Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-888/2022 07.06.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, X5 qızının katibliyi, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair materiala baxaraq, məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ : Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Səbail Rayon Polis İdarəsi 41-ci X3 Rayon Məhkəməsinə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair material daxil olmuşdur. İş materiallarında olan 21 fevral 2022-ci il tarixdə tərtib edilmiş MN seriyalı, ******* saylı inzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə qərardaddan görünür ki, Şəxs barəsində tərtib edilmiş ******* saylı protokol üzrə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs inzibati tənbeh növünün tətbiqi məhkəmənin səlahiyyətinə aid olduğundan protokol tərtib olunaraq göndərilmişdir. İş materiallarına əlavə edilmiş MN seriyalı ******* saylı protokoldan görünür ki, Şəxs vətəndaş Zərərçəkmiş şəxs evinin qaz borusunu zədələmiş bə evin şüşəsini sındırmaqla omlakı qəsdən qəsdən zədələmişdir. Nəticədə, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında 05 fevral 2022-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Qanunla müəyyən olunmuş qaydada və müddətdə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq məhkəmə iclasına gəlmədiyi və səbəbini bildirmədiyi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsaslanaraq inzibati xəta protokol tərtib etmiş orqan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Səbail Rayon Polis İdarəsi 41-ci Polis Bölməsinin nümayəndəsinin və zərərçəkmiş şəxsin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs bildirmişdir ki, özünü təqsirli bilmir, Zərərçəkmiş şəxs onun barəsində yazdıqları şər və böhtandır. Onun evinin pəncərəsini sındırmamışdır. İş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, o 16 ildir ki, Bakı şəhərində yaşayır. Onun Bakı şəhəri Səbail rayonu Salyan şossesi 32 ünvanda evi vardır. Həmin evdə təmir tikinti işləri getdiyinə görə hazırda orada yaşayış yoxdur. O, AzəriQaz idarəsinə rəsmi olaraq ərizə ilə müraciət edərək evinə aid olan qaz borularının 50 santimetr qırağa çəkilməsini xahiş etmişdir. Bundan sonra onlar rəsmi olaraq öz işlərinə başlamışlar. Adını sonradan bildiyi qonşusu Vüqar Quliyev qaz borularına görə hər dəfə onu narahat edir. Müxtəlif üsullarla evində işləyən ustalara mane olur. Onlara işləməyə imkan vermir. 26 yanvar 2022-ci il tarixdə AzəriQazın əməkdaşları onun evinə gələn qaz borularına aid təmir tikinti işlərini görüb oradan çıxıb getmişlər. Həmin vaxt o orada olmuş və ustaların işinə nəzarət etmişdir.İş bitdikdən sonra oradan uzaqlaşmışdır. Axşam həmin yerə yaxınlaşan zaman evin pəncərəsinin sındığını görmüş, həmin vaxt onun yanında olan tanışı Kamran Şabanov bildirmişdir ki, şüşəni Vüqar sındırmışdır. Şüşənin sınması nəticəsində ona 350-400 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində bildirmişdir ki, o, tanışı Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin 1 ildir ki, həm tikinti həm də remont işlərini görür. Onlar tikintiyə başlayan gündən qonşu Vüqar adlı şəxs hər gün onların işlərinə müdaxilə etmişdir. 26 yanvar 2022-ci il tarixdə saat 20:00 radələrində iş yerindən ustalar məlumat vermişlər ki, qonşu Vüqar adlı şəxs qaz borularını qırıb, daş vurmaqla pəncərəni vurub qırmışdır. Məhkəmə iş materiallarını, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidin ifadələrini ətraflı təhlil edərək hesab edir ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş, həmin xətanın törədilməsində təqsirlidir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə iclasında videogörüntüyə baxış keçirilmiş və həmin görüntüdən görünür ki, qeyd olunan tarixdə saat 19-24 radələrində X6 avtomobili ilə Bakı şəhəri Səbail rayonu Salyan şossesi 32 ünvana yaxınlaşaraq avtomobildən düşərək yerdən mişar daşları götürərək bir neçə dəfə qaz borularının üstünə atır və daha sonra yerdən mişar daşı götürərək Zərərçəkmiş şəxs evinin pəncərəsinə atır və sonra yaşadığı evin darvazasını açaraq avtomaşını ilə həyətə girir. İş materiallarında olan sənədlərdən görünür ki, Zərərçəkmiş şəxs Aydınovanın Bakı şəhəri Səbail rayonu Salyan şossesi 32 ünvanda mülkiyyətində olan torpaq sahəsində fərdi yaşayış evinin tikintisinə dair müvafiq icazə sənədləri vardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinə görə Özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə görə İnzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Həmin Məcəllənin 38.3-cü maddəsinə görə cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam barədə qərar qəbul edilir. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə təqsirli bilinməli və həmin Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddət başa çatdığına görə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbayçan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.6, 105 və 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə təqsirli bilinsin və həmin Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddət başa çatdığına görə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №3(009)-888/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-888/2022
07.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver