Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(009)-883/2024 03.04.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Şükürova Ülviyyə Sahib qızı, X1 DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2024-ci il tarixli, EQ seriyalı 19374544 nömrəli inzibati tənbehvermə haqqında qərarından verdiyi şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2024-ci il tarixli, EQ seriyalı 19374544 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. X1 şikayəti Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(008)- 1624/2024 saylı qərardadı ilə inzibati xəta hadisəsinin Səbail rayonunun inzibati ərazisində baş verdiyi əsası ilə aidiyyət üzrə baxılması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilmişdir. Halbuki, aşkar olunmuş xəta Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan prospekti Şahmat klubunun qarşısı Fizuli dairəsi istiqaməti ünvanında, yəni Bakı şəhəri Yasamal rayon inzibati ərazisində törədilmişdir. Göründüyü kimi işin məhkəmə aidiyyətinin müəyyən edilməsi məsələsində fikir ayrılığı yaranır. Yuxarıda qeyd edilən hallara Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin qərarında qiymət verilmədiyindən, məhkəmənin qərarındakı həmin mövqe ilə razılaşmaq olmaz. Buna görə də həmin hallar fikir ayrılığının yaranmasına səbəb olur. Bu fikir ayrılığı qərarın qanuniliyinə və əsaslılığına hüquqi qiymət vermə kimi qəbul edilə bilməz. Yaranmış fikir ayrılığına hüquqi qiymət vermə apellyasiya məhkəməsinin səlahiyyətlərinə aid edilmişdir. Həmçinin qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun ‘Azərbaycan Respublikası inzibati Xətaiar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh edilməsinə dair” 04 noyabr 2020-ci il tarixil Qərarına əsasən, qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxmağa hazırlıq zamanı ərazi üzrə məhkəmə aidiyyəti, barəsində qərar çıxarılmış şəxsin “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanunun 3-cü maddəsində əks olunan yaşayış yerinin müəyyən edilməsi barədə sənədlərdə və ya onların elektron daşıyıcısında göstərilən yaşayış yeri üzrə müəyyən edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 118, 129-cu maddəsini rəhbər tutaraq QƏRARA ALDİ: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsindən daxil olmuş X1 DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2024-ci il tarixli, EQ seriyalı 19374544 nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətin ərazi aidiyyətinin müəyyən edilməsində yaranmış fikir ayrılığının həll edilməsi üçün iş Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №3(009)-883/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №3(009)-883/2024
03.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver