Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-86/2025 22.01.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Əsgərova Sübhə Hüsən qızının katibliyi ilə, DİN BDYPİ-nin 18 dekabr 2024-cü il tarixli, EQ 16/1-191694 nömrəli inzibati tənbeh vermə haqqında qərarından X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X3 şikayətlə məhkəməyə müraciət edərək DİN BDYPİ-nin 18 dekabr 2024-cü il tarixli, EQ 16/1-191694 nömrəli inzibati xəta haqqında qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, bildirir ki, xx.xx.2024-cü il tarixdə onun asanpay kabinetimə EQ23712375 saylı protokol üzrə inzibati qərarla cərimə olunmağı ilə bağlı bildirişlər əlavə olunmuşdu. Həmin protokol əsasında xx.xx.2024-cü il tarixli qərarla xx.xx.2024-cü il tarixdə Səbail rayonu, Xəqani küçəsində dayanma durma qaydasını pozduğuma görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə 20 manat məbləğində cərimə edilib. Həmin qərardan verdiyi şikayət Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024- cü il tarixli 3(009)-2336/2024 saylı qərarı ilə ləğv edilmiş və yenidən baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinə göndərilmişdir. İşə yenidən baxan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinin xx.xx.2024-cü il tarixli 16/1-191694 saylı qərarına əsasən yenidən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə 20 manat məbləğində cərimə edilib. Hesab edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinin xx.xx.2024-cü il tarixli 16/1-191694 saylı qərarı əsassız və qanunsuzdur. Bildirmək istəyir ki, elektron qərar nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılan elektron kabinetə qanunla müəyyən olunmuş müddətin keçməsindən sonra yerləşdirildiyi üçün şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. Hesab edir ki, həmin qərar məhkəmə tərəfindən ləğv edilməlidir. DİN BDYPİ-nin 18 dekabr 2024-cü il tarixli, EQ 16/1-191694 nömrəli inzibati xəta haqqında qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. İnzibati tənbeh vermə haqqında qərarı tərtib etmiş orqana və şikayətçiyə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmiş, lakin İnzibati tənbeh vermə haqqında qərarı tərtib etmiş orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə inzibati tənbeh vermə haqqında qərarı tərtib etmiş orqanın nümayəndəsinin və şikayətçinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 18 dekabr 2024-cü il tarixli, EQ 16/1-191694 nömrəli inzibati xəta haqqında qərardan görünür ki, X4 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 20 manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə, X1 şikayət ərizəsini və iş materiallarını nəzərə alaraq, hesab edir ki, onun əməli haqlı olaraq inzibati xəta kimi qiymətləndirilmiş və 20 manat məbləğində cərimə edilməsinə dair qanuni qərar qəbul edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən məhkəmə qərardan şikayətə baxarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsinə əsasən bu Məcəllənin 346.2–346.9-cu maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, dayanma və ya durma qaydalarını pozmağa görə –iyirmi manat məbləğində cərimə edilir. Məhkəmə inzibati xətalar qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından hesab edir ki, inzibati məsuliyyətə səbəb olan əməlin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və X2 əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddələri tövsif edilmişdir. Hazırda da şikayətin dəlilləri sözügedən qərarın ləğv edilməsi üçün əsas kimi çıxış etmir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, DİN BDYPİ-nin tərəfindən X2 barəsində çıxarılmış 18 dekabr 2024-cü il tarixli, EQ 16/1-191694 saylı inzibati xəta haqqında qərar qanuni və əsaslı olduğundan, həmin qərarın ləğv edilməsi üçün heç bir əsas yoxdur. Belə ki, X2 verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-134-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 şikayəti təmin edilməsin. DİN BDYPİ-nin 18 dekabr 2024-cü il tarixli, EQ 16/1-191694 saylı inzibati xəta haqqında qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Günel Səmədova
Məhkəmə qərarları › İş №3(009)-86/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-86/2025
22.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver