX *** nömrə nişanlı avtomaşında daxil olmuş və təqdim edilmiş **********7097 saylı GB-nin 31-ci qrafasında “mətbəxdə istifadə olunan stulları ilə birlikdə 4-lü masalar” 196 set bəyan edildiyi halda, 23 set artıq 219 set müəyyən edilmişdir. Əlavə olaraq GB-də bəyan olunmayan 25 ədəd “mətbəx masası”, 19 ədəd taxta materialdan yellənən oturacaq, 39.2 m2 (eni 1.40 m, uzunluğu 28 m) süni dəri aşkar olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 aprel 2022-ci il tarixli 9/1937 nömrəli Ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 4 adda əşyaların ümumilikdə 17.03.2022-ci il tarixə orta bazar qiyməti təxminən 9882,00 manat müəyyən edilir. Ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat təşkil edir. İş materialları ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsində barəsində icraat aparılan Şəxs MMC-nin nümayəndəsinin iştirakı təmin edilmiş, Şəxs MMC -nin etibarnamə ilə nümayəndəsi X2 izahatından görünür ki, MMC-nin əsas fəaliyyəti Türkiyə Respublikasından mebel yükünün idxalını sonradan həmin malların daxili bazarda topdan və pərakəndə satışını həyata keçirməkdən ibarətdir. Sonuncu dəfə 06.03.2022-ci il tarixdə Şəxs MMC-nin ünvanına Türkiyə Respublikasından 99CL676/99ZX617 nömrə nişanlı yük avtomaşınında masa yükü daxil olmuşdur. Sözügedən mallar Bakı Baş Gömrük İdarəsində **********7097 sorğu nömrəli 08.03.2022-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmişdir. Malların gömrük rəsmiləşdirilməsi həyata keçirilən zaman həmin mallara görə gömrük ödənişləri ödənildikdən sonra sənəd məmuru tərəfindən gömrük bəyannaməsi emal edilmiş, sonradan gömrük bəyannaməsi buraxılışa verilmişdir. Malların gömrük rəsmiləşdirilməsi işlərini o, həyata keçirmiş, 99CL676/99ZX617 nömrə nişanlı yük avtomaşınında daxil olmuş mallar Şəxs MMC və Türkiyə Respublikasının “X5 İnşaat Sanayi İç Ye Dış Ticaret Limited ŞTİ” şirkəti arasında bağlanmış 06/01/20 nömrəli 07.01.2020-ci il tarixli müqavilə əsasında sifariş edilmişdir. İdxal edilmiş mallara görə ödənişlər qarşı tərəfə qabaqcadan tam şəkildə həyata keçirilmişdir. Həmin mallar Şəxs MMC-nin sifarişi əsasında idxal edilib və MMC-nin özünə məxsusdur. Şəxs MMC 2020-ci il tarixdən Türkiyə Respublikasının “X5 İnşaat Sanayi İç Ve Dış Ticaret Limited ŞTİ” şirkəti ilə əməkdaşlıq edir. Tərəflər arasında 06/01/20 nömrəli 07.01.2020-ci il tarixli müqavilə bağlanmışdır. 99CL676/99ZX617 nömrə nişanlı yük avtomaşınında daxil olmuş mallar “X5 İnşaat Sanayi İç Ve Dış Ticaret Limited ŞTİ” şirkətinin tapşırığı ilə Türkiyə Respublikasının “X4 Metal Sanayi Ve Ticaret Limited” şirkətindən göndərilmişdir. Tərəflər arasında olan razılığa əsasən 99CL676/99ZX617 nömrə nişanlı yük avtomaşınında sifariş edilmiş 196 set mətbəxdə istifadə olunan stulları ilə birlikdə 4-lü masalar və 60 ədəd qəhvə masası yükünün göndərilməsi nəzərdə tutulmuşdur. Həmin mallara uyğun olaraq Türkiyə Respublikasında mal-müşayiət sənədləri tərtib edilmiş, mallar yük avtomaşınına yüklənərək Azərbaycan Respublikasına göndərilmişdir. Həmin mallara dair mal-müşayiət sənədləri Şəxs MMC-nin elektron poçt ünvanına göndərilmiş, qeyd edilən sənədlər əsasında da **********7097 sorğu nömrəli 08.03.2022-ci il tarixli gömrük bəyannamasi tərtib edilmişdir. Bizə göndərilən sənədlərdə qeyd edilən mallar gömrük bəyannaməsində öz əksini tapmışdır. Lakin, gömrük bəyannaməsi buraxılışa verildikdən sonra idxal edilmiş mallara “İpək Yolu” gömrük postunda gömrük yoxlaması həyata keçirilərkən 99CL676/99ZX617 nömrə nişanlı yük avtomaşınında gömrük orqanına bəyan edilməyən malların olduğu aşkar edilmişdir. Həmin mallar aşkar edildikdən sonra yükü göndərən şirkətlə əlaqə saxlanılmış və hansı səbəbdən malların artıq göndərilməsi soruşulmuş, qarşı tərəfdən cavab olaraq bildirilmişdir ki, həmin mallar şirkətə məxsus anbarda nəqliyyat vasitəsinə yüklənərkən şirkətin fəhlələri tərəfindən səhvən nəqliyyat vasitəsinə yüklənmiş və Azərbaycan Respublikasına göndərilmiş, artıq aşkar edilmiş malların növbəti partiyada göndərilməsi nəzərdə tutulmuş, bu səbəbdən də həmin mallar mal-müşayiət sənədlərində göstərilməmişdir. “İpək Yolu” gömrük postunda gömrük yoxlaması həyata keçirilərkən artıq aşkar edilmiş malları qanunamüvafiq qaydada rəsmiləşdirmək niyyətindədirlər, gömrük qaydalarının pozulduğunu etiraf edirlər. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikasının İXM-nin 482.1-ci və 482.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə, bu az miqdarda olduqda -inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin düzgün bəyan edilməməsinə görə, yəni gömrük bəyannaməsində, təkrar ixrac bildirişində, qısa idxal (ixrac) bəyannaməsində, sadələşdirilmiş bəyannamədə, gömrük rəsmiləşdirilməsinə dair ərizədə və gömrük orqanlarının Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə uyğun olaraq tələb etdiyi digər sənədlərdə və məlumatlarda Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malları və nəqliyyat vasitələrini gömrük ödənişlərindən, habelə qanunvericiliklə müəyyənləşdirilmiş qadağan və məhdudiyyətlərdən azad etməyə, yaxud gömrük ödənişlərinin məbləğini azaltmağa əsas verən, malların və nəqliyyat vasitələrinin gömrük proseduru, miqdarı, sayı, gömrük dəyəri, mənşə ölkəsi barədə və ya digər düzgün olmayan məlumatların göstərilməsinə görə, bu az miqdarda olduqda - inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələrinin dəyərinin otuz faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Beləliklə, həm iş materialları, həm də inzibati icraat zamanı izahatı alınmış Şəxs MMC-nin nümayəndəsinin izahatı ilə Şəxs MMC tərəfindən Azərbaycan Respublikasını İXM-nin 482.1-ci və 482.2-ci maddələrində nəzərdə tutulan inzibati xəta törətməsi tam sübuta yetirilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikasının İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutlari qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə görə şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə törədilmiş inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikasının İXM-nin 482.1-ci və 482.2-ci maddələri ilə təqsirli bilinərək onun barəsində İXM-nin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati cərimə tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. Bu səbəbdən, inzibati iş üzrə keçirilmiş ekspertiza xərci olan 100 (bir yüz) manat məbləğində pul vəsaiti Şəxs MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 114-117 və 482.2-cimaddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci və 482.2-ci maddələri ilə təqsirli bilinsin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin 40 (qırx) faizi məbləğində, yəni 3952 (üç min doqquz yüz əlli iki) manat məbləğində inzibati cərimə edilsin. İnzibati xəta haqqında iş üzrə ekspertiza xərcinin dəyəri olan 100 (bir yüz) manat məbləğində pul vəsaiti Şəxs MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, X1 Kodu 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ ********************, SWİFT CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34STRE********************) hesabına köçürülsün. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar