Məhkəmə qərarları › İş №3(009)-880/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-880/2022

01.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-880/2022 01.06.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Zərərçəkmiş şəxs iştirakı ilə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Səbail Rayon DYPŞ tərəfindən tərtib olunmuş 07 may 2022-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 15.04.2022-ci il tarixində, saat 13:40-da idarə etdiyi TOYOTA FORTUNER MİNİK markalı, ** GG *** dövlət nömrə nişanlı avtomobil ilə Bakı şəhəri Səbail rayonu Üzeyir Hacıbəyov küçəsində Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs, bildirdi ki, 15.04.2022-ci il tarixdə saat 13:40 radələrində o idarə etdiyi Zontes ZT 150-3A markalı 15 A 168 dövlət qeydiyyat nişanlı motosikletlə saatda 30-40 km/saat sürəti ilə Səbail rayonu Ü.Hacıbəyov küçəsi ilə üzü Bülbül prospekti istiqamətinə yolun sağ 1-ci zolağı ilə hərəkət edən zaman, ondan qarşıda 2-ci zolaqda hərəkətdə olan, Toyota Fortuner markalı ** GG *** dövlət qeydiyyat nişanlı avtomobil anidən onun yoluna çıxdığını görüb dərhal tormoz əyləcindən istifadə etsədə, maneyədən yayına bilməyib həmin avtomobilin sağ qabaq qapısına və sağ qabaq qanadına motosiklin qabaq hissəsi ilə dəyərək avtomobilin sağ tərəfində yerə yıxılmışdır. Bundan sonra Toyota Fortuner markalı avtomoblilin sürücüsü avtomobili saxlayıb ona köməklik etmişdir.O hadisə barədə DİN 102 xidmətinə məlumat vermiş və hadisə yerinə gələn polis əməkdaşları hadisəni sənədləşdirmişlər. Həmçinin Zərərçəkmiş şəxs bildirmişdir ki, hadisə zamanı avtomobildə tək olmuşdur, motosikli idarə edən zaman dəbilqədən istifadə etmişdir. Təhlükəni o yerə yıxıldığı anda hiss etmişdir, çünki qarşı avtomobil onun getdiyi yolda anidən idarə etdiyi motosiklin qarşısına çıxdığından hadisə ani olaraq baş vermişdir. Hadisə ilə bağlı qarşı sürücüdən şikayəti və tələbi yoxdur.Hadisə zamanı spirtli içki qəbul etməmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmamasının nəzərə alınaraq yüngül tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokol tərtib etmiş Səbail RPİ-nin DYPŞ-yə və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmiş, lakin inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsi və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmiş, eləcə də, onlardan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə işə inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsinin və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxsun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan cinayət işi başlanmasının rədd edilməsi haqqında 25 aprel 2022-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, eyni zamanda Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması məqsədi ilə toplanmış materialın Səbail RPİ-nin DYPŞ-si vasitəsi ilə Səbail rayon məhkəməsinə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, araşdırma zamanı Şəxs izahatı alınmış və o, izahatında bildirmişdir ki, o, «ABC» kateqoriyalı sürücülük vəsiqəsi ilə avtomobil idarə edir. 15.04.2022-ci il tarixdə saat 13.40 radələrində özünə məxsus, idarə etdiyi Toyota Fortuner markalı ** GG *** dövlət qeydiyyat nişanlı avtomobillə Səbail rayonu Hacıbəyov küçəsi ilə üzü Səbail rayonu Bülbül prospekti istiqamətinə Ü.Hacıbəyov küçəsi ilə 2-ci zolaqla saatda 10-20 km/saat sürəti ilə hərəkət edərkən həmin küçədə sağ tərəfə həyətə dönən zaman anidən onun sağ tərəfindən, yəni yolun 1-ci zolağlı ilə gələn Zontes ZT 150-3A markalı 15 A 168 dövlət qeydiyyat nişanlı motosiklet onun avtomobilin sağ qabaq qapısına və sağ qabaq qanadına dəymiş və motosiklet sağ tərəfə yerə yıxıldığını görüb avtomobili saxlayıb maşından düşərək sürücüyə kömək etmişdir.Motosikl sürücüsü xəsarət aldığından DİN 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir.Hadisə yerinə polis əməkdaşları gələrək sənədləşdirmişlər.Hadisə zamanı sürəti 10-20 km/saat olmuşdur. Hadisə zamanı avtomobildə tək olmuşdur. Həmin vaxt spirtli içki qəbul etməmişdir. İş materiallarında olan Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin 2/12445 saylı 15.04.2022-ci il tarixli tibbi müayinə aktından görünür ki, Şəxs alkoqol sərxoşluq vəziyyəti ayıqdır. İş materiallarında olan Məhkəmə-tibbi ekspertizanın 242 saylı 18.04.2022-ci il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs Elxan oğlunun bədəni üzərində müəyyən edilmiş xəsarətlərsol əldə ağrı və hərəkət məhdudluğu ilə müşayiət olunan sol əlin ovuc səthinin hematoması, sol əlin V barmağının ovuc səthinin səthi əzilmiş yarası, eləcə də sağ diz oynağı nahiyəsinin yumşaq toxumalarının şişkinliyi fonunda bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 15.04.2022-ci il tarixdə, yol nəqliyyat hadisəsi, o cümlədən hərəkətdə olan mopedin avtomaşınla toqquşması nətiəsində sürücü qismində əmələ gələ bilərdilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddirlər. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, sürücü Şəxs 15.04.2022-ci il tarixdə saat 13.40 radələrində özünə məxsus, idarə etdiyi Toyota Fortuner markalı ** GG *** dövlət qeydiyyat nişanlı avtomobillə Səbail rayonu Hacıbəyov küçəsi ilə üzü Bülbül prospekti istiqamətinə Ü.Hacıbəyov küçəsi ilə 2-ci zolaqla saatda 10-20 km/saat sürəti ilə hərəkət edərkən həmin küçədə sağ tərəfə həyətə dönən zaman ehtiyatsızlıq edib manevr etmə qaydalarını pozaraq anidən onun sağ tərəfindən, yəni yolun 1-ci zolağlı ilə gələn sürücü Zərərçəkmiş şəxs idarə etdiyi Zontes ZT 150-3A markalı 15 A 168 dövlət qeydiyyat nişanlı motosikletlə toqquşmuş və toqquşma nəticəsində sonuncuya yüngül bədən xəsarətinin yetirilməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 32-ci maddəsinə əsasən Şəxs özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Şəxs şəxsiyyətini xarakterizə edən halları, törətdiyi inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-117, 128-130, 327.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar