Məhkəmə qərarları › İş №3(009)-863/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-863/2022

20.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-863/2022 20.05.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi ilə, Şikayətçi Ağa-zadə Məhəmməd Nizami oğlunun, Bakı şəhər Baş Polis İdarəsinin X9 İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, Azərbaycan Respublikası X9 İdarəsinin Bakı şəhər DYPİ-nin 23 aprel 2022-ci il tarixli İXP ******* saylı inzibatı protokol əsasında qəbul olunmuş 25 aprel 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından Ağa-zadə Məhəmməd Nizami oğlu tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ağa-zadə Məhəmməd Nizami oğlu şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası X9 İdarəsinin Bakı şəhər DYPİ-nin 23 aprel 2022-ci il tarixli İXP ******* saylı inzibatı protokol əsasında qəbul olunmuş 25 aprel 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 23 aprel 2022-ci il tarixdə barəsində inzibati xəta (yol hərəkət qaydasının pozulması) törədməkdə iddia edilərəlk DİN müvafiq qurumunun əməkdaşı tərəfindən inzibati protokol tərtib edilmədən və heç bir sübut təqdim edilmədən inzibati məsuliyyətə cəlb edilmişdir. Şəxsi mülkiyyətində olan nəqliyyatın AR Qanunverciliyinə zidd olaraq avtonəqliyyat saxlama məntəqəsinə aparılmışdır. İnzibati protokolu tərtib etmək istəmələrinə baxmayaraq, polis əməkdaşları inzibati protokol tərtib etməyiblər və onların iddia etdiyi kimi 24 aprel 2022-ci il tarixdə törədildiyi gün heç bir protokol, sənəd təqdim etməyiblər. Həmin protokol ona 5 mart 2022-ci il tarixində təqdim olunub, ki həmin inzibatı xəta haqqında protokolundan məhkəməyə şikayət vermək müddəti bitsin. O, sözügedən protokollu imzalamamış və həmin protokol 23 fevral 2022-ci il tarixdə ona təqdim edilməyib, əlavə olaraq həmin protokolda (asanpay sistəmi daxil olmaqla) inzibatı xətanı törədilməsi barədə heç bir sübut əlavə edilməyib. 24 aprel 2022-ci il tarixdə sözügedən inzibatı protokol ilə əlaqədar polis polkovniki X6 tərəfindən qərar qəbul edilib və X3 327.2 və 327.7-ci maddələrinə əsasən inzibati tənbehə cəlb olunmuşdur. Həmin qərarda onun hansı əsasla inzibatı məsuliyyətə cəlb edilməyi barədə, İnzibatı xətanın tərkibi, səbəb-əlaqə nəticəsi və ümumiyətlə inzibatı xətanı törətməyi barədə heç bir sübut qeyd edilməyib, nəticədə onun avtonəqliyyatı hansı sübutlara əsasən saxlama məntəqəsinə aparılmışdır. Həmin qərarla 5 may 2022-ci il tarixdə tanış olmuşdur. Həmin qərar və protokol ona 5 may 2022- ci il tarixdə təqdim edilib. Qeyd edilənləri nəzərə alaraq barəsində tərtib olunmuş İXP ******* saylı inzibatı protokol əsasında qəbul olunmuş qərarın ləğv edilməsi və inzibati iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayətçi Ağa-zadə Məhəmməd Nizami oğlu şikayət ərizəsini müdafiə edərək, şikayət ərizəsinə uyğun izahat verdi və Azərbaycan Respublikası X9 İdarəsinin Bakı şəhər DYPİ-nin 23 aprel 2022-ci il tarixli İXP ******* saylı inzibatı protokol əsasında qəbul olunmuş inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Bakı şəhər Baş Polis İdarəsinin X9 İdarəsinin nümayəndəsi X4 şikayətə etiraz edərək bildirdi ki, barəsində qərar çıxarılmış fiziki şəxs Ağa-zadə Məhəmməd Nizami oğlunun barəsində Azərbaycan Respublikası X9 İdarəsinin Bakı şəhər DYPİ-nin 23 aprel 2022-ci il tarixli İXP ******* saylı inzibatı protokol əsasında qəbul olunmuş inzibati tənbeh vermə haqqında qərar qəbul edilməsinə əsas 23 aprel 2022-ci il tarixində, saat 16:45-də idarə etdiyi HONDA CİVİC MİNİK 99TY243 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Bakı şəhəri, Tibilisi prospekti, Ş.Mehdiyev küçəsi ilə hərəkət edən zaman Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.7 və 327.2.-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta (xətalar) törədilmiş, inzibati araşdırma zamanı həmin protokol əsasında iş üzrə toplanmış sübutlar əsasında düzgün olaraq inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Ağa-zadə Məhəmməd Nizami oğlu tərəfindən verilmiş şikayət əsassız olduğundan təmin edilməməsi və qərarın dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası X9 İdarəsinin Bakı şəhər DYPİ-nin 23 aprel 2022-ci il tarixli İXP ******* saylı inzibatı protokol əsasında qəbul olunmuş 25 aprel 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, Ağa-zadə Məhəmməd Nizami oğlu 23 aprel 2022-ci il tarixində, saat 16:45-də Bakı şəhəri, Tibilisi prospekti, Ş.Mehdiyev küçəsində HONDA CİVİC MİNİK markalı ** TY *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə və Məcəllənin 327.2-327.6. 327,8, 328.2. 328.3. 328.4. 331. 333.1. 342,7. 343.1 və 346.3-cü maddələrində müəyyən edilmiş balla qiymətləndirilən xətaları törətməklə sürücülər tərəfindən bir il ərzində 20 və daha çox bal toplanmasına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci və 327.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası X9 İdarəsinin Bakı şəhər DYPİ-nin Ağa-zadə Məhəmməd Nizami oğluna ünvanlanmış 26 aprel 2022-ci il tarixli məktubundan görünür ki, 23 aprel 2022-ci il tarixdə İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi üzrə tərtib olunmuş İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında başlanılmış inzibati xəta haqqında işə 25 aprel 2022-ci il tarixdə baxılmışdır. 1 il ərzində 20-dən çox bal topladığı müəyyən edildiyindən nəqliyyat vasitələrini idarə etmək hüququ Məcəllənin 327.7-ci maddəsinə əsasən 6 (altı) ay müddətinə məhdudlaşdırılması barədə qərar qəbul olunmuşdur. Məcəllənin 153.2-ci maddəsinə uyğun olaraq sürücülük vəsiqəsini Bakı Şəhər Baş Polis idarəsi X8 idarəsinə təqdim etməyi tələb olunur. Əks təqdirdə İnzibati Xətalar Məcəlləsinin 153.3-cü maddəsinə əsasən nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılması müddətinin axımı dayandırılacaq və Məcəllənin 152.2-ci maddəsi üzrə vəsiqənin alındığı gündən başlanacaqdır. İş materiallarına əlavə edilmiş DİN DYP-nin “Mərkəzi məlumat bazası”ndan çıxarışdan görünür ki, 25 aprel 2022-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında qərar üzrə Ağa-zadə Məhəmməd Nizami oğlunun nəqliyyat vasitələrini idarə etmək hüququ 6 (altı) ay müddətinə məhdudlaşdırılmışdır. İş materiallarına əlavə edilmiş DVD diskdən görünür ki, Bakı şəhəri, Tibilisi prospekti, Ş.Mehdiyev küçəsi ilə hərəkət edən zaman svetoforun qırmızı işığında hərəkəti davam etdirmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası X9 İdarəsinin Bakı şəhər DYPİnin 23 aprel 2022-ci il tarixli İXP ******* saylı inzibatı protokol əsasında qəbul olunmuş 25 aprel 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslıdır, həmin qərarın ləğv edilməsi üçün heç bir əsas yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə-altmış manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.7-ci maddəsinə əsasən Bu Məcəllənin 327.2 - 327.6, 327.8, 328.2, 328.3, 328.4, 331, 333.1, 342.7, 343.1 və 346.3-cü maddələrində müəyyən edilmiş balla qiymətləndirilən xətaları törətməklə sürücülər tərəfindən bir il ərzində 20 və daha çox bal toplanmasına görə -nəqliyyat vasitəsini idarə etmək hüququ altı ay müddətinə məhdudlaşdırılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən məhkəmə qərardan şikayətə baxarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edir. İş materiallarına əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, Ağa-zadə Məhəmməd Nizami oğlu Mersedes-Benz C220 CDİ minik markalı **-EV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsininin qapısının rəngini dəyişmiş, buna baxmayaraq müvafiq icra hakimiyyəti orqanına dövlət qeydiyyatında müvafiq dəyişikliyin edilməsi üçün müraciət etməmiş və nəticədə Azərbaycan Respublikası İXM-nin 339.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş, ona görə də barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokol əsasında inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Məhkəmə inzibati xətalar qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından hesab edir ki, inzibati məsuliyyətə səbəb olan əməlin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və Ağa-zadə Məhəmməd Nizami oğlunun əməli düzgün olaraq İXM-in 339.1ci maddəsi ilə tövsif edilmişdir. Hazırda da şikayətin dəlilləri sözügedən qərarın ləğv edilməsi üçün əsas kimi çıxış etmir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Ağa-zadə Məhəmməd Nizami oğlunun barəsində Azərbaycan Respublikası X9 İdarəsinin Bakı şəhər DYPİ-nin 23 aprel 2022-ci il tarixli İXP ******* saylı inzibatı protokol əsasında qəbul olunmuş 25 aprel 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslı olduğundan həmin qərarın ləğv edilməsi üçün heç bir əsas yoxdur. Ona görə də Ağa-zadə Məhəmməd Nizami oğlunun verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-134-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ağa-zadə Məhəmməd Nizami oğlunun şikayəti təmin edilməsin. Azərbaycan Respublikası X9 İdarəsinin Bakı şəhər DYPİ-nin 23 aprel 2022-ci il tarixli İXP ******* saylı inzibatı protokol əsasında qəbul olunmuş 25 aprel 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar