Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-860/2022 01.06.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Qəribli Günel Adil qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib edilmiş 10 may 2022-ci il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokola əsasən Şəxs MMC 50000.00 ABŞ dolları məbləğində vəsaiti 14 aprel 2020-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 50000.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmişdir. Xəta 15 aprel 2022-ci il tarixdə hüquqi şəxsin ünvanında törədilmişdir. Bununla da, Şəxs MMC Azərbaycan Respublikasının İXM-nin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi və vəkili Nümayəndə inzibati xəta haqqında protokola etiraz təqdim edərək bildirmişdir ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Şəxs MMC barəsində İXM-nin 430.4-cü maddəsi ilə inzibati xətanın törədilməsi barədə protokol tərtib edilərək baxılması üçün Bakı şəhəri Səbail rayon məhkəməsinə göndərilmişdir. Həmin Protokolda qeyd edilmişdir ki, Şəxs MMC tərəfindən 50.000 ABŞ dolları xaricə köçürülmüş, lakin 2 il müddət keçsədə həmin vəsait məbləğində alman mallar ölkəyə idxal edilməmiş, valyuta vəsaiti ölkəyə geri qaytarılmamışdır. Ona görədə həmin hüquqi şəxs İXM-nin 430.4-cü maddəsi ilə inzibati xətanı törətmişdir. Hazırda təqdim edilən rəsmi sübutlara əsasən hesab edir ki, Şəxs MMC barəsində İXM-nin 430.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında işə İXM-nin 53-cü maddəsinə əsasən xitam verilməlidir. İlk öncə qeyd edir ki, xx.xx.2020-ci il tarixində Şəxs MMC ilə “NC THAİ İNTERNATİONAL TRADİNG CO LTD” arasında SO/OO1/2020 nömrəli müqavilə bağlanmışdır. Həmin müqavilənin dəyəri 50000,00 ABŞ dolları təşkil etmişdir və bu müqaviləyə görə 100 faiz müqavilənin dəyəri ödənilməklə COVİD 19 pandemiyasma görə ölkəyə tibbi maskalar alınıb gətirilməli idi. Belə ki, həmin malın sifarişi “BOS SHELF LLC” adlı təşkilatın məhz Şəxs MMC ilə bağladığı 5561/2020 nömrəli PO sazişinə əsasən həyata keçirilmişdir. xx.xx.2020-çi il tarixində Şəxs MMC ilə “NC THAİ İNTERNATİONAL TRADİNG CO LTD” arasında bağlanmış SO/001/2020 nömrəli müqavilədə sifariş olunan malın İnvoice nömrəsinə də istinad edilmiş və həmin nömrə 5G20-2 kimi qeyd edilmişdir. Məhz yuxarıda qeyd olunan müqaviləyə, sazişə və invoice əsasən 12 may 2020-ci il tarixində **********6858 nömrəli X3 əsasən 50000,00 ABŞ dolları dəyərində olan tibbi maska adlı mallar ölkəyə idxal edilmişdir. Belə ki, **********6858 nömrəli X2 məzmunundan də görünür ki, həmin mallar məhz Şəxs MMC-nin tapşırığına əsasən “NC THAİ İNTERNATİONAL TRADİNG CO LTD”şirkətindən alınaraq “BOS SHELF LLC” adlı təşkilat üçün ölkəyə idxal edilmişdir. Bu faktı qeyd etdiyi bütün rəsmi sənədlər təsdiq edir. Bundan başqa istinad edilən **********6858 nömrəli X2 44 (təqdim olunan sənədlər) qrafasında aparılmış 4999-PO 5561/2020 nömrəli sazişin qeydindən və 8001-5G20-2 invoice nömrəli qeyddən görünür ki, həmin bəyan edilən mal məhz xx.xx.2020-ci il tarixində Şəxs MMC ilə “NC THAİ İNTERNATİONAL TRADİNG CO LTD” arasında bağlanmış müqaviləyə və “BOS SHELF LLC” adlı təşkilatın məhz Şəxs MMC ilə bağladığı 5561/2020 nömrəli PO sazişinə əsasən həyata keçirilmişdir. Odur ki, hazırda inzibati xəta haqqında protokolda Şəxs MMC tərəfindən 50.000 ABŞ dolları məbləğində vəsaitin xaricə köçürdükdən sonra 2 il müddət keçsədə həmin vəsait məbləğində alman malların ölkəyə idxal edilməməsinin qeyd edilməsi tamamilə yanlışdır. Həmçinin bildirir ki, Azərbaycan Respublikası Prezidentinin 02 noyabr 2017-ci il tarixli 1654 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İdxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların siyahısı”nda dəyişiklik edilməsi haqqında 27 mart 2020-ci il tarixli 974 nömrəli Fərmanına əsasən ********** kod adı altında qeyd edilmiş Tibbi (cərrahiyyə əməliyyatı və prosedur üçün) maskalar və respiratorlar əlavə dəyər vergisindən azaddırlar. Göründüyü kimi Şəxs MMC-nin əməlində İXM-nin 430.4-cü maddəsinin tərkib əlamətləri yoxdur. Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Şəxs MMC barəsində İXM-nin 430.4-cü maddəsi ilə inzibati xətanın törədilməsi barədə tərtib edilmiş inzibati xəta haqqında protokol əsassızdır. Həmin protokol əsasında Şəxs MMC barəsində İXM-nin 430.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barəsində məhkəməyə məlumat verməmiş və ondan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə işə inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə nümayəndənin izahatını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İXM-nin 430.4-cü maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarından görünür ki, xx.xx.2020-ci il tarixdə Şəxs MMC tərəfindən 50000.00 ABŞ dolları məbləğində qabaqcadan ödəniş etməklə “NC THAİ İNTERNATİONAL TRADİNG CO LTD” şirkətinin hesabına köçürülmüşdür. İş materiallarında olan xx.xx.2020-ci il tarixli **********6858 saylı gömrük bəyannaməsindən görünür ki, Şəxs MMC-nin tapşırığı ilə “NC THAİ İNTERNATİONAL TRADİNG CO LTD” şirkəti tərəfindən “BOS SHELF LLC”-nin hesabına 50000,00 ABŞ dolları məbləğində müvafiq mallar qanunla müəyyən edilmiş müddətdə ölkəyə idxal edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli Şəxs MMC ilə “NC THAİ İNTERNATİONAL TRADİNG CO LTD” arasında bağlanmış SO/OO1/2020 nömrəli müqaviləyə əsasən müqavilənin dəyəri 50000,00 ABŞ dolları təşkil edir və bu müqaviləyə görə 100 faiz müqavilənin dəyəri ödənilməklə COVİD 19 pandemiyasına görə ölkəyə tibbi maskalar gətirilməlidir. Həmçinin SO/001/2020 nömrəli müqavilədə sifariş olunan malın İnvoice nömrəsinə də istinad edilmiş və həmin nömrə 5G20-2 kimi qeyd edilmişdir. İş materiallarında olan “BOS SHELF LLC” və Şəxs MMC ilə bağlanmış 5561/2020 nömrəli PO sazişinə əsasən ABŞERON CATERİNG AND SERVİCES” MMC həmin malın (tibbi maska) sifarişi həyata keçirilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, xx.xx.2020-ci il tarixində Şəxs MMC ilə “NC THAİ İNTERNATİONAL TRADİNG CO LTD” arasında SO/OO1/2020 nömrəli müqavilə bağlanmışdır. Həmin müqavilənin dəyəri 50000,00 ABŞ dolları təşkil etmiş və bu müqaviləyə görə 100 faiz müqavilənin dəyəri ödənilməklə COVİD 19 pandemiyasma görə ölkəyə tibbi maskalar alınaraq gətirilmişdir. Belə ki, həmin malın sifarişi “BOS SHELF LLC” adlı təşkilatın məhz Şəxs MMC ilə bağladığı 5561/2020 nömrəli PO sazişinə əsasən həyata keçirilmiş, xx.xx.2020-ci il tarixində Şəxs MMC ilə “NC THAİ İNTERNATİONAL TRADİNG CO LTD” arasında bağlanmış SO/001/2020 nömrəli müqavilədə sifariş olunan malın İnvoice nömrəsinə istinad edilmiş və həmin nömrə 5G20-2 kimi qeyd edilmişdir. Məhz yuxarıda qeyd olunan müqaviləyə, sazişə və invoice əsasən 12 may 2020-ci il tarixində **********6858 nömrəli X3 əsasən 50000,00 ABŞ dolları dəyərində olan tibbi maska adlı mallar ölkəyə idxal edilmişdir. Belə ki, **********6858 nömrəli X1 görünür ki, həmin mallar məhz Şəxs MMC-nin tapşırığına əsasən “NC THAİ İNTERNATİONAL TRADİNG CO LTD”şirkətindən alınaraq “BOS SHELF LLC” adlı təşkilat üçün ölkəyə idxal edilmişdir. **********6858 nömrəli X2 44 (təqdim olunan sənədlər) qrafasında aparılmış 4999-PO 5561/2020 nömrəli sazişin qeydindən və 8001-5G20-2 invoice nömrəli qeyddən görünür ki, həmin bəyan edilən mal məhz xx.xx.2020-ci il tarixində Şəxs MMC ilə “NC THAİ İNTERNATİONAL TRADİNG CO LTD” arasında bağlanmış müqaviləyə və “BOS SHELF LLC” adlı təşkilatın məhz Şəxs MMC ilə bağladığı 5561/2020 nömrəli PO sazişinə əsasən həyata keçirilmişdir. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə avans yolu ilə ödənilmiş valyuta vəsaitinin 50000,00 ABŞ dolları dəyərində mallar müəyyən edilmiş müddətdə müvafiq mallar **********6858 nömrəli gömrük bəyənnaməsi ilə ölkəyə idxal olunduğundan Şəxs MMC-nin əməlində Azərbaycan Respublikasının İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi yoxdur. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 430.4-cü maddəsinəəsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə - vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinəəsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, hazırki iş üzrə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxsə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir. Ona görə də, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İXM-nin 430.4-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-117, 128-130 və 430.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №3(009)-860/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-860/2022
01.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver