Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-883/2022 10.06.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs, Zərərçəkmiş şəxs X3 və Zərərçəkmiş şəxs iştirakları ilə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Səbail Rayon DYPŞ tərəfindən tərtib olunmuş 06 may 2022-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 06:45-də idarə etdiyi “İsuzu” markalı ** XX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Bakı şəhəri Səbail rayonu Salyan yolu Su İdman sarayının qarşısında Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs izahatında bildirmişdir ki, o, BCDE kateqoriyası ilə sürücülük hüququna malikdir. xx.xx.2022-ci il tarixdə saat 06.45 radələrində işlədiyi "xxxx" MMC-yə məxsus, yol vərəqəsi əsasında idarə etdiyi İsuzu markalı ** XX *** dövlət qeydiyyat nişanlı avtobusla Sahil qəsəbəsindən çıxaraq üzü Bakı şəhəri istiqamətinə hərəkət etmişdir. Saat 07:40 radələrində Səbail rayonu Yeni Salyan yolunun Su idman sarayı yaxınlığından keçən hissəsində olan dayanacaqda avtobusda olan 3 nəfər sərnişin düşürüb yoluna davam etmişdir ki, qarşıdakı dairədən sola dönərək geriyə 2-ci sahə istiqamətinə getsin. O, dayanacaqdan 5-ci zolaqdan hərəkət edərək istiqamətini sola dönəcəyi üçün yavaş-yavaş zolaqlarını dəyişmişdir ki, dairəyə yaxınlaşanda dönüb 3-ci zolaqda olan zaman dönmə işığını yandırmış və görmüşdür ki, arxadan gələn avtomobillər ona yol vermişlər ki, dönsün və düşünmüşdür ki, digər zolaqda olan avtomobillərdə yol verər və manevr etmişdir ki, bu zaman onun solundan hərəkət edən avtomobil onun idarə etdiyi avtomobilin sol ön qanad hissəsi ilə toqquşmuş və zərbənin təsirindən onunla toqquşmuş və avtomobil istiqamətini dəyişərək səkinin üzərinə çıxmışdır. Hadisədən sonra avtobusun toqquşma yerində yəni yolun hərəkət hissəsində dayanmış, lakin DYP əməkdaşı gəldikdən sonra yolda sıxlıq yaranmaması üçün o avtobusu bir neçə metr irəliyə doğru hərəkət etdirmişdir. Avtobusdan düşüb digər avtomobilə yaxınlaşmış və ona məlum olmuşdur ki, bir nəfər qadın xəsarət alıb. Bundan sonra polis əməkdaşları gəlib hadisə yerinə təcili tibbi yardım çağırmışlar. Qadını xəstəxanaya aparmışlar. Hadisə zamanı idarə etdiyi avtobusun sürəti 30 km/saat olmuş, avtobusda heç kim olmadığı üçün ir xəsarət alan olmamışdır. Hadisə zamanı o da xəsarət almayıb, o təhlükəni hiss etməmişdir, hadisə bir an içində baş vermiş, təhlükəni hiss etmədiyi üçün qarşısını almağa texniki imkanı olmamışdır. Hazırda zərərçəkmiş şəxslə barışdığını, onun heç bir şikayət və tələbinin olmamasının, ona dəymiş maddi və mənəvi ziyanı tam olaraq ödənilməsinin nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X6 izahatında bildimişdir ki, xx.xx.2022-ci il tarixdə o özünə məxsus idarə etdiyi Honda markalı ** TM *** dövlət qeydiyyat nişanlı avtomobillə Səbail rayonu Yeni Salyan yolu ilə üzü Bayraq meydanı istiqamətində soldan 2-ci zolaqla saatda 70 km/saat sürəti ilə hərəkətdə olan zaman 2-ci zolağa girərkən qarşısına avtobus çıxdığından qabaq sağ tərəfdən maşını vurmuş və zərbənin təsirindən avtomobili aodurun üstünə çıxmışdır.Həmin vaxt avtomobildə sərnişin qismində əyləşmiş həyat yoldaşı X10 şviq qızı qolundan və başından xəsarət almışdır. Sonra hadisə yerinə təcili tibbi yardım gələrək həyat yoldaşını xəstəxanaya aparmışdır. O, 2-ci zolaqla gedərkən avtobusun qəfil sola dönməsini gördüyündən o da maşını sola qaçırtmış və əyləci basmışdır.Onunla arasında məsafə az olduğundan maşını vurmuşdur. Sonra maşını işıq dirəyinə dəymişdir. Hadisə zamanı yalnız yoldaşı və azyaşlı uşağı xəsarət almışdır. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmamasının nəzərə alınaraq yüngül tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 07.30 radələrində Su İdman sarayının önündə həyat yoldaşının idarə etdiyi Honda markalı ** TM *** dövlət qeydiyyat nişanlı avtomobildə qabaq oturacaqda əyləşmiş və onlardan sağ tərəfdə sürətlə gələn avtobus onun sərnişini olduğu avtomobillə toqquşmuş və maşını sürükləyib səkiyə qaldırmış və dirəyə maşın çırpılmışdır. Nəticədə o, sağ qapı şüşəsinə çırpılmışdır, maşın zərbədən dirəyə dəyəndə başın maşının alın şüşəsinə zərblə dəydiyi üçün huşunu itirmişdir.O ayılanda həyat yoldaşının maşınında olan 7 yaşlı qızı X2 qışqırtı səsini eşitmişdir. Hadisə nəticəsində qızının diz qapağı dəyib şişmişdir və ayağı üst tərəfdən cırılmışdır. Hadisə nəticəsində o müxtəlif bədən xəsarətləri almışdır.Hadisə yerinə gələn təcili tibbi yardım onu xəstəxanaya çatdırmışdır.Xəstəxanada ona tibbi yardım göstərilmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmamasının nəzərə alınaraq yüngül tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokol tərtib etmiş Səbail RPİ-nin DYPŞ-yə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin inzibati xəta haqqında protokol tərtib etmiş orqanın məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmiş, eləcə də, onlardan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə işə inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan cinayət işi başlanmasının rədd edilməsi və şəxsin inzibati məsuliyyətə verilməsi haqqında 20 aprel 2022-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, eyni zamanda qərarın təsviri hissəsində göstərilənlərə əsasən, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması məqsədi ilə toplanmış material Səbail RPİ-nin DYPŞ-si vasitəsi ilə Səbail rayon məhkəməsinə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin 2/6751 saylı xx.xx.2022-ci il tarixli tibbi müayinəsi aktından görünür ki, Şəxs alkoqol sərxoşluq vəziyyəti ayıqdır. İş materiallarında olan Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin 2/11496 saylı xx.xx.2022-ci il tarixli tibbi müayinəsi aktından görünür ki, X5 alkoqol sərxoşluq vəziyyəti ayıqdır. İş materiallarında olan Məhkəmə-tibbi ekspertizanın 215-saylı xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, X1 bədəni üzərində müəyyən edilmiş xəsarətlər- sağ dirsək oynağı nahiyəsinin arxa səthinin əzilmiş-cırılmış yarası, eləcədə təpə nahiyəsinin dərialtı hematoması bərk küt əşyanın təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2022ci il tarixində yol-nəqliyyat hadisəsi, o cümlədən hərəkətdə olan avtomaşınların toqquşması nəticəsində sərnişin qismində əmələ gələ bilərdilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddirlər. İş materiallarında olan Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, Şəxs ilə barışmış, ona qarşı şikayət və tələbi yoxdur, ona dəymiş ziyan ödənilmişdir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, sürücü Şəxs xx.xx.2022-ci il tarixdə saat 07.40 radələrində "xxxx" MMC-yə məxsus, yol vərəqəsi əsasında idarə etdiyi İsuzu markalı ** XX *** dövlət qeydiyyat nişanlı avtobusla Bakı şəhəri Səbail rayonu Salyan yolu Su İdman sarayının yaxınlığından 5-ci zolaqdan hərəkət edərək istiqamətini sola dönəcəyi üçün zolaqlarını dəyişib dairəyə yaxınlaşanda 3-ci zolaqda olan zaman dönmək istəyərkən ehtiyatsızlıq edib sürücü X5 idarə etdiyi Honda markalı ** TM *** dövlət qeydiyyat nişanlı avtomobilin qarşısına çıxaraq toqquşmuş və toqquşma nəticəsində sonuncu avtomobilini sərnişin olan X1 yüngül bədən xəsarətinin və 2016- cı il təvəllüdlü X4 dərəcəsi təyin edilməyən bədən xəsarətinin yetirilməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 32-ci maddəsinə əsasən Şəxs özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Şəxs şəxsiyyətini xarakterizə edən halları, törətdiyi inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-117, 128-130, 327.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Günel Səmədova
Məhkəmə qərarları › İş №3(009)-883/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-883/2022
10.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver