Məhkəmə qərarları › İş №3(009)-890/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-890/2022

14.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-890/2022 14.06.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, X4 qızının katibliyi ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair materiala məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsinə əsasən Şəxs MMC barəsində tərtib olunmuş inzibati material, baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan 00100-0897/22 saylı inzibati xəta haqqında protokoldan görünür ki, "xxxx" MMC-nin ünvanına İran İslam Respublikasından 25B85910/25B86010 nömrəli nəqliyyat vasitəsinin üzərindəki MİOU5Q41156 nömrəli konteynerdə 47636 saylı invoys üzrə idxal edilmiş və **********2320 saylı GB ilə bəyan edilmiş yükə gömrük yoxlaması keçirilmişdir. Sənədlər tərəfimizdən araşdırılan zaman, CMR -də qeyd edilən ümumi 7650 kq çəkinin 4 adda mallar arasında düzgün bölüşdürülməsi şübhə doğurduğundan, malların hər birinin ayrı-ayrılıqda tərəzi çəkisi müəyyən edilmişdir: Bildiririk ki, 1-ci mal mövqeyində -taxta karkaslı digər oturma mebeli:(üzlənmiş mebel)-24 ədəd- çəkisi bəyan edildiyi kimi 1970 kq deyil, 20 ədəd -1095 kq, 2-ci mal mövqeyində metal karkaslı üzlənmiş oturacaqlar- 30 ədəd- çəkisi bəyan edildiyi kimi 550 kq deyil 150 kq, 4-cü mal mövqeyində QRANİT DAŞLARDAN MASA ÜSTÜ- 4 palet çəkisi bəyan edildiyi kimi 650 kq deyil 1925 kq olduğu müəyyən edilmişdir. Araşdırma zamanı Şəxs MMC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X3 izahatı alınmışdır. O, izahatında yüklərə gömrük inspektoru tərəfindən baxış keçirilən zaman inspektorla birlikdə yüklərin çəkisinin CMR sənədində düzgün qeyd olunmadığını, bu səbəbdən onların çəkini düzgün bəyan etmədiklərini, həmçinin 4 ədəd kreslo yükünün əksik gəldiyini öyrəndiklərini bildirmişdir. Eyni zamanda qranit daşlardan masaüstü yükləri sifariş etdikləri halda nəqliyyat vasitəsi açılarkən həmin yüklərin qranit deyil də aqlay materialdan ibarət olduğunu gördüklərini və bu səbəbdən də həmin yüklərin qranit deyil də aqlay olduğunu müəyyən etmək üçün Gömrük Ekspertizası idarəsinə müraciət edilməsini xahiş etmişdir. Şəxs MMC-nin adına 50B38910/50B39010 nömrəli yük nəqliyyat vasitəsi ilə 47636 nömrəli xx.xx.2022-ci il tarixli invoys əsasında idxal edilmiş və Bakı Bas Gömrük idarəsində **********2320 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsinin 4cü mal mövqeyində “qranit daşlardan masa üstü, netto çəkisi 650 kq” kimi bəyan edilmiş yükün netto çəkisinin 1925 kq olduğu aşkar edilmiş, həmçinin, qeyd olunan yükün faktiki olaraq qranit yoxsa aqlay olmasının müəyyənləşdirilməsi məqsədi ilə Bakı Bas Gömrük idarəsinin 1400-013/0xx-xx/001677 saylı, 17 mart 2022-ci il tarixli məktubu ilə X2 İdarəsinə müraciət olunmuşdur, X2 İdarəsindən daxil olmuş 29 mart 2022-ci il tarixli, 2200-015/0xxxx/001761 saylı məktubda Şəxs MMC-nin ünvanına 47636 saylı xx.xx.2022-ci il tarixli invoysun 4-cü mal mövqeyi üzrə idxal olunan yük “Granit on table” adlı, AMEA Geologiya və Geofizika İnstitunun “Analitik Mərkəzi”nin 1254 saylı xx.xx.2022-ci İİ tarixli raportuna əsasən, tərkibində 85 % dolomit və 13 % kalsit olan mişarlanmış və cilalanmış əhəngdaşı (aqlay) olub XİF MN görə 6802 92 000 0 alt yarımmövqeyində sinifləşdirildiyi qeyd olunmuşdur. Araşdırmanın davam etdirilməsi məqsədilə tərəfimizdən “İpək Yolu” gömrük postuna ünvanlanmış 34/013/006770 nömrəli raporta cavab olaraq daxil olmuş 34/024/007017 nömrəli raporta əsasən bəyan edilməmiş 1925 kq cilalanmış əhəngdaşı (aqlay) yükünün 3 palet olmaqla 26.196 kv.m olduğu müəyyən edilmişdir. Həmin yüklərin dəyərinin müəyyən edilməsi üçün ekspertiza keçirilməsi zərurəti yarandığından, ekspertizanın keçirilməsi Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasının ekspertlərinə həvalə edilmiş və 1400-013/0xx-xx/002043 saylı, xx.xx.2022-ci il tarixli məktubla müraciət edilmişdir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzindən daxil olmuş 9/2422 saylı, xx.xx.2022-ci il tarixli ekspert rəyinə əsasən, mişarlanmış və cilalanmış əhəngdaşının (aqlay) 1 kv.m-nin xx.xx.2022-ci il tarixə orta bazar qiymətinin təxminən 10 manat olmaqla 26.196 kv.m-nin qiymətinin 262 manat olduğu müəyyən edilmişdir. Nəticədə, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Qanunla müəyyən olunmuş qaydada və müddətdə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq məhkəmə iclasına gəlmədiyi və səbəbini bildirmədiyi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3 və 112.1.4-cü maddələrinə əsaslanaraq inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsi və barəsində protokol tərtib olunmuş şəxsin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsinin tələbini pozmuşdur. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə, bu az miqdarda olduqda inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Eyni zamanda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutlari qiymətləndirir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Beləliklə, ünvan 1 ünvanında qeydiyyatda olan hüquqi şəxs Şəxs MMC tərəfindən 1-ci mal mövqeyində taxta karkaslı digər oturma mebeli:(üzlənmiş mebel)-24 ədəd- çəkisi bəyan edildiyi kimi 1970 kq deyil, 20 ədəd -1095 kq, 2-ci mal mövqeyində - metal karkaslı üzlənmiş oturacaqlar- 30 ədəd- çəkisi bəyan edildiyi kimi 550 kq deyil 150 kq, 4-cü mal mövqeyində QRANİT DAŞLARDAN MASA ÜSTÜ- 4 palet çəkisi bəyan edildiyi kimi 650 kq deyil 1925 kq olduğundan, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsinin tələbini pozmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Ona görə də, məhkəmə hesab edir ki, Şəxs MMC-nin hərəkətlərində İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsinin tərkibi var və ona cərimə edilməsi növündə inzibati cəza təyin edilməsi məqsədəmüvafiqdir. Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/2422 saylı 29 aprel 2022-ci il tarixli rəyinin ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 100 (yüz) manat təşkil edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 55.2-ci maddəsinə əsa sən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. Bu səbəbdən, məhkəmə hesab edir ki, inzibati iş üzrə keçirilmiş ekspertiza xərci olan 100 (yüz) manat məbləğində pul vəsaiti Şəxs MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 117, 101-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib həmin malların dəyərinin qırx faizi məbləğində - yəni 104,80 (yüz dörd səksən qəpik) manat məbləğində cərimə edilsin. İnzibati xəta haqqında iş üzrə ekspertiza xərcinin dəyəri olan 100 (yüz) manat məbləğində pul vəsaiti Şəxs MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, X1 Kodu 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ ********************, SWİFT CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34STRE********************) hesabına köçürülsün. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar