Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-877/2022 08.06.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Qəribli Günel Adil qızının katibliyi, Zərərçəkmiş şəxs X2 iştirakları ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 06 may 2022-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında X4 bildirmişdir ki, o, Bolt çatdırma şirkətində kuryer işləyir. 20.03.2022-ci il tarixdə saat 14 radələrində idarə etdiyi Moon-zaza markalı mopedlə Səbail rayonu İstiqlaliyyət küçəsi ilə sol ikinci zolaqla Azərbaycan prospektinə doğru hərəkətdə olan zaman arxadan avtomobil işığını yandırıb yol vermək istəməyini görmüşdür.O idarə etdiyi mopedi bir qədər sağ istiqamətə yönəldib arxadan gələn “Honda” markalı avtomobilə yol vermişdir.Həmin avtomobil idarə etdiyi mopedi sol tərəfdən ötmə əməliyyatı edən zaman qəflətən idarə etdiyi mopedə sol hissədən dəymiş və toqquşma nəticəsində mopedin sol güzgüsü sınmış və sol əlində ağrılar hiss etməyə başlamışdır.O mopedi sol tərəfə verib bir kənarda saxlamışdır. “Honda” markalı avtomobil isə saxlamayıb hadisə yerindən çıxıb getmişdir.O sürücünün bu hərəkətlərini görüb DİN-nin 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir.Bir qədər sonra hadisə yerinə polis əməkdaşları gələrək araşdırma aparamağa başlamışlar. O hadisə vaxtı mopedi saatda 30 km\saat sürəti ilə idarə etmişdir.Toqquşma gözlənilmədən baş vermişdir.Buna görə toqquşma təhlükəsinin hansı məsafədə yaranmasını görə bilməmişdir.Hadisə zamanı o sol əlindən, sol qolun dirsək nahiyəsindən və sağ dizindən xəsarət almışdır.Həmin vaxt spirtli içki qəbul etməmişdir. Hazırda Şəxs heç bir şikayət və tələbi yoxdur. Məhkəmənin 01.06.2022-ci il tarixli iclasında iştirak edən Şəxs özünü təqsirli bilməyərək bildirmişdir ki, o uzun müddətdir avtomobil idarə edir və “B” kateqoriyalı sürücülük hüququna malikdir. 20.03.2022-ci il tarixdə saat 14 radələrində o etibarnamə ilə idarə etdiyi “Honda CRV” markalı ** BB *** dövlət qeydiyyat nişanlı avtomobillə Səbail rayonu İstiqlaliyyət küçəsi ilə sol birinci zolaqla Azərbaycan prospektinə doğru hərəkətdə olan zaman qəflətən avtomobilin sağ yan hissəsinə nəsə dəyməsini eşitmişdir.Həmin zaman sağ zolaqla moped hərəkət etmişdir.O səs eşitdikdən sonra bir qədər qarşıda yerləşən işıqforda dayanıb güzgüdən arxaya baxmış və heç bir problem olmadığını və həmin mopedin orada dayanmasını görmüşdür. Buna görə heç bir problem olmadığını görüb yoluna davam etmişdir. Lakin bir neçə saat sonra polisdən onunla əlaqə saxlayıb həmin mopedin sürücüsü baş vermiş hadisə ilə bağlı DİN-nin 102 xidmətinə şikayət etdiyini bildirmişlər.Həmin zaman o avtomobili saatda 30-40 km\saat sürətlə idarə etmişdir, toqquşma təhlükəsini hansı məsafədə yaranmasını görə bilməmişdir. İş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokol tərtib etmiş Səbail Rayon Polis İdaəsinin Dövlət Yol Polisi Şöbəsinə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmiş, həmçinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmışdır. Lakin inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsi və barəsində inzinbati xəta haqqında iş üzrə icraat aparılan şəxs məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmiş, eləcə də, onlardan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə işə inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsinin və barəsində inzinbati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında 19.04.2022-ci il tarixli qərardan görünür ki, sürücü Şəxs 20.03.2022-ci il tarixdə saat 14 radələrində etibarnamə ilə idarə etdiyi “Honda CRV” markalı ** BB *** dövlət qeydiyyat nişanlı avtomobillə Səbail rayonu İstiqlaliyyət küçəsi ilə sol birinci zolaqla Azərbaycan prospekti istiqamətində hərəkətdə olan zaman onunla eyni səmtədə sol ikinci zolaqla hərəkət edən sürücü X2 idarə etdiyi Moon-zaza markalı mopedi sol tərəfdən ötmə əməliyyatı edən zaman qəflətən avtomobilin sağ yan hissəsi ilə mopedin sol hissəsinə dəymiş və nəticədə sonuncuya yüngül bədən xəsarətinin yetirilməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törətmiş və hadisə yerindən yayınmışdır. Şəxs əməlində Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsində nəzərdə tutulan cinayət tərkibi olmadığından cinayət işi başlanması rədd edilmiş və Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması məqsədi ilə toplanmış material Səbail RPİ-nin DYPŞ-nə göndərilmişdir. Həmin qərara əsasən sürücü Şəxs həmin hərəkətləri ilə «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 51-ci maddəsinin 2-ci hissəsinin (Relssiz nəqliyyat vasitəsini yalnız sol tərəfdən ötməyə icazə verilir. Lakin sürücüsü sola dönmə siqnalı verən və manevrə başlayan nəqliyyat vasitəsini sağ tərəfdən ötmək lazımdır) tələblərini pozmuşdur. Şəxs əməlində Azərbaycan Respublikası CM-nin 263.1- ci maddəsində nəzərdə tutulan cinayət tərkibi olmadığından cinayət işi başlanması rədd edilməlidir.Sürücü Şəxs əməlində hadisə yerindən yayınmasına görə, yəni Azərbaycan Respublikası İXM-nin 327.6-cı maddəsində nəzərdə tutulan inzibati məsuliyyət vardır. Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin 2/9584 saylı 20.03.2022-ci il tarixli tibbi müayinəsi aktından görünür ki, X2 alkoqol sərxoşluq vəziyyəti ayıqdır. Məhkəmə-tibbi ekspertizanın 181 saylı 29.03.2022-ci il tarixli rəyindən görünür ki, X2 bədəni üzərində müəyyən edilmiş xəsarətlər- sol əldə ağrı və hərəkət məhdudluğu ilə müşayiət olunan sol əlin arxa səthinin hematoması, eləcə də sol bazunun aşağı 1/3-nin arxa səthinin və sağ diz oynağı nahiyəsinin bayır səthinin qançırları bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 20.03.2022-ci il tarixli yol-nəqliyyat hadisəsi, o cümlədən hərəkətdə olan mopedin avtomaşınla toqquşması nəticəsində sürücü qismində əmələ gələ bilərdilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddirlər. Beləliklə, müəyyən edilmişdir ki, sürücü Şəxs 20.03.2022-ci il tarixdə saat 14 radələrində etibarnamə ilə idarə etdiyi “Honda CRV” markalı ** BB *** dövlət qeydiyyat nişanlı avtomobillə Səbail rayonu İstiqlaliyyət küçəsi ilə sol birinci zolaqla Azərbaycan prospekti istiqamətində hərəkətdə olan zaman onunla eyni səmtədə sol ikinci zolaqla hərəkət edən sürücü X2 idarə etdiyi Moon-zaza markalı mopedi sol tərəfdən ötmə əməliyyatı edən zaman qəflətən avtomobilin sağ yan hissəsi ilə mopedin sol hissəsinə dəymiş və nəticədə sonuncuya yüngül bədən xəsarətinin yetirilməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törətmiş və hadisə yerindən yayınmışdır.Sürücü Şəxs həmin hərəkətləri ilə «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 51-ci maddəsinin 2-ci hissəsinin (Relssiz nəqliyyat vasitəsini yalnız sol tərəfdən ötməyə icazə verilir. Lakin sürücüsü sola dönmə siqnalı verən və manevrə başlayan nəqliyyat vasitəsini sağ tərəfdən ötmək lazımdır) tələblərini pozmuşdur. Bununla da, Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 32-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin Şəxs şikayət və tələbinin olmamasını məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Şəxs şəxsiyyətini xarakretizə edən halları, törətdiyi inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 25, 40, 43, 114-115, 128-130 və 327.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 200 (iki yüz) manat məbləğində inzibati cərimə tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №3(009)-877/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-877/2022
08.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver