Məhkəmə qərarları › İş №3(009)-896/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №3(009)-896/2021

19.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(009)-896/2021 19.04.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Qafarova Rəna Nazim qızı, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə inzibati xəta haqqında protokol baxılması üçün məhkəməyə təqdim edilmişdir. Təqdim edilmiş materialları araşdıraraq hesab edir ki, protokol düzgün tərtib edilməmiş, təqdim edilmiş materiallar natamamdır və işə baxılarkən tamamlanması mümkün deyildir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında protokolda olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı göstərilir. İnzibati xəta haqqında materiala əlavə edilmiş Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin təhqiqatçısı polis baş leytenantı X1 cinayət işinin başlanmasının rədd edilməsi barədə xx xxxxx 2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, xx.xx.2021-ci il tarixdə ünvan 2 ünvanında yaşayan X2 9-cu PB-nə ərizə ilə müraciət edərək, xx.xx.2021 ci il tarixdə Bakı şəhəri Səbail rayonunda yaşadığı evin çöl hissəsində qoyduğu özünə məxsus olan 140 manat dəyərində bir cüt ayaqqabısının naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanması, tapılmasında ona köməklik göstərilməsini xahiş etmişdir. Lakin Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin sahə inspektoru Azər Aslanlı tərəfindən xx xxxxx 2021-ci il tarixdə tərtib edilmiş MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokolda zərərçəkmiş şəxs barədə hər hansı məlumat qeyd edilməmişdir. Beləliklə, zərərçəkmiş şəxs inzibati xəta haqqında protokolda göstərilmədiyindən, inzibati xəta haqqında protokol onu tərtib etmiş orqana qaytarılmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Şərh olunanlara əsasən və İnzibati Xətalar Məcəlləsinin 106, 109-cu maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol və əlavə edilmiş sənədlər Bakı şəhər Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar