Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-895/2023 31.05.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatısı X3, Şəxs şirkətinin Azərbaycan Respublikasındakı filialının nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, Şəxs şirkətinin Azərbaycan Respublikasındakı filialının Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş protokola və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs şirkətinin Azərbaycan Respublikasındakı filialının Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş 02 may 2023-cü il tarixli 00100-01035/23 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Dövlət Gömrük Komitəsinin X1 Sistemi informasiya resursunun banklarla DGK arasında «Forma 3.9.2.1» elektron hesabat sistemindən xx.xx.2022-ci il tarixdə alınmış məlumata əsasən “Haydratayt Opereyşns Limited" şirkətinin Azərbaycan Respublikasındakı filialı (VÖEN: **********) tərəfindən xx.xx.2017-ci il tarixindən 01 oktyabr 2022-ci il tarixədək müddət ərzində rəsmiləşdirilən 3 gömrük bəyannaməsi üzrə ümumilikdə 8335.68 ABŞ dolları məbləğində vəsaitin müvəkkil bankda olan hesaba köçürülmədiyi qeyd edilmişdir. Raporta qoşma edilən sənədlərə əsasən müəyyən edilmişdir ki, hüquqi şəxsin adından bağlanılmış AZE2***-*******7 nömrəli xx.xx.2017-ci il tarixli və AZ08.02.19 nömrəli xx.xx.2019-cu il tarixli müqavilələr üzrə aparılan ixrac əməliyyatları ilə həyata keçirilən xarici iqtisadi fəaliyyət nəticəsində əldə edilmiş ümumilikdə az miqdarda, 8335.68 ABŞ dolları məbləğində xarici valyutada pul vəsaiti qaytarılmamışdır. Aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, ünvan 1 ünvanında qeydiyyatda olan hüquqi şəxs “Haydratayt Opereyşns Limited" şirkətinin Azərbaycan Respublikasındakı filialı (VÖEN: **********) ilə Gürcüstanda fəaliyyət göstərən “X4 LLC” şirkəti arasında bağlanılmış AZE-2017- 08052017 nömrəli xx.xx.2017-ci il tarixli və Qazaxıstanda fəaliyyət göstərən “Hydratight Limited İn Kazakhstan” şirkəti arasında bağlanılmış AZ08.02.19 nömrəli xx.xx.2019-cu il tarixli mügavilələrə istinad etməklə Bakı Baş Gömrük İdarəsində 3 gömrük bəyannaməsi üzrə rəsmiləşdirmə aparıb ümumilikdə sözügedən gömrük bəyannaməsi üzrə 8335.68 ABŞ dolları dəyərində malları Azərbaycan Respublikasından ixrac etmişdir. Lakin, geyd olunan xarici iqtisadi fəaliyyətlər nəticəsində 8335.68 ABŞ dolları məbləğində pul vəsaiti Azərbaycan Respublikasının qanunvericiliyinə müvafig olarag Azərbaycan Respublikasının müvəkkil edilmiş bankının hesabına məcburi qaydada köçürülməli olduğu halda köçürülmədiyi müəyyən edilmişdir. Beləliklə, baxış nəticəsində hüquqi şəxs “Haydratayt Opereyşns Limited" şirkətinin Azərbaycan Respublikasındakı filialı (VÖEN: **********) tərəfindən Gürcüstanda fəaliyyət göstərən “X4 LLC” şirkəti arasında bağlanılmış AZE-2***-*******7 nömrəli xx.xx.2017-ci il tarixli və Qazaxıstanda fəaliyyət göstərən “Hydratight Limited İn Kazakhstan” şirkəti arasında bağlanılmış AZ08.02.19 nömrəli xx.xx.2019-cu il tarixli mügavilələrə istinad etməklə 3 gömrük bəyannamələri üzrə xarici iqtisadi fəaliyyət nəticəsində 8335.68 ABŞ dolları milli valyutaya nisbətdə 14170.70 ( on dörd min yüz yetmiş manat yetmiş qəpik) AZN məbləğində pul vəsaitinin Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq Azərbaycan Respublikasının müvəkkil edilmiş bankının hesabına məcburi qaydada köçürülməli olduğu halda köçürülmədiyi müəyyən edilmişdir. Nəticədə “Haydratayt Opereyşns Limited" şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatısı X7 inzibati xəta haqqında protokolu müdafiə edərək, Şəxs şirkətinin Azərbaycan Respublikasındakı filialının inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs şirkətinin Azərbaycan Respublikasındakı filialının nümayəndəsi və vəkili Nümayəndə2 bildirdi ki, xx.xx.2023-cü il tarixində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsi təhqiqat şöbəsinin böyük təhqiqatçısı X2 tərəfindən "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialı (VOEN: **********) ("Filial") barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə istinad edən EP ******* saylı inzibati xəta haqqında Protokol tərtib edilmişdir. Protokolda iddia edilir ki, Filial xx.xx.2017-ci il tarixli **********5556 və **********5574 nömrəli, və xx.xx.2019-cu il tarixli **********9558 nömrəli ixrac bəyannamələri üzrə Azərbaycan Respublikasından kənara mallar ixrac etmişdir, lakin bu mallar müqabilində 8335.68 (səkkiz min üç yüz otuz beş ABŞ dolları altmış səkkiz sent) ABŞ dolları məbləğində valyuta vəsaitləri Filialın müvafiq bank hesabına köçürülməmişdir. Bakı Baş Gömrük İdarəsinin rəisinin birinci müavini Faiq Seyidov tərəfindən tərtib edilən xx.xx.2023-cü İİ tarixli raporta əsasən, Filial xx.xx.1997-ci il tarixli "Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydalarına" ("Qaydalar") uyğun olaraq həmin mallar müqabilində vəsaitləri mallar bəyan olduğu gündən 180 gün ərzində müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməli idi. xx.xx.2019-cu il tarixli AZ08.02.19 nömrəli satınalma sifarişinə əsasən Filial dəyəri 135 ABŞ dolları olan rfıalı Qazaxıstanda yerləşən Hydratight Limited şirkətinə təchiz etmişdir. Sözügedən sifarişə əsasən mal təmənnasız şəkildə Hydratight Limited şirkətinin mülkiyyətinə ötürülmüşdür. xx.xx.2017-ci il tarixli **********5556 və **********5574 nömrəli gömrük bəyannamələrinə gəldikdə isə, Filial X4 MMC ilə xx.xx.2017-ci İİ tarixli No AZE 2***-*******7 nömrəli müqavilə bağlamış və 8200.68 ABŞ dolları dəyərində malları ixrac etmişdir. Tərəflərin qarşılıqlı razılğı ilə AZ08.02.19 nömrəli satınalma sifarişində malın Qazaxıstanda yerləşən Hydratight Limited şirkətinə təmənnasız şəkildə təhvil verilməsi nəzərdə tutulmuşdur. Əlavə olaraq, Qaydaların 12.2-ci maddəsi 180 gün tələbini hüquqi və fiziki şəxslər tərəfindən konsiqnasiya yolu ilə ixrac edilən mallara şamil edir. Hydratight Limited Qazaxıstan şirkəti və X4 MMC ilə bağlanılan müqavilələr Azərbaycan Respublikasının Mülki Məcəlləsinin konsiqnasiya müqaviləsi üçün müəyyən etdiyi müddəalardan fərqlənirlər. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəllənin 837.1-ci maddəsinə əsasən konsiqnasiya anbarı haqqında müqavilə hər hansı sahibkara (tapşırana) malları (konsiqnasiya mallarını) müştərilərə tez çatdırmaq məqsədilə sənətkarlıq şəklində müstəqil fəaliyyətlə məşğul olan başqa şəxsin (tacirin) anbarında saxlamaq hüququ verir. Tacir konsiqnasiya mallarını saxlamağı öhdəsinə götürür və konsiqnasiya anbarı haqqında müqavilənin şərtlərinə əsasən bu mallara dair sərəncam vermək hüququna malikdir. Mülki Məcəllənin 840.1-ci maddəsinə uyğun olaraq tacir öz ticarət fəaliyyəti çərçivəsində saxlanca götürmüş olduğu mallardan sata bilər. Hydratight Limited Qazaxıstan şirkəti və X4 MMC ilə bağlanılan müqavilələrdən aydın görünür ki, qarşı tərəflərin malları saxlamaq və onları daha sonra satıb Filiala ödəniş etmək kimi öhdəliyi yoxdur. xx.xx.2017-ci il tarixli No AZE 2***-*******7 nömrəli müqavilənin ödəniş şərtlərinə əsasən, X4 MMC malları almadan öncə Filial ilə hesablaşma aparır. X4 MMC-yə təhvil verib. Filial tərəfindən xatırlatmalara baxmayaraq X4 MMC tərəfindən daha sonra heç bir ödəniş olunmamışdır. Filial xx.xx.2021-ci ildən fəaliyyətini dayandırmışdır və hal-hazırda fəaliyyət göstərən ofisi və işçisi yoxdur. Bu səbəbdən, ödənişin Filial hesabına qaytarılması prosesi ləngimiştir. Köçürülməli olan xarici valyuta vəsaitinin geri qaytarılmaması Filialdan asılı olmayan səbəblərdən baş vermişdir və bu halda Filialın təqsirsiz olduğunu nəzərə alaraq həmin vəsaitlərin qaytarılmamasına görə İnzibati Xətalar Məcəlləsinin 483cü maddəsi ilə Filial inzibati məsuliyyətə cəlb edilə bilməz. Son olaraq, valyuta vəsaitlərinin Filialın bank hesabına köçürülməməsi faktı Dövlət Gömrük Komitəsi əməkdaşları tərəfindən çoxdan aşkarlanması səbəbi ilə Filial müddətin keçməsi ilə əlaqədar inzibati məsuliyyətə cəlb edilə bilməz. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən gömrük qaydaları əleyhinə olan inzibati xətalara görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Bu müddət uzanan inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. Qaydaların 12.5-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası müvəkkil banklardan daxil olmuş məlumatlar və elektron gömrük xidmətindən əldə olunmuş məlumatlar əsasında ixrac olunan malların müqabilində vəsaitlərin müəyyən olunmuş müddətdə ixracatçının müvəkkil bankdakı hesabına köçürülmədiyini müəyyən etdiyi halda ixracatçı barədə qanunvericiliklə müəyyən edilmiş nəzarət və digər tədbirlərin görülməsi məqsədilə 2 (iki) iş günü müddətində Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə məlumat verir. Düşünürük ki, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası valyuta vəsaitlərinin Filialın bank hesabına köçürülməməsi faktını ixracın baş verdiyi, yəni 2017 və 2019-cu illərdə, aşkar etməli idi. Odur ki, İnzibati Xətalar Məcəlləsinin 53.1.1 və 53.1.6 maddələrinə əsasən Azərbaycan Respublikasının Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsi təhqiqat şöbəsinin böyük təhqiqatçısı X2 tərəfindən "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialı barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli EP ******* saylı inzibati xəta haqqında Protokol ləğv edilərək, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ”Haydratayt Opereyşns Limited” şirkətinin Azərbaycan Respublikasındakı filialının Azərbaycan Respublikasının İXM-nin 483-cü maddəsində nəzərdə tutulan əməli törətməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Gömrük əməliyyatları İdarəsinin rəisi tərəfindən tərtib edilmiş raportdan görünür ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi qaydaları”nın 12.2-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər. Belə ki, ixracatçı şirkətlər konsiqnasiya yolu ilə ixrac etdiyi malların müqabilində Köçürülən vəsaitin müvəkkil banklar tərəfindən portala köçürülməsini təmin etmək üçün müvafiq banka yönləndirilmişdir. "HAYDRATAYT OPEREYŞNS LİMİTED” ŞİRKƏTİNİN AZƏRBAYCAN RESPUBLİKASİNDAKİ FİLİALİ-na (VÖEN **********) bu barədə Xəbərdarlıq 1400- 012/0xx-xx/007120; xx.xx.2022) və Bildiriş (1400-012/0xx-xx/008426; xx.xx.2022) məktubları göndərilmişdir. X1 Sistemində, banklarla Dövlət Gömrük Komitəsi arasında olan “Forma 3.9.2.1” elektron hesabat sistemindən xx.xx.2022-ci il tarixində alınmış məlumata əsasən Şəxs ŞRKƏTİNİN AZƏRBAYCAN RESPUBLİKASİNDAKİ FİLİALİ xx.xx.2017-ci il tarixindən xx.xx.2022ci il tarixinə qədər rəsmiləşdirilən 3 gömrük bəyannaməsi üzrə 5335.68 ABŞ dolları məbləğində vəsait sözü gedən hesabatda öz əksini tapmamışdır. İş materiallarına əlavə edilmiş sənədlərə baxış keçirilməsi haqqında 07 aprel 2023-cü il tarixli protokoldan görünür ki, Baxış nəticəsində müəyyən edildi ki, hüquqi şəxs “Haydratayt Opereyşns Limited" şirkətinin Azərbaycan Respublikasındakı filialı ilə müxtəlif ölkələrdə fəaliyyət göstərən şirkətlər arasında bağlanılmış müqaviləyə istinad etməklə Bakı Baş Gömrük İdarəsində 3 gömrük bəyannaməsi ilə rəsmiləşdirmə aparıb 8335.68 ABŞ dolları dəyərində malları Azərbaycan Respublikasından müxtəlif ölkələrdə fəaliyyət göstərən şirkətlərə ixrac etmişdir. Lakin, qeyd olunan xarici iqtisadi fəaliyyət nəticəsində 8335.6 ABŞ dolları məbləğində pul vəsaiti Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq Azərbaycan Respublikasının müvəkkil edilmiş bankının hesabına məcburi qaydada köçürülməli olduğu halda köçürülmədiyi müəyyən edilmişdir. Beləliklə, baxış nəticəsində hüquqi “Haydratayt Opereyşns Limited" şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən Qazaxıstanda fəaliyyət göstərən müxtəlif ölkələrdə fəaliyyət göstərən şirkətlər arasında bağlanılmış AZE2***-*******7 nömrəli xx.xx.2017-ci il tarixli və AZ08.02.19 nömrəli xx.xx.2019-cu il tarixli müqavilələrə istinad etməklə ümumilikdə 3 (üç) gömrük bəyannaməsi üzrə xarici iqtisadi fəaliyyət nəticəsində 8335.6 ABŞ dolları məbləğində pul vəsaitinin Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq Azərbaycan Respublikasının müvəkkil edilmiş bankının hesabına məcburi qaydada köçürülməli olduğu halda köçürülmədiyi müəyyən edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, “Haydratayt Opereyşns Limited" şirkətinin Azərbaycan Respublikasındakı filialı (VÖEN: **********) tərəfindən xx.xx.2017-ci il tarixli **********5556 və **********5574 nömrəli və xx.xx.2019-cu il tarixli **********9558 nömrəli ixrac bəyannamələri üzrə Azərbaycan Respublikasından kənara mallar ixrac etmişdir. İşin faktiki hallarına və qanunvericiliyin müddəalarına əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şirkətinin Azərbaycan Respublikasındakı filialının inzibati məsuliyyətə cəlb edilməsi müddəti ötürülmüşdür. Məhkəmə hesab edir ki, İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində göstərilən inzibati məsuliyyətin yaranması üçün əsas xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərinin müəyyən edilmiş müddətdə xaricdən qaytarılmaması ilə şərtləndirilmişdir. Bu halda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmasıüzrə öhdəlik müddətinin bitdiyi gündən növbəti gün artıq inzibati xətanın törədildiyi gün kimi qəbul edilməlidir. İş materiallarından görünür ki, inzibati xətanın törədilməsi barədə protokol inzibati məsuliyətə cəlb edilmə müddəti ötüürülməklə tərtib edildiyində, Şəxs şirkətinin Azərbaycan Respublikasındakı filialına inzibati tənbeh verilə bilməz və iş üzrə icraata Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.6-cı maddəsinin tələbinə görə xitam verilməlidir. Azərbaycan Respublikasının İXM-nin 483-cü maddəsinə əsasən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə - inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Qeyd: Bu Məcəllənin 483-cü maddəsində “az miqdarda” dedikdə, iyirmi min manatadək olan məbləğ başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin şərh edilməsinə dair 17 may 2021-ci il tarixli qərarında müəyyən edilmişdir ki, "Bu əməl həmin şəxslər tərəfindən hərəkət və ya hərəkətsizliklə törədilə bilər. Eyni zamanda qeyd edilməlidir ki, müvəkkil banklara köçürülməli olan xarici valyuta vəsaitinin geri qaytarılmaması xarici iqtisadi fəaliyyətin subyektindən asılı olmayan səbəblərdən baş verdikdə, yəni subyektin hərəkət və ya hərəkətsizliyinin nəticəsi olmadıqda, şəxs təqsirsiz olduğundan həmin vəsaitlərin qaytarılmamasına görə İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilə bilməz..." "Bəzi hallarda hüquqi və fiziki şəxslərin ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin müvəkkil bankda olan hesablara köçürülməsi şəxsin iradəsindən asılı olmayan səbəblərdən (məsələn qarşı tərəfin öhdəliyi icra etməməsi və s.) baş tutmaya və ya qanunvericilikdə müəyyən edilmiş müddətdən daha çox zaman tələb edə bilər. Buna görə məhkəmə işin bu hallarını şəxsin təqsirini istisna edən əsas kimi qiymətləndirməlidir." Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1 və 430.4-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 19 dekabr 2019-cu il tarixli Qərarında qeyd edilmişdir ki, qanunverici inzibati tənbehin tətbiqinin müddətini müəyyən edərkən, ilk növbədə, inzibati xətanın aşkar edilməsi və müvafiq icraatın aparılması meyarlarından çıxış edir. Digər tərəfdən, inzibati tənbeh vermə müddətinin üç ay müəyyən edilməsi onunla izah olunur ki, qanunverici “prosessual qənaət” prinsipinə əsaslanaraq məhkəmə prosesinin əsassız olaraq uzadılmasının qarşısını almış olur. Belə yanaşma işlərə ağlabatan müddətlərdə baxılması prinsipinin və son nəticədə ədalətli məhkəmə araşdırmasının təmin edilməsinə xidmət edir. Bu, öz növbəsində, inzibati xətalar qanunvericiliyinin prinsiplərinə də uyğundur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsində qeyd edilir ki, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Həmin Məcəllənin 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam barədə qərar qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, inzibati xətanın törədildiyi gündən 2 ildən artıq müddət keçdiyindən Şəxs şirkətinin Azərbaycan Respublikasındakı filialına inzibati tənbeh verilə bilməz. Ona görə də Şəxs şirkətinin Azərbaycan Respublikasındakı filialının barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38, 40, 43, 53, 114-115, 128-130 və 483-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs şirkətinin Azərbaycan Respublikasındakı filialının barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bir başa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Günel Səmədova
Məhkəmə qərarları › İş №3(009)-895/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-895/2023
31.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver