Məhkəmə qərarları › İş №3(009)-882/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-882/2022

01.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-882/2022 01.06.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Səbail rayonu DYPŞ tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə tərtib edilmiş 24 aprel 2022-ci il tarixli, İXP ******* seriyalı inzibati xəta haqqında protokol baxılması üçün Bakı şəhəri Səbail rayon Məhkəməsinə göndərilmişdir. İnzibati Xəta haqqında protokoldan görünür ki, Şəxs 20 yanvar 2022-ci il tarixində, saat 17:00-da Bakı şəhəri, Səbail rayonu, Yeni Salyan yolunda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xəta törətmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü təqsirli bilərək, izahatında bildirmişdir ki, 20 yanvar 2022-ci il tarixdə saat 17 radələrində X2 məxsus VAZ-2109 markalı ** MS *** dövlət qeydiyyat nişanlı avtomobillə aldığı, lakin sənədləşməyən, etibarnamə ilə Ağa adlı şəxsin avtomobilini idarə edərkən Səbail rayonu Yeni Salyan yolunda Bayraq meydanından Lökbatan qəsəbəsinə gedərkən qarşısında olan Mercedes markalı ** DY *** dövlət qeydiyyat nişanlı avtomobil qəfil olaraq əyləci basmış və o, da əyləci basmış və lakin qarşısındakı avtomobilin arxa hissəsinə dəymişdir. Buna səbəb onun düzgün sürət həddini seçməməsi və ara məsafə saxlaması olmuşdur.Toqquşmadan sonra o, avtomobili sağa çəkib həmin şəxsə yaxınlaşıb vəziyyəti baradə soruşmuş və heç bir bədən xəsarəti almamağına əmin olmuşlar. Onlar öz aralarında razılığa gəlmişlər. O həmin avtomobilin sürücüsünə qardaşının ustası olduğu üçün onun avtomobilini təmir edəcəyini bildirmiş, o, isə razılaşmayaraq avtomobilinə dəymiş zərəri ödəməsini istəmişdir. Onlar öz aralarında razılığa gələ bilmədikləri üçün çıxıb getmişdir. Mercedes markalı avtomobilin sürücüsü isə ondan polisə şikayət edəcəyini demişdir. Onun sürücülük hüququ və sürücülük vəsiqəsi yoxdur, hadisə yerini polisə məlumat vermədən tərk etməsi Mercedes markalı avtomobilin sürücüsü ilə öz aralarında razılaşması olmuşdur. Hava şəraiti qarlı və yağış olduğü üçün işə gecikdiyindən avtomobili idarə etmişdir. Əməlindən peşman olduğunu bildirərək barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs izahat verərək bildirmişdir ki, 20 yanvar 2022-ci il tarixdə özünə məxsus idarə etdiyi Mercedes Benz C200 markalı ** DY *** dövlət qeydiyyat nişanlı avtomobillə saat 17 radələrində Səbail rayonu Yeni Salyan yolu ilə üzü Bayraq meydanı istiqamətinə saatda 60 km/saat sürəti ilə sağ zolaqla hərəkət edən zaman köməkçi yoldan əsas yola maşın çıxıb əyləci basmışdır. Arxadan gələn VAZ-2109 markalı ** MS *** dövlət qeydiyyat nişanlı avtomobil onun idarə etdiyi avtomobili arxadan vurmuşdur. Həmin VAZ-2109 markalı avtomobilin sürücüsü onun maşınını təmir etməsinə təklif etmiş, lakin o onunla razılaşmayaraq dəymiş ziyanı ona verib özü təmir edəcəyini demişdir. Həmin şəxs onunla razılaşmadığından o, DİN 102 xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Hadisə zamanı başında ağrılar olduğu üçün o, təcili yardıma müraciət etmiş, onu KTM-ə aparmışlar. Orada müayinə olunduqdan sonra öz razılığı ilə evə getmişdir. Hadisə nəticəsində ona 300 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində inzibati xəta haqqında protokolu tərtib etmiş orqana məlumat verilməsinə baxmayaraq inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu və iş materiallarındakı digər sənədləri nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 332.4-cü maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarına olan cinayət işinin başlanmasının rədd edilməsi və şəxslərin inzibati məsuliyyətə cəlb edilməsi haqqında 09 fevral 2022-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, Şəxs Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması məqsədi ilə qəbul edilmiş qərar icra olunması üçün Səbail RPİ-nin DYPŞ-nin vasitəsi ilə Səbail rayon məhkəməsinə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan raportdan görünür ki, 20 yanvar 2022-ci il tarixdə saat 18:40 radələrindəKTM tibb bacısı Mürsəlova məlumat vermişdir ki, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı Bakı şəhər sakini 1987-ci il təvəllüdlü Zərərçəkmiş şəxs xəsarət almışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X1” Publik Hüquqi şəxsin 26 aprel 2021-ci il tarixli 207 saylı Məhkəmə-tibbi ekspertizanın Ekspert Rəyindən görünür ki, 44 saylı 27.01.2022-ci il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində hər hansı bir xəsarət aşkar edilmədi.Zərərçəkmiş şəxs adına tərtib olunmuş tibbi sənəddə göstərilən «Boyun nahiyəsinin küt travmasıw diaqnozu xəsarətin obyektiv əlamətləri ilə əsaslandırılmadığına və məhkəmə-tibbi müayinə zamanı belə əlamətlər aşkar olunmadığına görə xəsarət kimi qiymətləndirilməsi mümkün deyildir. İş materiallarında olan toplanmış təhqiqat materiallarından görünür ki, sürücü Şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi X2 məxsus VAZ-2109 markalı ** MS *** dövlət qeydiyyat nişanlı avtomobillə 20.01.2022-ci il tarixdə saat 17 radələrində Səbail rayonu Yeni Salyan yolunda hərəkətdə olarkən düzgün ara məsafəsi seçmədiyindən ehtiyatsızlıq edərək qarşısında olan sürücü Zərərçəkmiş şəxs idarə etdiyi Mercedes Benz C200 markalı ** DY *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsi ilə toqquşması ilə nəticələnmiş yol-nəqliyyat hadisəsi törətmiş və sonuncu xəsarət almamışdır. Məhkəmə hesab edir ki, iş materialları və məhkəmə iclasında tədqiq edilməsi sübutlarla Şəxs Azərbaycan Respublikasının İXM-nin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi müəyyən olunmuşdur. Azərbaycan Respublikasının İXM-in 332.4-cü maddəsinə əsasən nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsi nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə-dörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 332.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 114-117, 128-130 və 332.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinsin və 400 (dörd yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar