Məhkəmə qərarları › İş №3(009)-892/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-892/2021

13.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-892/2021 13.08.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş 00100-0378/21 saylı, 03 mart 2021-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 3(009)-892/2021 saylı, 19 may 2021-ci il tarixli qərarı ilə Şəxs əməlində inzibati xəta tərkibi olmadığına görə icraata xitam verilmişdir. Məhkəmənin qərarından narazı qalan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti general mayoru Kənan Məmmədov apellyasiya qaydasında şikayət verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv olunmasını və Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsi ilə təqsirli bilinməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 16 iyul 2021-ci il tarixli, 3(103)-1655/2021 saylı qərarı ilə şikayət qismən təmin edilərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 19 may 2021-ci il tarixli, 3(009)-892/2021 saylı qərarının ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC-nin ünvanına Çin Xalq Respublikasından 94327194 nömrəli vaqonla, NAKU6028556 nömrəli konteynerdə, AV20200112 nömrəli 12.01.2020-ci il tarixli invoys üzrə idxal edilmiş “süfrə və mətbəx qabları” yükləri **********8794 sorğu nömrəli 26.05.2020-ci il tarixli gömrük bəyannaməsi ilə gömrük orqanına bəyan edilmişdir. Lakin,”ASENA” MMC tərəfindən sözügedən yüklərə görə gigiyenik sertifikatların təqdim edilməməsi səbəbindən **********8794 sorğu nömrəli 26 may 2020ci il tarixli gömrük bəyannaməsi bugünədək arxivləşdirilməməşdir. Araşdırma zamanı, Şəxs MMC tərəfindən gigyenik sertifikatın təqdim edilməsi üçün 27 may 2020-ci il tarixində öhdəlik götürülmüşdür, lakin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublikası Sanitariya- Karantin Mərkəzinin” AZ031RSK10350, AZ031RSK10351 və AZ031RSK10352 nömrəli gigiyenik sertifikatlarının 03 mart 2021-ci il tarixdə gömrük bəyannaməsi ilə bəyan edilmiş mallara dair gigiyenik sertifikatlar 45 (qırx beş) gündən gec təqdim edilmişdir. Nəticədə, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, protokol tərtib etmiş orqanın və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC -nin nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, işə protokol tərtib etmiş orqanın və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC -nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki Şəxs MMC -nin Azərbaycan Respublikasının İXM-nin 493-cü maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Gömrük prosedurları və ödənişləri şöbəsinin rəisi tərəfindən tərtib edilmiş raportdan görünür ki, "xxxx" MMC-nin (VÖEN- 1********) adına 94327194 nömrəli vaqon vasitəsilə ilə Çindən idxal olunmuş qarışıq mallar üçün 26.05.2020-ci il tarixində tərtib edilmiş **********8794 sorğu nömrəli gömrük bəyannaməsi gömrük rəsmiləşdirilməsi üçün təqdim edilmişdir. Təqdim edilən zaman bəyannamədəki bəzi mallara dair gigiyenik sertifikatlar təqdim edilməmiş, mallar öhdəlik əsasında mal sahibinə verilmişdir. Növbəti etapda bəyannamə geri qayıtsa da, dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq, bəyannamə bu günədək rəsmiləşdirmə üçün düzəliş edilib göndərilməmiş və “Deklaranta qaytarılmışdır” statusunu dəyişməmişdir. Göstərilən səbəbə görə, bu günə qədər bəyannamə arxivlənə bilməmişdir (bununla əlaqədar məsələnin araşdırılması üçün müvafiq göstəriş verilməsi xahiş olunmuşdur). İş materiallarında olan Şəxs MMC–nin 27.05.2020-ci il tarixli öhədliyindən görünür ki, **********794 saylı gömrük bəyannaməsi ilə bəyan olunan Çin Xalq Respublikasından gələn yükün Gigyenik sertfikatı 27.06.2020-ci il tarixdə gömrük orqanına təqdim etməyi öhdəsinə götürür. İş materiallarında olan Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin rəisi tərəfindən tərtib edilmiş raportdan görünür ki, Bakı Baş Gömrük İdarəsinin Gömrük Prosedurları və Ödənişləri şöbəsindən daxil olmuş 34/012/004909 nömrəli 23.02.2021-ci il tarixli raportun icrası ilə əlaqədar bildiririk ki, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC-nin ünvanına Çin Xalq Respublikasından 94327194 nömrəli vaqonla, NAKU6028556 nömrəli konteynerdə, AV20200112 nömrəli 12.01 2020-ci il tarixli invoys üzrə idxal edilmiş “süfrə və mətbəx qabları” yükləri **********8794 sorğu nömrəli 26.05.2020-ci il tarixli gömrük bəyannaməsi ilə gömrük orqanına bəyan edilmişdir. Lakin, Şəxs MMC tərəfindən sözügedən yüklərə görə gigiyenik sertifikatların təqdim edilməməsi səbəbindən **********8794 sorğu nömrəli 26.05.2020-ci il tarixli gömrük bəyannaməsi bugünədək arxivləşdirilməmişdir. Araşdırma zamanı qeyd olunan məsələ ilə əlaqədar Şəxs MMC-nin etibarnamə əsasında nümayəndəsi olan Azərbaycan Respublikasının vətəndaşı X1 izahatı alınmış, o izahatında Şəxs MMC-nin ünvanına Çin Xalq Respublikasından 94327194 nömrəli vaqonla, NAKU6028556 nömrəli konteynerdə, AV20200112 nömrəli 12.01,2020-ciil tarixli invoys üzrə idxal edilmiş yüklərin **********8794 sorğu nömrəli 26.05.2020-ci il tarixli gömrük bəyannaməsi tərtib edilərək gömrük orqanına bəyan edildiyini, lakin, sözügedən yüklərə tələb olunan gigyenik sertifikatlar olmadığı üçün həmin malların rəsmiləşdirilməsini başa çatdıra bilmədiklərini və malları öhdəlik əsasında götürdüklərini, öhdəliyə görə idxal etdikləri mallara dair gigiyenik sertifikatı 27.06.2020-ci il tarixədək gömrük orqanına təqdim etməli olduqlarını, tələb olunan gigiyenik sertifikatın alınması üçün Səhiyyə Nazirliyinə müraciət etdiklərini, lakin, “karonavirus” pandemiyası səbəbilə növbəli şəkildə işlədikləri üçün tələb olunan sertifikatı vaxtında ala bilmədiklərini, hazırda AR Səhiyyə Nazirliyinin sertifikatlarını aldıqlarını və **********8794 sorğu nömrəli 26.05.2020-ci il tarixli gömrük bəyannaməsinin rəsmiləşdirilməsini yaxın müddətdə başa çatdıracaqlarını bildirmiş, həmçinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Sanitariya-Karantin Mərkəzinin” AZ031RSK10350, AZ031RSK10351 və AZ031RSK10352 nömrəli gigiyenik sertifikatlarını təhqiqata təqdim etmişdir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 150.5-ci maddəsinə əsasən ayrı-ayrı sənədlərin təqdim edilməsi üçün daha qısa müddət müəyyən edilməmişdirsə, həmin sənədlər gömrük bəyannaməsi təsdiq edildiyi tarixdən 45 (qırx beş) gündən gec olmayaraq gömrük orqanına təqdim edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsinə əsasən gömrük bəyannaməsinin və onunla birgə təqdim edilməli olan sənədlərin Azərbaycan Respublikasının Gömrük Məcəlləsində müəyyən edilmiş müddətdə gömrük orqanına təqdim edilməməsi inzibati məsuliyyət yaradır. Yuxarıda qeyd olunanları nəzərə alaraq, Şəxs MMC tərəfindən **********8794 sorğu nömrəli 26.05.2020-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş mallara dair gigiyenik sertifikatların 45 (qırx beş) gündən gec təqdim edildiyi, nəticədə, Azərbaycan Respublikası İXM-nin 493-cü maddəsində nəzərdə tutulan inzibati xəta törədildiyindən qanunamüvafiq qaydada tədbir görülməsi üçün göstəriş verilməsi xahiş olunmuşdur. İş materialları ilə müəyyən edilir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsində barəsində icraat aparılan Şəxs MMC–nin nümayəndəsi X1 iştirakı təmin edilmiş və o, izahatında Şəxs MMC-nin ünvanına Çin Xalq Respublikasından 94327194 nömrəli vaqonla, NAKU6028556 nömrəli konteynerdə, AV20200112 nömrəli 12.01.2020-ciil tarixli invoys üzrə idxal edilmiş yüklərin **********8794 sorğu nömrəli 26.05.2020-ci il tarixli gömrük bəyannaməsi tərtib edilərək gömrük orqanına bəyan edildiyini, lakin, sözügedən yüklərə tələb olunan gigyenik sertifikatlar olmadığı üçün həmin malların rəsmiləşdirilməsini başa çatdıra bilmədiklərini və malları öhdəlik əsasında götürdüklərini, öhdəliyə görə idxal etdikləri mallara dair gigiyenik sertifikatı 27.06.2020-ci il tarixədək gömrük orqanına təqdim etməli olduqlarını, tələb olunan gigiyenik sertifikatın alınması üçün Səhiyyə Nazirliyinə müraciət etdiklərini, lakin, “karonavirus” pandemiyası səbəbilə növbəli şəkildə işlədikləri üçün tələb olunan sertifikatı vaxtında ala bilmədiklərini, hazırda AR Səhiyyə Nazirliyinin sertifikatlarını aldıqlarını və **********8794 sorğu nömrəli 26.05.2020-ci il tarixli gömrük bəyannaməsinin rəsmiləşdirilməsini yaxın müddətdə başa çatdıracaqlarını bildirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən, İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 18.1-ci maddəsinə əsasən, hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 493-cü maddəsinə əsasən, gömrük bəyannaməsinin və onunla birgə təqdim edilməli olan sənədlərin Azərbaycan Respublikasının Gömrük Məcəlləsində müəyyən edilmiş müddətdə müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsinə görə - fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.07.2014-cü il tarixli, 263 saylı “Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi qaydaları”nın təsdiq edilməsi haqqında qərarın 6.5-ci bəndinə əsasən icazə onun alınması üçün bu Qaydaların 6.2-ci bəndində göstərilmiş tələblərin yerinə yetirilməsindən dərhal sonra verilməlidir və natamam bəyannamə rəsmiləşdirildikdən sonra 30 (otuz) gün müddətində həmin mallara dair gömrük bəyannaməsi gömrük orqanına təqdim edilməlidir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, barəsində inzibati icraat aparılan Şəxs MMC tərəfindən təqdim olunmuş gömrük bəyannaməsi müvafiq olaraq qanunla nəzərdə tutulmuş müddət pozulmaqla təqdim olunmuş və nəticədə Şəxs MMC tərəfindən İXM-nin 493-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə araşdırması zamanı hüquqi şəxs Şəxs MMC barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114- 115, 128-130-cu, 493-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsi ilə təqsirli bilinsin və barəsində 300 (üç yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar