Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-873/2023 03.05.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rüstəmli İlkin Şahin oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynova Mələk Bəxtiyar qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Bakı şəhəri Səbail Rayon İcra şöbəsinin icra məmuru Tural Aşurovun, X1, Barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə xx.xx.1974-cü il tarixdə Qəbələ rayonu, Vəndam kəndində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Bakı şəhəri Səbail Rayonu İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Səbail Rayonu İcra şöbəsindən tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən Şəxs barəsində tərtib olunmuş inzibati material, baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu müdafiə edən şəxs Bakı şəhəri Səbail Rayon İcra şöbəsinin icra məmuru Tural Aşurov inzibati xəta haqqında protokolda göstərilənləri təsdiqləmiş və əlavə olaraq bildirmişdir ki, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-261/2020-013 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs "xxxx" MMC-nin xeyrinə 11 oktyabr 2016-cı il tarixli kredit müqaviləsi üzrə 4000 (dörd min) manat əsas borcu və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu tutulmalıdır. İcra sənədi xx.xx.2020-ci il tarixdə şöbənin icraatına daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul olunaraq, icra olunması üçün borcluya, məlumat üçün məhkəməyə və tələbkara göndərilmişdir. Borclu icra sənədində göstərilən tələbi icra etmədiyindən onun əmlak vəziyyətini yoxlamaq məqsədi ilə aidiyyəti təşkilatlara soğu ilə müraciət edilmiş, borcluya məxsus hər hansı əmlak, bank hesabları aşkar edilməmişdir. İcra sənədinin icrası ilə bağlı borclu Şəxs xx.xx.2021-ci il tarixdə icra şöbəsinə dəvət olunmuş, qərar və bildirişin surəti rəsmi şəkildə ona təqdim olunmuşdur. Lakin icra sənədinin icrası təmin olunmamışdır. xx.xx.2022-ci il tarixdə borclu yenidən şöbəyə dəvət olunmuş, xx.xx.2022-ci il tarixdə şöbəyə gələrək icra sənədini icra edəcəyinə dair iltizamı alınmış, lakin icra sənədinin icrası təmin olunmamışdır. İcra məmurunun xx.xx.2022-ci il tarixli borclunun axtarışı haqqında qərarı icra olunması üçün Səbail Rayon Polis İdarəsinə göndərilmiş və borclu barəsində 20289/22 saylı axtarış işi açılmışdır. Daha sonra borclu xx.xx.2022-ci il tarixdə Səbail Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq, şöbəyə təhvil verilmişdir. Borcun ödənilməsi ilə bağlı borclu Şəxs izahat alınmış, verdiyi izahatında borc məbləğindən hal-hazırda ödəniş edə bilməyəcəyini qeyd etmişdir. Borclu Şəxs barəsində həmin tarixdə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Səbail rayon məhkəməsinə göndərilmişdir. Səbail rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən borclu Şəxs 500 (beş yüz) manat məbləğində cərimə edilmişdir. Sonrakı dövrdə icra sənədi üzrə tələb borclu tərəfindən təmin edilmədiyindən yenidən xx.xx.2023-cü il tarixdə borclunun axtarılması haqqında qərar qəbul edilərək icra olunması üçün Səbail rayon Polis İdarəsində göndərilmişdir. Borclu xx.xx.2023-cü il tarixdə Səbail rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq Səbail rayon İcra şöbəsinə təhvil verilmişdir. Borclu Şəxs şöbədə olarakən ondan növbəti dəfə izahatı alınmış, izahatında məhkəmə qərarı ilə razı olmadığı, onun iştirakı olmadan baxıldığını və bu səbəbdən də ödəniş etməyəcəyini bildirmişdir. Tələbkar icra sənədinin icra olunmasını tələb edir. Hesab edir ki, borclu Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tələbləri pozulmuşdur. Göstərdiklərini nəzərə alaraq Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə uyğun olaraq inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)- 261/2020-013 nömrəli qərarı ilə razı deyildir, bu işə onun iştirakı olmadan baxılmışdır. Məhkəmədən barəsində həbs ilə bağlı olmayan başqa bir inzibati tənbeh tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən tələbkar X6 bildirmişdir ki, Şəxs bu günə kimi olan borcundan heş bir ödəniş etməmişdir. Borclunun ona olan borcunu tam məbləğdə borcludan tələb edir. Əks-halda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə uyğun olaraq inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş edir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli İnzibati xəta haqqında MN ******* nömrəli protokoldan görünür ki, borclu Şəxs Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(005)-261/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədini üzrsüz səbəbdən icra etməmişdir. İş materiallarına əlavə edilmiş MN ******* saylı protokola əlavədən görünür ki, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-261/2020-013 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs "xxxx" MMC-nin xeyrinə 11 oktyabr 2016-cı il tarixli kredit müqaviləsi üzrə 4000 (dörd min) manat əsas borcu və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu tutulmalıdır. İcra sənədi xx.xx.2020-ci il tarixdə şöbənin icraatına daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul olunaraq, icra olunması üçün borcluya, məlumat üçün məhkəməyə və tələbkara göndərilmişdir. Borclu icra sənədində göstərilən tələbi icra etmədiyindən onun əmlak vəziyyətini yoxlamaq məqsədi ilə aidiyyəti təşkilatlara soğu ilə müraciət edilmiş, borcluya məxsus hər hansı əmlak, bank hesabları aşkar edilməmişdir. İcra sənədinin icrası ilə bağlı borclu Şəxs xx.xx.2021-ci il tarixdə icra şöbəsinə dəvət olunmuş, qərar və bildirişin surəti rəsmi şəkildə ona təqdim olunmuşdur. Lakin icra sənədinin icrası təmin olunmamışdır. xx.xx.2022-ci il tarixdə borclu yenidən şöbəyə dəvət olunmuş, xx.xx.2022-ci il tarixdə şöbəyə gələrək icra sənədini icra edəcəyinə dair iltizamı alınmış, lakin icra sənədinin icrası təmin olunmamışdır. İcra məmurunun xx.xx.2022-ci il tarixli borclunun axtarışı haqqında qərarı icra olunması üçün Səbail Rayon Polis İdarəsinə göndərilmiş və borclu barəsində 20289/22 saylı axtarış işi açılmışdır. Daha sonra borclu xx.xx.2022-ci il tarixdə Səbail Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq, şöbəyə təhvil verilmişdir. Borcun ödənilməsi ilə bağlı borclu Şəxs izahat alınmış, verdiyi izahatında borc məbləğindən hal-hazırda ödəniş edə bilməyəcəyini qeyd etmişdir. Borclu Şəxs barəsində həmin tarixdə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Səbail rayon məhkəməsinə göndərilmişdir. Səbail rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən borclu Şəxs 500 (beş yüz) manat məbləğində cərimə edilmişdir. Sonrakı dövrdə icra sənədi üzrə tələb borclu tərəfindən təmin edilmədiyindən yenidən xx.xx.2023-cü il tarixdə borclunun axtarılması haqqında qərar qəbul edilərək icra olunması üçün Səbail rayon Polis İdarəsində göndərilmişdir. Borclu xx.xx.2023-cü il tarixdə Səbail rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq Səbail rayon İcra şöbəsinə təhvil verilmişdir. Borclu Şəxs şöbədə olarakən ondan növbəti dəfə izahatı alınmış, izahatında məhkəmə qərarı ilə razı olmadığı, onun iştirakı olmadan baxıldığını və bu səbəbdən də ödəniş etməyəcəyini bildirmişdir. Tələbkar icra sənədinin icra olunmasını tələb edir. İş materiallarında olan Səbail rayon Məhkəməsinin 3(009)-1204/2022 saylı, 29 iyul 2022-ci il tarixli qərardadn çıxarışdan görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 500 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə, fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən, inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1-32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Həmin Məcəllənin 32.1.1 maddələrinə əsasən, inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati tənbeh tətbiq edilərkən, məsuliyyəti yüngülləşdirən haldır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilib, ona inzibati həbs növündə inzibati tənbeh təyin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati qaydada həbs etmənin əvvəli 03 may 2023-cü il tarixdən hesablansın. Qərarın icrasına nəzarət Azərbaycan Respublikası DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan X5 X2 tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM: İLKİN RÜSTƏMLİ
Məhkəmə qərarları › İş №3(009)-873/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-873/2023
03.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver