Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-879/2023 18.05.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, X6 qızının katibliyi, “X1 PTE. LTD” Şirkətinin Azərbaycan Respublikasındakı “X7 LTD” Nümayəndəliyinin nümayəndəsi X3 iştirakı ilə, “X1 PTE. LTD” Şirkətinin Azərbaycan Respublikasındakı “X7 LTD” Nümayəndəliyinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair materiala məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.1-ci maddəsinə əsasən “X1 PTE. LTD” Şirkətinin Azərbaycan Respublikasındakı “X7 LTD” Nümayəndəliyi (VÖEN:**********) barəsində tərtib olunmuş inzibati material, baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan 00100-01095/23 saylı, 27 aprel 2023-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Bakı səhəri, Səbail rayonu, X10 küçəsi, ev 35, mənzil 40 ünvanında qeydiyyatda olan “X1 PTE. LTD” Şirkətinin Azərbaycan Respublikasındakı “X8 LTD” Nümayəndəliyi tərəfindən **********3042 sorğu nömrəli xx.xx.2019-cu il tarixli və **********3183 sorğu nömrəli xx.xx.2019-cu il tarixli gömrük bəyannamələri ilə müvəqqəti idxal edilmiş yüklərin öhdəlik müddətinin xx.xx.2022-ci il tarixdə basa çatdığı, lakin, “X1 PTE. LTD” Şirkətinin Azərbaycan Respublikasındakı “X8 LTD” Nümayəndəliyi tərəfindən sözügedən yüklərin digər gömrük proseduru altında yerləşdirilməsinin tamamlanmadığı qeyd olunmuşdur. Qeyd olunan məsələ ilə əlaqədar “X1 PTE. LTD” Şirkətinin Azərbaycan Respublikasındakı “X8 LTD” Nümayəndəliyinin etibarnamə ilə nümayəndəsi Azərbaycan Respublikasının vətəndaşı X3 izahatı alınmış, o, **********3042 sorğu nömrəli xx.xx.2019-cu il tarixli və **********3183 sorğu nömrəli xx.xx.2019-cu il tarixli gömrük bəyannamələri ilə müvəqqəti idxal gömrük proseduru altında yerləşdirilmiş kanat, troslar və qazma avadanlığı yükünün müvəqqəti idxal müddəti bitməmiş şirkətin adından Bakı Baş Gömrük idarəsinin rəsmi mail vasitəsi ilə müddətin uzadılması ilə bağlı hər üç avdan bir mürraciət ərizəsinin ödənişlərlə bərabər göndərildiyini, həmin gömrük bəyannamələri üzrə müvəqqəti idxalın son müddətinin xx.xx.2022-ci ildə bitdiyi üçün xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək uzadılması üçün mürraciət ərizəsini ödənişlərlə bərabər Bakı Bas Gömrük İdarəsinə rəsmi mail vasitəsi ilə göndərdiklərini və təsdiq cavab maili gəldiyini, həmin xx.xx.2022-ci il tarixli müraciət ərizəsi əsasında müddətin xx.xx.2022-ci ilədək uzadılmasını xahiş etdiklərini, lakin, həmin müddətin xx.xx.2022-ci ilədək uzadılması barədə şirkətə gömrük orqanı ısrəfindən məlumat verilmədiyini, şirkətin bu barədə məlumatı olmadığı üçün xx.xx.2022-ci il tarixdə yenidən müddətin xx.xx.2023-cü ilədək uzadılması üçün mürraciət ərizəsinin ödənişlərlə bərabər Bakı Baş Gömrük İdarəsinə rəsmi mail vasitəsi ilə göndərildiyini və təsdiq maili gəldiyini, müvəqqəti idxal müddətinin bitməsi və şirkətin ərizələri əsasında uzadılmaması barədə şirkət və nümavəndəliyinə Bakı Baş Gömrük İdarəsindən heç bir şifahi və yazılı xəbərdalıq edilmədiyini, bu barədə şirkətə və nümayəndəliyinə şifahi və yazılı xəbərdalıq edildiyi təqdirdə ödənişlərin tam məbləğinin tamamlanmamasını gözləməyib malları müvəqqəti idxal xüsusi gömrük prosedurundan sərbəst dövriyyə buraxılış gömrük proseduruna çevrilməsi üçün əməliyyata başlayacaqlarını oildirmis və müraciət ərizələrini izahatına əlavə etmişdir. Araşdırma zamanı “X1 PTE. LTD” Şirkətinin Azərbaycan Respublikasındakı “X8 LTD” Nümayəndəliyi tərəfindən **********3042 sorğu nömrəli xx.xx.2019-cu il tarixli və **********3183 sorğu nömrəli xx.xx.2019-cu il tarixli gömrük bəyannamələri ilə müvəqqəti idxal edilmiş yüklərin öhdəlik müddəti xx.xx.2022-ci il tarixdə basa çatdığına görə şirkət tərəfindən xx.xx.2022-ci il tarixdə xx/xx/013839 və xx/xx/013844 daxili qeydiyyat nömrəli ərizələrlə Bakı Bas Gömrük idarəsinə müraciət olunaraq malların müvəqqəti idxal müddətinin 3 av, yəni, 21 oktyabr 2022-ci il tarixədək uzadılması xahiş olunduğu, gömrük orqanı tərəfindən müddətin 2 ay, yəni, xx.xx.2022-ci il tarixədək uzadıldığı, lakin, bu barədə şəxsə yazılı məlumat verilmədiyi, şirkət müddətin oktyabr ayının 21-də basa çatdığını hesab etdiyinə görə xx.xx.2022-ci il tarixdə yenidən xx/xx/024712 daxili qeydiyyat nömrəli ərizə ilə müddətin növbəti 3 ay müddətinə, yəni xx.xx.2023-cü il tarixədək uzadılması barədə gömrük orqanına müraciət edildiyi, həmin müraciətə gömrük orqanı tərəfindən baxılmadığı və şəxsə heç bir cavab verilmədiyi, həmçinin, müvəqqəti idxal xüsusi gömrük prosedurunda rəsmiləşdirilmiş malların “X2 PTE. LTD” Şirkətinin Azərbaycan Respublikasındakı “X8 LTD” Nümayəndəliyi tərəfindən xx.xx.2023-cü il tarixdə **********8410 sorğu nömrəli və **********8311 sorğu nömrəli gömrük bəyannamələri ilə sərbəst dövriyyə buraxılış gömrük prosedurunda rəsmiləşdirildiyi müəyyən edilmişdir. Eyni zamanda Xüsusi Gömrük Prosedurları şöbəsindən 11 yanvar 2023-cü il tarixdə daxil olmuş raportda “X1 PTE. LTD” Şirkətinin Azərbaycan Respublikasındakı “X8 LTD” Nümayəndəliyi tərəfindən müvəqqəti idxal qaydalarının 23 sentyabr 2022-ci il tarixdə pozulduğu qeyd edilmiş, yəni, qeyd edilən müddətdən 4 ay keçdikdən sonra faktla bağlı raport yazılmışdır. Məsələ ilə əlaqədar Xüsusi Gömrük Prosedurları şöbəsinin rəisi, gömrük xidməti polkovnik-leytenantı X4 izahatı alınmış, o, “X1 PTE. LTD” Şirkətinin Azərbaycan Respublikasındakı “X8 LTD” Nümayəndəliyinin xx.xx.2022-ci il tarixli müraciətinə əsasən müvəqqəti idxal müddətinin gömrük orqanı tərəfindən 2 ay, yəni, xx.xx.2022-ci il tarixədək uzadılması barədə şəxsə yazılı deyil, şifahi məlumat verdiklərini, iş yükünün çoxluğu və şöbənin əməkdaşlarının pensiyaya getməsi səbəbindən faktla bağlı raportun 4 ay sonra yazıldığını bildirmişdir. “Malların müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydalarının” təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 245 nömrəli 2 sentyabr 2013-cü il tarixli qərarının 6.5-ci bəndinə əsasən gömrük orqanı şəxsə yazılı məlumat verməlidir. Nəticədə «X1 PTE. LTD» Şirkətinin Azərbaycan Respublikasındakı «X7 LTD» Nümayəndəliyi (VÖEN:**********) tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1 maadəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Qanunla müəyyən olunmuş qaydada və müddətdə məhkəmə bildirişi göndərilməsinə, əvvəlki məhkəmə iclasında iştirakı təmin olunmasına baxmayaraq məhkəmə iclasına gəlmədiyi və səbəbini bildirmədiyi üçün məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsaslanaraq Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinın səlahiyyətli nümayəndəsinin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasında iştirak edən “X1 PTE. LTD” Şirkətinin Azərbaycan Respublikasındakı “X7 LTD” Nümayəndəliyinin nümayəndəsi X5 iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, “X1 PTE. LTD” Şirkətinin Azərbaycan Respublikasındakı “X7 LTD” Nümayəndəliyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.1-ci maddəsinin tələbini pozmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılması və ya bu əraziyə qaytarılması məcburi olan, əvvəllər müvəqqəti gətirilmiş və ya aparılmış mallar və ya nəqliyyat vasitələrinin müəyyən olunmuş müddətlər pozulmaqla Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya bu əraziyə qaytarılmasına görə, yənion beş günədək müddətə gecikdirilməklə Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya qaytarılmasına görə fiziki şəxslər yüz əlli manat məbləğində, vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər altı yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Beləliklə, “X1 PTE. LTD" Şirkətinin Azərbaycan Respublikasındakı “X8 LTD” Nümayəndəliyi tərəfindən **********3042 sorğu nömrəli 23 sentyabr 2019-cu il tarixli və **********3183 sorğu nömrəli 23 sentybar 2019-cu il tarixli gömrük bəyannamələri ilə müvəqqəti idxal edilmiş yüklərin öhdəlik müddəti basa çatmazdan əvvəl gömrük orqanına müvəqqəti idxal müddətinin uzadılması barədə müraciətlərin olunduğu, müraciətdə qeyd edilən kimi müddətin 3 ay deyil, 2 ay uzadılması barədə şəxsə yazılı qaydada məlumat verilmədiyi, 20 oktyabr 2022-ci il tarixli müraciətə gömrük orqanı tərəfindən baxılmadığı və bu barədə səxsə məlumat verilmədiyi nəzərə alınaraq şirkətin sonuncu müraciətində qeyd edilən tarixdən, yəni, 21 yanvar 2023-cü il tarixdən 10 gün sonra, yəni, xx.xx.2023-cü il tarixdə sözügedən malların **********8410 sorğu nömrəli və **********8311 sorğu nömrəli gömrük bəyannamələri ilə sərbəst dövriyyə buraxılış gömrük prosedurunda rəsmiləşdirildiyindən, “X1 PTE. LTD” Şirkətinin Azərbaycan Respublikasındakı “X7 LTD” Nümayəndəliyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.1-ci maddəsinin tələbini pozmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Ona görə də, məhkəmə hesab edir ki, “X1 PTE. LTD” Şirkətinin Azərbaycan Respublikasındakı “X7 LTD” Nümayəndəliyinin hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.1-ci maddəsinin tərkibi var və onun 600 (altı yüz) manat məbləğində cərimə edilməsi növündə inzibati tənbeh təyin olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 117, 101-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : “X1 PTE. LTD” Şirkətinin Azərbaycan Respublikasındakı “X7 LTD” Nümayəndəliyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 600 (altı yüz) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM: AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №3(009)-879/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-879/2023
18.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver