Məhkəmə qərarları › İş №3(009)-894/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-894/2023

24.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-894/2023 24.05.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Məmmədova Nərmin Namiq qızının katibliyi ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhəkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 482.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsi tərəfindən tərtib edilmiş 28 aprel 2023-cü il tarixli 00100-01125/23 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Rusiya Federasiyasından “X4” MMCnin ünvanına 29065919 nömrə nişanlı vaqonla xx.xx.2023-cü il tarixli,’'5/13 nömrəli invovs əsasında tranzit xüsusi proseduru altında irana yola salınması nəzərdətutulan bölünmüş noxud yükünə baxış zamanı müşaiyət sənədlərində 1340 ver 67100kq göstərilməsinə baxmayaraq 1360ver 68300kq olduğu müəyyən edilmişdir. Qeyd edilən faktla bağlı Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsində aparılan araşdırma zamanı Şəxs MMC-nin Direktoru, Azərbaycan Respublikasının vətəndaşı X1 izahatı alınmışdır. O, izahatında bildirmişdir ki, “bildirirəm ki, Rusiyadan 29065919 nömrəli vaqon ila (hesab faktura Ne 5/13; bar kod № **********01350) gələn noxud yükü tranzit xüsusi gömrük proseduru altında X2 "xxxx" MMC tərəfindən: rəsmiləsdirilərək yük maşınlarında Türkiyəyə göndərilməsi nəzərdə tutulurdu. Lakin tranzit xüsusi gömrük proseduru altında rəsmiləşdirilməsi zamanı yükün dəmiryolu qaiməsində (qaimə № ********) 1340 ver, 67100,00 kq göstərilməsinə baxmayaraq, faktiki ver sayının 1360, çəkisinin 68300,00 kq olduğu müəyyən olunmuşdur, tranzit xüsusi gömrük proseduru altında rəsmiləsdirilməni davam etmək məqsədi ilə 29065919 nömrəli vaqon ile (hesab-faktura Ne 5/13: bar kod № **********01350) gələn noxud yükünün bar kodda qeyd olunan ver sayı və çəkisinin faktiki səhv olaraq 1360 ver və 68300,00 kq çəki olduğu müəyyən edilmişdir. Malların çəkisinin düzgün olmamasına görə gömrük orqanına səhv məlumatlar verdiyimizin hüquqpozma olduğunu etiraf edirik. Gömrük orqanına düzgün olmayan məlumatların verilməsinə görə qanunda nəzərdə tutulan məsuliyyəti daşımağa hazırıq. Əlavə olaraq bildirmək istəyirəm ki, malın çəkisində olan uyğunsuzluq malın gömrük ödənişlərinə təsir etmir. Çünki bu mal tranzit xüsusi gömrük prosedurunda yerləşdirilmişdir. Həmçinin protokola əsasən “X4” MMC-nin ünvanına 29065919 nömrə nişanlı vaqonla xx.xx.2023-cü il tarixli, 5/13 nömrəli invovs əsasında tranzit xüsusi proseduru altında İrana yola salınması nəzərdə tutulan bölünmüş noxud yükünün beynəlxalq tranzit xüsusi gömrük proseduru altında daşındı üçün bu halın gömrük ödənişləri varatmavacağı və gömrük ödənişlərinin məbləğinə təsir etməyəcəyi qeyd olunmuşdur. Protokol tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə və barəsində inzibati xət haqqında protokol tərtib edilmiş Şəxs MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin protokol tərtib etmiş qurumun və barəsində inzibati xət haqqında protokol tərtib edilmiş hüquqi şəxsin nümayəndələri məhkəmə iclasına gəlməmiş və tərəflərindən işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş qurumun və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxsin nümayəndələrinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 482.3-cü maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarına əlavə edilmiş Abşeron gömrük postunun rəisi tərəfindən tərtib edilmiş raportdan görünür ki, Şəxs MMC-nin Rusiyadan "X4" MMC nin ünvanına 29065919 nömrə nişanlı vaqonla xx.xx.2023 tarixli 5/13 nömrəli invoys əsasında tranzit xüsusi prosedur altında İrana yola salınması nəzərdə tutulan bölünmüş noxud yükünə baxış zamanı müşaiyət sənədlərində göstərilən 1340 yer 67100 kg göstərilməsinə baxmayaraq 1360 yer 68300 kg müəyyən olmuşdur. İş materiallarından müəyyən edilir ki, inzibati icraat aparılarkən barəsində icraat aparılan Şəxs MMC-nin nümayəndəsinin iştirakı təmin edilmişdir. Cəmiyyətin nümayəndəsi izahatında bildirmişdir ki, göndərən şirkət faktiki malların çəkisi ilə sənədlər arasında olan çəkini səhv saldığından “X4” MMC-nin ünvanına 29065919 nömrə nişanlı vaqonla xx.xx.2023-cü il tarixli, 5/13 nömrəli invovs əsasında tranzit xüsusi proseduru altında İrana yola salınması nəzərdə tutulan bölünmüş noxud yükünə baxış zamanı müşayiət sənədlərində 1340 yer 67100 kq göstərilməsinə baxmayaraq 1360 yer 68300 kq müəyyən edilmişdir. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikasının İXM-nin 482.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikasının İXM-nin 482.3-cü madədsinə əsasən mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilərkən onların tələb olunan xüsusi gömrük proseduru altında yerləşdirilməsi ilə əlaqədar gömrük ödənişlərinin (borcunun) məbləği haqqında müvafiq icra hakimiyyəti orqanının qərarının qəbul edilməsinə təsir etməyən düzgün olmayan məlumatların verilməsinə görə - fiziki şəxslər üç yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər min manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. Həmin Məcəllənin 55.4-cü maddəsinə əsasən məsrəflər haqqında qəbul edilmiş qərar inzibati tənbeh tətbiq edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarda göstərilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən Bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Beləliklə, məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.3-cü maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməli və onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 18, 40, 43, 55, 114-115, 128-130 və 482.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.3-cü maddəsi ilə təqsirli bilinərək barəsində 1000 (bir min) manat məbləğində inzibati cərimə tətbiq edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bir başa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar