Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-890/2021 25.05.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi ilə, Bakı şəhər Baş Polis İdarəsi X8 İdarəsinin 25.08.2020-ci il tarixli EQ4233262 saylı, 14.12.2020-ci il tarixli EQ5156233 və 12.04.2021-ci il tarixli EQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarlarından X5 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X6 oğlu şikayətlə məhkəməyə müraciət edərək Bakı şəhər Baş Polis İdarəsi X8 İdarəsinin 25.08.2020-ci il tarixli EQ4233262 saylı, 14.12.2020-ci il tarixli EQ5156233 və 12.04.2021-ci il tarixli EQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarlarının ləğv edilməsi və başlanmış icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 15.04.2021-ci il tarixdə AR DİN-ə məxsus https://e-xidmet.mia.gov.az/ internet saytına daxil olub idarə etdiyi 99CE610 dövlət qeydiyyat nişanlı, Volkswagen Jetta minik markalı avtomobilə dair hər hansı bir inzibati xəta haqqında protokolun və ya inzibati tənbeh vermə haqqında qərarın olub-olmasını yoxladıqda, ona məlum oldu ki, barəsində 3 inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir, https://asanpay.az/ internet saytında (“Asan Ödəniş” Sitemində) olan elektron kabinetinə baxdıqda orada hər hansı bir qərarın olmadığını görmüşdür və elə həmin tarixdə X7 müraciət etmişdir və DİN-nin DYP Web Portalından həmin qərarlar çap olunaraq ona təqdim edilmişdir. Beləliklə, qərarlarla tanış olduqda ona məlum oldu ki, o, DİN BDYPİ X1 25.08.2020-ci il tarixli EQ4233262 saylı inzibati tənbeh vermə haqqında qərarına əsasən AR İXM-nin 346.1-ci maddəsilə təqsirli bilinərək 20 manat məbləğində, 14.12.2020-ci il tarixli EQ5156233 saylı inzibati tənbeh vermə haqqında qərarına əsasən AR İXM-nin 346.1,-ci maddəsilə təqsirli bilinərək 20 manat və 12.04.2021-ci il tarixli EQ6128933 saylı inzibati tənbeh vermə haqqında qərarına əsasən AR İXM-nin 346.1-ci maddəsilə təqsirli bilinərək 20 manat məbləğində cərimə edilmişdir. Hesab edir ki, inzibati tənbeh vermə haqqında qərarlar qanunsuz və əsassızdır. 25.08.2020-ci il tarixli EQ4233262 saylı inzibati tənbeh vermə haqqında qərarda göstərilmişdir ki, guya o Azərbaycan pr. ərazisində durma qaydalarını pozduğuna görə ona AR İXM-nin 346.1-ci maddəsinə əsasən 20 manat məbləğində, 14.12.2020-ci il tarixli EQ5156233 saylı inzibati tənbeh vermə haqqında qərarda göstərilmişdir ki, guya o Süleyman Ələsgərov küçəsi kiçik Dəniz küçəsi ərazisində dayanma qaydalarını pozduğuma görə ona AR İXM-nin 346.1-ci maddəsinə əsasən 20 manat məbləğində və 12.04.2021-ci il tarixli EQ6128933 saylı inzibati tənbeh vermə haqqında qərar göstərilmişdir ki, guya o, Bakı, İsmayıl bəy Qutqaşınlı, 67 ərazisində dayanma qaydalarını pozduğuna görə ona AR İXM-nin 346.1-ci maddəsinə əsasən 20 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. Lakin, o, hər 3 qərarda göstərilmiş qayda pozuntularını və AR İXM-nin 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməmişdir. İnzibati xəta hadisəsi və inzibati xəta tərkibi mövcud olmamışdır və inzibati orqan tərəfindən həmin qərarlarda göstərilmiş qayda pozuntularının və AR İXM-nin 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaların tərəfindən törədilməsi sübuta yetirilməmişdir. Belə ki, qayda pozuntularının və inzibati xəta hadisələrinin sürücülər tərəfindən törədilməsinin sübutetmə yükü inzibati orqanın üzərinə düşür. Eyni zamanda inzibati xətalara dair işlərə baxılarkən təqsirsizlik prezumpsiyasına mütləq əməl edilməlidir və adı gedən qərarların qəbul edilməsilə İXM-nin təqsirsizlik prinsipi pozulmuşdur. Hər 3 qərar qanunvericilikdə nəzərdə tutulmuş qaydada ona təqdim edilməmişdir və onun 15.04.2021-ci il tarixədək həmin qərarlardan xəbəri olmamışdır. Lakin, buna baxmayaraq 25.08.2020-ci il tarixli EQ4233262 saylı və 14.12.2020-ci il tarixli EQ5156233 saylı inzibati tənbeh vermə haqqında qərarlar qüvvəyə minmiş və hətta cərimə məbləğlərinin üzərinə dəbbə pulu da hesablanmışdır. Halbuki, qanunvericiliyin tələbinə görə inzibati tənbeh etmə haqqında qərar qanunvericilikdə nəzərdə tutulmuş rəsmi qaydada verildiyi tarixdən 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verilmədikdə qüvvəyə minir. Hər 3 qərar və onun əlavələri inzibati xətanın törədildiyi gündən bir gün müddətində https://asanpay.az/ internet saytında (“Asan Ödəniş” Sitemində) olan elektron kabinetimə yerləşdirilmədiyi üçün qanunvericiliyin tələbinə görə o inzibati məsuliyyətə cəlb oluna bilməz. Qeyd edilənləri nəzərə alaraq, hesab edir ki, DİN BDYPİ X4 tərəfindən barəsində qəbul edilmiş 25.08.2020- ci il tarixli EQ4233262 saylı, 14.12.2020-ci il tarixli EQ5156233 və 12.04.2021-ci il tarixli EQ6128933 saylı inzibati tənbeh vermə haqqında qərarların ləğv edilməsi və başlanmış icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətçiyə və qərarından şikayət verilən orqana məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, onlar məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişlər. Məhkəmə işə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən şikayətçi və qərarından şikayət verilən orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsinə və iş materiallarına araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 25.08.2020- ci il tarixli EQ4233262 saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X6 oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 20 manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş 14.12.2020-ci il tarixli EQ5156233 saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X6 oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 20 manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş 12.04.2021-ci il tarixli EQ6128933 saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 20 manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş AR DİN-in elektron portalından çıxarışdan görünür ki, X6 oğlu barəsində qəbul edilmiş 25.08.2020- ci il tarixli EQ ******* saylı, 14.12.2020-ci il tarixli EQ ******* və 12.04.2021-ci il tarixli EQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarları AR DİN-in X2 yerləşdirilmişdir. Məhkəmə hesab edir ki, 25.08.2020- ci il tarixli EQ4233262 saylı, 14.12.2020-ci il tarixli EQ5156233 və 12.04.2021-ci il tarixli EQ6128933 saylı inzibati tənbeh vermə haqqında qərarları qanuni və əsaslıdır, həmin qərarların ləğv edilməsi üçün heç bir əsas yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsinə əsasən dayanma və ya durma qaydalarını pozmağa görə - iyirmi manat məbləğində cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 38.6-cı maddəsinə əsasən, bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərar və onun əlavəsi (foto və ya video materiallar) inzibati xətanın törədildiyi gündən bir gün müddətində hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılan elektron kabinetdə yerləşdirilmədikdə, şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. Həmin Məcəllənin 122.1-ci maddəsinə əsasən həmin Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346.3, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının X1 proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin X2 ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin X1 müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Həmin Məcəllənin 122.2-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərar müvafiq icra hakimiyyəti orqanının X1 məlumatlarına əsasən nəqliyyat vasitəsinin istifadəçisi (nəqliyyat vasitəsini icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya nəqliyyat vasitəsindən istifadə etmə və ya ona dair sərəncam vermə hüquqları ilə bağlı etibarnamə əsasında sonuncu dəfə təkrar dövlət qeydiyyatından keçirilərkən qeydiyyata götürülmüş şəxs, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü, belə məlumat olmadıqda isə nəqliyyat vasitəsinin mülkiyyətçisi olan fiziki şəxs) barəsində tərtib edilir. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının X2 yerləşdirilmiş inzibati xəta haqqında protokol və ya inzibati xəta haqqında iş üzrə qərar həmin anda elektron qaydada, həmçinin müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə yerləşdirilir. Həmin Məcəllənin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs inzibati xəta törətməsi barədə bu Məcəllənin 125.2.3-cü maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırıldığı və ya inzibati xəta haqqında protokol bu Məcəllənin 122.6 və 122.8-ci maddələrində nəzərdə tutulmuş qaydada inzibati tənbeh tətbiq etmə haqqında qərar hesab edildiyi vaxtdan 10(on) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Şikayətçi tərəfindən istinad edilən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38.6-cı maddəsindən görünür ki, həmin Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərar və onun əlavəsi (foto və ya video materiallar) inzibati xətanın törədildiyi gündən bir gün müddətində hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılan elektron kabinetdə yerləşdirilmədikdə, şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. Məcəllənin 122.1-ci maddəsinə əsasən həmin Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346.3, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətaları nəzərdə tutduğundan məhkəmə hesab edir ki, şikayətçi onun barəsində tərtib edilmiş 346.1-ci maddə üzrə inzibati xəta haqqında qərardan şikayətdə sözügedən qanun normasına istinad etməkdə haqlı olmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 134.1.1-ci maddəsinə əsasən məhkəmə qərardan şikayətə baxarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Bakı şəhəri DYPİ-nin 29 iyul 2020-ci il tarixli, TP ******* saylı inzibati xəta haqqında iş üzrə qərar qanuni və əsaslı olduğundan X6 oğlunun verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-134-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 şikayəti təmin edilməsin. Bakı şəhər Baş Polis İdarəsi X8 İdarəsinin 25.08.2020-ci il tarixli EQ4233262 saylı, 14.12.2020-ci il tarixli EQ5156233 və 12.04.2021-ci il tarixli EQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarları dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Günel Səmədova
Məhkəmə qərarları › İş №3(009)-890/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-890/2021
25.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver