Məhkəmə qərarları › İş №3(009)-861/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №3(009)-861/2024

29.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(009)-861/2024 29.03.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Səbail Rayon Məhkəməsinin hakimi Səmədova Günel Kamil qızı, X2 Səbail rayon Badamdar bələdiyyəsi tərəfindən onun barəsində tərtib edilmiş qərardan verdiyi şikayətə işin baxılmağa hazırlanması zamanı baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: X1 rayon Badamdar bələdiyyəsi tərəfindən barəsində tərtib edilmiş qərardan şikayət verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.2023-eü il tarixdə Səbail Rayon İcra və Probasiya Şöbəsi tərəfindən ona gündərilən məktubda onun Səbail Rayon Badamdar Bələdiyyəsinə olan vergi borcunu könüllü icrasına dair bildiriş alıb. xx.xx.2023-cü il tarixdə isə onun Badamdar Bələdiyyəsinə borcumun olmadığını təsdiqləyən rəsmi sənədlərlə cavab məktubu göndərib. Lakin göndərdiyi məktuba bu günə qədər cavab almayıb. Bir neçə gün bundan əvvəl Səbail Rayon İcra və Probasiya şöbəsindən problemin tam həlli üçün Bakı Səhəri Səbail Rayon Məhkəməsinə müraciət etməyinə dair onu şifahi olaraq xəbərdar etdilər. O, DƏRX-nm Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2008 tarixdə verilmiş **********75 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi 3-cü massivdə 0,045 ha torpaq sahəsi üzərində tanı mülkiyyət hüququ əldə edib. 2012-ci ildə həmin torpaq sahəsində yarımçıq tikili tikib. xx.xx.2014-cü il tarixdə ailəsi ilə birgə yaşadığı Badamdar qəsəbəsi Ə.Nəzərov küçəsi ev la, mənzil 7 ünvanında yerləşən iki otaqlı mənzilini satıb. Lakin 2015-ci ilin iyul ayına kimi həmin məzildə güzəştli şərtlərlə kirayədə yaşayıb. Həmin müddət ərzində 3-cü massivdəki yarımçıq tikilinin dam örtüyünü vurub, maddi durumu imkan vermədiyi üçün kirayədən çıxıb ailəsi ilə birlikdə təmirsiz evə köçüb və yaşadığı yeddi il ərzində yaşayış üçün vacib olan sahələrdə özü təmir işləri yerinə yetirib. 2015-ci ilin may ayı idi, bir nəfər küçə qapısını döydü, çıxdı adının Ramal olduğunu və Badamdar bələdiyyəsinin işçisi olduğunu söylədi, əmlaka dair sənədlərin surətini istədi, torpaq və əmlak vergisini ödəməyi tələb etdi. O da ona 2008- ci ildən bu gunə kimi torpaq vergisi üzrə borcunun olmadığını, üzərindəki tikintinin isə hələ yarımçıq olduğunu və tikintiyə dair heç bir sənədin olmadığını ona söylədi. O isə ona bildirdi ki, bələdiyyə sədri sənədsiz evlər üçün əmlak vergisi ödəyənlərin əmlaklarının özəlləşdirilməsi və pasport qeydiyyatına alınmaları üçün lazımi köməklik göstərəcəyinə söz verir. Satdığı mənzilin yeni sahibi ondan bütün ailəmlə birlikdə qısa müddətdə onun mənzilindən pasport qeydiyyatından çıxmağlarını tələb edirdi. Ona görə də o, qanunsuz tikili üçün əmlak vergisi ödəməyə razılıq verdi. Bir neçə gün sonra Ramalla görüşdük, o, ona torpağın çıxarışının surətini verdi, o isə mənə yüz otuz beş manat doxsan qəpik (135.90) illik bələdiyyə vergisi olan çek təqdim etdi, lakin həmin məbləğin hansı sahə və ölçülərə əsasən hesablandığına dair ona heç bir sənəd vermədi. xx.xx.2015-ci il tarixdə o yerli poçt şöbəsi vasitəsi ilə Badamdar Bələdiyyəsinin hesabına yuxarıda qeyd olunan məbləği ödədi. Bu qayda ilə xx.xx.2016-cı il, xx.xx.2017-ci il , xx.xx.2018-ci il də daxil olmaqla, Badamdar bələdiyyəsinə hər il yüz otuz beş manat doxsan qəpik (135.90) hesabı ilə, dörd il ərzində ümumilikdə beş yüz qırx üç manat qırx qəpik (543.40) pul ödədim. Lakin bu müddət ərzində bələdiyyə ona əmlakının sənədləşdirilməsi və pasport qeydiyyatına düşmək üçün heç bir köməklik göstərmədi. O, Ramala öz etirazını bidirdi, o isə ona ailəsinin pasport qeydiyyatına alınması üçün iki min (2000) manat vermək lazım olduğumu söylədi, o isə o məbləği verməkdən imtina etdi. Bundan sonra qanunsuz tikili üçün əmlak vergisi ödəməyəcəyini və əmlak vergisi adı altında fırıldaq yolu ilə ondan tutulan beş yüz qırx üç (543.40) manat məbləğin növbəti illər üçün torpaq vergisinə yönəldilməsini Ramaldan tələb etdi. Həmin gündən etibarən Ramal bir daha ona vergi önədilməsinə dair çek təqdim etmədi, hətta Badamdar qəsəbəsi ərazisində dəfələrlə qarşılaşdığlarına baxmayaraq ona vergi ödənilməsi ilə bağlı şifahi xəbərdarlıq belə etməmişdir. Sual: 2019-2022-ci illər ərzində Badamdar bələdiyyəsinin sədri niyə görə qanunamüvafiq tədbir görüb, müvafiq qərar qəbul etməmiş, məhz 2023- cü ilin yanvar ayında belə qərara gəlmişdir? 2022-ci ilin mart ayına kimi həmin əmlaka dair heç bir sənəd əldə edə bilmədi, hətta ödədiyi əmlak verigisinin hansı ölçüləri və sahəni özündə əks etdirən əmlaka aid olduğuna dair Badamdar bələdiyyəsindən heç bir rəsmi sənəd ala bilmədi. Badamdar Bələdiyyəsinin 23 yanvar 2023-cü il tarixli qərarından da göründüyü kimi 3-cü yaşayış massivi 29-cu küçədə mənə məxsus 0,45 ha torpaq sahəsi olub, lakin üzərindəki tikili hətta Bələdiyyə təfəindən tanınmadığı üçün ev nömrəsi qeyd edilməmişdir. Bu günə kimi də bütün ailə üzvləri ilə birgə 2014-cü ildə satdığı Badamdar qəsəbəsi Ə.Nəzərov küçəsi 1a, mənzil 7 ünvanında , mənzilin sahibi ilə aralarında yaranmış dostluq münasibəti hesabına pasport qeydiyyatdadırlar. xx.xx.2022-ci il tarixdə, DƏRX-nm xx.xx.2008-ci il tarixli, ********** saylı çıxarışına əsasən Badamdar qəsəbəsi 3-cü yaşayış massivi ünvanında yerləşən ümumi sahəsi 0.045 ha olan torpaq sahəsini Daşınmaz Əmlakın xx.xx.2022-ci il tarixli AN- İ/0989795 saylı Alqı-Satqı müqaviləsinə əsasən satıb, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 220.8-ci maddəsinə əsasən Dövlət büdcəsinə dörd yüz beş (405.00) manat məbləğində vergi ödəyib. Həmin torpağın yeni sahibi torpaq üzərindəki qanunsuz tikilinin təmir-tikinti işlərini tamamlayıb üçüncü şəxsə satmışdır. Göründüyü kimi Badamdar Bələdiyyəsi eyni bir əmlaka görə üç nəfərdən ayrı-ayrılıqda vergi tutmaq istəyir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 198.1.1-ci maddəsinə əsasən fiziki şəxslərdən onların xüsusi mülkiyyətində olan əmlaka görə vergi tutula bilər. Onun xüsusi mülkiyyətində yalnız 0.045 ha torpaq sahəsi olub, həmin torpaq sahəsi üçün qanunla nəzərdə tutulduğundan qat-qat artıq pul vəsaitini Badamdar Bələdiyyəsinin hesbma ödəyib. Bakı şəhəri Səbail rayon Badamdar Bələdiyyəsinin xx.xx.2023-cü il tarixli qərarının heç bir hüquqi əsası yoxdur və böyük qanun pozuntularını özündə əks etdirir. Çünki mənim əmlakım hesab edilən torpaq sahəsi xx.xx.2022-ci il tarixdən qanuni sənəd əsasında başqasının mülkiyyətindədir. X3 bir əmlaka görə 2022-2023- cü illər üçün həm məndən həm də əmlakın yeni sahibindən vergi tələb etmişdir. Bu isə Badanğmdar Bələdiyəsinin vergi adı altında əmlak sahiblərindən qanunsuz pul toplamasına dair əsaslı sübutdur. Qeyd olunanları nəzərə alaraq, Səbail rayon Badamdar bələdiyyəsinin xx.xx.2023-cü il tarixli qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət ərizəsini nəzərdən keçirərək hesab edirəm ki, şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər icraata qəbul edilmədən şikayətçiyə geri qaytarılmalıdır. Belə ki, şikayətçi tərəfindən şikayət ərizəsində qeyd etdiyi məsələ: Səbail rayon Badamdar bələdiyyəsinin xx.xx.2023-cü il tarixli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsi inzibati xəta haqqında iş üzrə qərardan şikayət vermə predmetini təşkil etmir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. İnzibati tənbeh vermə haqqında qərarda işin baxılması tarixi və yeri, işinə baxılan şəxs haqqında məlumat, işə baxılarkən müəyyən edilmiş hallar, inzibati xətaya görə məsuliyyət nəzərdə tutan İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi və inzibati xətaya görə tətbiq edilən inzibati tənbeh növü və sairə kimi məlumatlar öz əksini tapır. Mübahisələndirilən qərarın qanuniliyi məhz qeyd olunan məlumatlar əsasında yoxlanılır. Bu səbəbdən qanunun tələbinə uyğun olaraq barəsində qərar çıxarılmış fiziki şəxs inzibati tənbeh vermə haqqında qərardan şikayət verməli və həmin qərarın surəti şikayətə əlavə edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43-cü maddəsinə əsasən rayon (şəhər) məhkəmələri tərəfindən baxılması nəzərdə tutulmuş inzibati xətaların dairəsi müəyyən edilmişdir. İnzibati orqanın (bələdiyyə) qərarı və ondan irəli gələn borc ilə bağlı məsələlər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən, Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106.0.4-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən işin icraatını rədd edən halların mövcud olub-olmaması məsələsini, 106.0.5-ci maddəsinə əsasən isə işə mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanıbtoplanmaması məsələlərini həll edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X2 Səbail rayon Badamdar bələdiyyəsi tərəfindən onun barəsində çıxarılmış qərardan verdiyi şikayəti şikayətçiyə geri qaytarılmalıdır. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43,106, 109 və 118, 128-129 və 130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: X2 barəsində Səbail rayon Badamdar bələdiyyəsi tərəfindən çıxarılmış qərardan verdiyi şikayət geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar