Məhkəmə qərarları › İş №3(009)-88/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №3(009)-88/2023

19.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(009)-88/2023 19.01.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlu, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.1-ci və 505-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola baxaraq, MÜƏYYƏNETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.1-ci və 505-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 12 yanvar 2023-cü il tarixli, 00100-00070/23 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokolu və digər materialları araşdıraraq hesab edirəm ki, iş baxılması üçün aidiyyəti üzrə Abşeron Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, inzibati xəta haqqında protokola əsasən "xxxx"MMC-nin (VÖEN**********) ünvanına idxal olunan yüklərin düzgün bəyan olunmaması barədə daxil olmuş məlumata əsasən MMC-nin ünvanına İran İslam Respublikasından 99FJ770/07ZA428 nömrə nişanlı avtomaşın ilə daxil olmuş yüklərə baxış keçirilmişdir. Baxış zamanı həmin yük avtomaşını ilə daxil olmuş və hüquqi şəxs tərəfindən gömrük orqanına təqdim olunmuş **********3855 sorğu nömrəli, xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsinin 1-ci mal mövqeyində XİFMN kodu ********** kodu ilə bəyan olunan və və həmin yükün 141 nömrəli, xx.xx.2022-ci il tarixli invoysun 1-ci mal mövqeyində üzərində “Aidin” yazısı olan 1000 qutu, hər birinin içərisində 6 paket olmaqla yəni 6000 paket, netto çəkisi 6000 kq olduğu müəyyən edilmişdir. **********3855 sorğu nömrəli, xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsinin 3cü mal mövqeyində XİFMN kodu ********** kodu ilə bəyan olunan və və həmin yükün 141 nömrəli,xx.xx.2022-ci il tarixli invoysun 3-cü mal mövqeyində üzərində “Aidin" yazısı olan 1000 qutu, hər birinin içərisində 6 paket olmaqla yəni 6000 paket, netto çəkisi 6000 kq olduğu müəyyən edilmişdir. Bəyan olunan yüklərin çəkisi və sayları gömrük bəyannaməsinə uyğundur. Lakin Gömrük bəyannaməsinin 1-ci və 3-cü mal mövqeyində göstərilən yüklərin XİFMN kodlarının düzgün bəyan edilməməsinə dair əsaslı sübhə yarandığı üçün xx.xx.2022-ci il tarixli 1400-013/0xx-xx/007090 nömrəli müraciət məktubu ilə 141 nömrəli, xx.xx.2022-cı il tarixli invoysun 1-ci və 3-cü mal mövqeləri üzrə nümunələr götürülərək Dövlət Gömrük Komitəsinin X1 idarəsinə təqdim olunmuşdur. Ekspertiza idarəsinin xx.xx.2022-ci il tarixli cavab məktubunda ekspertizanın aparılması və sənədlərin araşdırılması nəticəsində “Xudafərin-1" MMC-nin ünvanına 141 saylı, xx.xx.2022-ci il tarixli invoysun 1-ci və 3-cü mövqeləri üzrə idxal olunan yük XİFMN üzrə fərqli kod altında sinıfləsdirildiyi və içlikli şokolad konfeti olduğu müəyyən olunmuşdur. Gömrük bəyannaməsindən və 15 noyabr 2022-ci il tarixli aktdan görünür ki, inzibati xətanın törədilmə yeri Məhəmmədi qəsəbəsi, Məhəmmədi anbarı olmuşdur. Ona görə də inzibati işə aidiyyəti üzrə Abşeron Rayon Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2021-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinin tələblərinə uyğun olaraq hüquqi şəxs tərəfindən hərəkətlə törədilən gömrük qaydaları əleyhinə olan inzibati xətanın törədildiyi yer onun nəticəsinin baş verdiyi yerdən asılı olmayaraq xətanın faktiki törədildiyi yer hesab edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.7-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, inzibati xəta haqqında protokolun aidiyyəti üzrə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi barədə qərardad çıxarılır. Qeyd olunanlara əsasən hesab edirəm ki, inzibati xəta haqqında protokola Bakı şəhəri Səbail Rayon Məhkəməsində baxılması üçün hüquqi əsaslar olmadığından inzibati xəta haqqında iş aidiyyəti üzrə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.7, 110 və 118-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.1-ci və 505-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanının törədilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsi tərəfindən tərtib edilmiş 12 yanvar 2023-cü il tarixli, 00100-00070/23 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Abşeron Rayon Məhkəməsinə göndərilsin. HAKİM AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar