Məhkəmə qərarları › İş №3(009)-879/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №3(009)-879/2024

17.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(009)-879/2024 17.04.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Şirməmmədova Günel Lətif qızının katibliyi, “X1” QSC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: “X1” QSC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 15 mart 2024-cü il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, inzibati xəta haqqında protokol geri qaytarılmalıdır. Belə ki, məhkəməyə təqdim edilmiş sənədlərdən müəyyən edilmişdir ki, 15 mart 2024-cü il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda “X1” QSC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsi pozulmuşdur. Lakin Bakı şəhər Yasamal Rayon Polis İdarəsi X3 Şöbəsi tərəfindən göndərilən digər sənədlərdə “X1” QSC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinin pozuntusu qeyd edilib. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106.0.1-ci maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən işin baxılması onun səlahiyyətinə aid olub-olmamasını, 106.0.5-ci maddəsinə əsasən isə işə mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanıb-toplanmaması məsələlərini həll edir. Lakin hazırkı məhkəməyə ünvanlanmış sənədlərdən görünür ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müxtəlif maddələrinə istinad edilib. Belə ki, 15 mart 2024-cü il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda “X1” QSC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsinin pozuntusu qeyd edilsə də, Bakı şəhər Yasamal rayon X3 Şöbəsi tərəfindən göndərilən digər sənədlərdə “X1” QSC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinin pozuntusu qeyd edilib. Göstərilən hal isə hazırda işin məhkəmə icraatını rədd edən hal kimi qiymətləndirilməlidir. Göstərilənlərə əsasən hazırki iş üzrə məhkəməyə təqdim edilmiş sənədlərə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması mümkün deyil, ona görə də, Yasamal rayon X2 Şöbəsi tərəfindən tərtib edilmiş 15 mart 2024-cü il tarixli, İXP seriyalı ******* inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər qərardadın təsviri hissəsində göstərilmiş çatışmazlıqlar aradan qaldırıldıqdan sonra yenidən qeydiyyat ünvanı üzrə rayon (şəhər) məhkəməsinə müraciət edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106, 109 və 118-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: “X1” QSC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 15 mart 2024-cü il tarixli, İXP seriyalı ******* nömrəli protokol və ona əlavə edilmiş material Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin X3 Şöbəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar