Məhkəmə qərarları › İş №3(009)-896/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-896/2023

31.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-896/2023 31.05.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı, gömrük xidməti kapitanı Nümayəndə2, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs QSC -nin nümayəndəsi və vəkili Vəkil İlham oğlunun iştirakları ilə, Şəxs QSC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs QSC-nin Azərbaycan Respublikası İXM-nin 505-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş 02 may 2023cü il tarixli 00100-01118/** EP ***3897 saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Bakı Baş Gömrük İdarəsinin Gömrük prosedurları və ödənişləri şöbəsindən daxil olmuş 34/012/011406 saylı xx.xx.2023-cü il tarixli raporta əsasən, Şəxs QSC -nin (VÖEN: **********) ünvanına Böyük Britaniyanın “Vikoma international LTD” şirkətindən 53AG061/53DC668 nömrə nişanlı nəqliyyat vasitəsilə gətirilən, SÖ- 0001839 nömrəli xx.xx.2023- cü il tarixli invoys sənədi müşayiət edilən və **********8661 sorğu nömrəli xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsi ilə bəyan edilən malların rəsmiləşdirilməsi zamanı XİFMN üzrə kodunun müəyyənləşdirilməsi məqsədi ilə X3 İdarəsinə müraciət edilmiş, həmin İdarədən daxil olmuş 2200-012/0xx-xx/002303 saylı xx.xx.2023-cü il tarixli cavab məktubuna əsasən ekspertizanın aparılması və sənədlərin araşdırılması nəticəsində müəyyən olunmuşdur ki, Şəxs QSC-nin ünvanına SO-0001839 nömrəli xx.xx.2023-cü il tarixli invoys sənədi üzrə idxal edilən yük neft sənayesində istifadə olunan çirkab suların yığılması üçün həcmi 10000 İ olan plastik materialdan tutumdur və XİFMN-ə görə ********** alt yarımmövqeyində sinifləşdirilir. Belə olan halda **********8661 sorğu nömrəli xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsinin mal mövqeyində bəyan edilmiş yüklərə görə Şəxs QSC (VÖEN: **********) tərəfindən əlavə ödəniləcək gömrük ödənişlərinin məbləği: idxal gömrük rüsumu üzrə 5965.9 AZN, ƏDV üzrə 1073 azn, elektron gömrük xidməti haqqı üzrə 30 azn, elektron gömrük xidməti üzrə ƏDV 5.4 azn, ümumilikdə 7043.3 manat təşkil edir. Bununla da. X3 İdarəsinin rəyinə əsasən SO-0001839 nömrəli xx.xx.2023-cü il tarixli invoys sənədi üzrə idxal edilən malların Şəxs QSC (VÖEN: **********) tərəfindən **********8661 sorğu nömrəli xx.xx.2023-cü il tarixli gömrük bəyannaməs ndə bəyan edilən XİFMN üzrə ********** kod altında deyil, XİFMN üzrə ********** kod altında sinifləşdirildiyi təqdirdə Şəxs QSC -nin (VÖEN: **********) idxal gömrük rüsumu üzrə 5965.9 AZN, ƏDV üzrə 1073 azn, elektron gömrük xidməti haqqı üzrə 30 azn, elektron gömrük xidməti üzrə ƏDV 5.4 azn, ümumilikdə 7043.3 manat məbləğində əlavə gömrük ödənişlərinə cəlb edilməli olduğu müəyyən edilmişdir. Beləliklə də araşdırma zamanı müəyyən edilmişdir ki, Şəxs QSC (VÖEN: 170080722' **********8661 sorğu nömrəli xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsi üzrə ümumilikdə 7043.3 manat məbləğində gömrük ödənişlərinin ödənilməsindən yayınmışdır. **********7701 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi üzrə 3583.75 manat məbləğində gömrük ödənişlərinin ödənilməsindən yayınma faktına görə Şəxs QSC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəs ə xx.xx.2022-ci il tarixdə 00100-1989/22 saylı iş üzrə icraat başlanılmışdır, ilk dəfə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə nəzərdə tutulan inziba: xətar törətmiş hüquqi şəxs Şəxs QSC (VÖEN: **********) barəsində 00100- 1989/22 saylı iş üzrə icraata vurulmuş ziyanın tamamilə ödənilməsi ilə əlaqədar həmin maddənin Qeyd hissəsinin 2-ci bəndinə əsasən 00100/1983 nömrəli xx.xx.2022-ci il tarixli Qərarla xitam verilmişdir. Beləliklə də, şəxsin ilk dəfə inzibati xəta törətmiş şəxs hesab edilməsi və inzibati məsuliyyətə cəlb edilməmiş sayılması üçün tələb olunan 1 il müddət keçmədən yenidən şirkət gömrük ödənişlərinin ödənilməsindən yayınmışdır. Nəticədə Şəxs QSC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən protokol tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin nümayəndəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı, gömrük xidməti kapitanı Nümayəndə2 protokolu müdafiə edərək, Şəxs QSC-nin Azərbaycan Respublikasının İXM-nin 505ci maddəsində nəzərdə tutulan əməli törətdiyini, əgər Şəxs QSC-nin idxal edilmiş malların hansı kod altında sinifləşdirildiyi barədə şübhəsi və tərəddüdü olduğu təqdirdə gömrük labarotoriyasına müraciət edərək bunu dəqiqləşdirmək imkanı olduğunu bildirərək, bununla belə Şəxs QSC-nin ərizəsi əsasında hüquqi şəxsin əlavə maddi ziyanının qarşısının alınması məqsədilə Şəxs QSC tərəfindən müvafiq ödənişlər ödənildikdən sonra malların Gömrük anbarından çıxarılmasın şərait yaradılmışdır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs QSC -nin nümayəndəsi və vəkili Vəkil İlham oğlu protokola etiraz edərək, bildirmişdir ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli, SO-0001839 nömrəli İnvoys sənədindən aydın olur ki, ümumi çəkisi 298 kq olan 2.7 m3 mallar Böyük Britaniyanın “Vikoma İnternational” LDT şirkəti tərəfindən "xxxx" QSC-yə verilmək üçün 53AG061/53DC668 nömrə nişanlı nəqliyyat vasitəsi ilə Azərbaycan Respublikasına çatdırılmışdır. Eyni zamanda, gömrük bəyannaməsinin tərtib edilməsi üçün təqdim edilmiş invoysda malın beynəlxalq kodu ********** kimi müəyyən edilmişdir. Bunun əsasında gömrük bəyannaməsini tərtib edən "xxxx" QSC malın beynəlxalq koduna uyğun olaraq “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”nə (XİFMN) uyğun şəkildə invoysda qeyd olunan kodu bəyannamədə qeyd etmişdir. İş materiallarında olan X2 görünür ki, mallar ********** kod altında Böyük Britaniyadan Azərbaycan Respublikasına idxal edilmək üçün ixrac edilmişdir. Beləliklə, gömrük məqsədləri üçün təqdim edilmiş invoys və ixrac bəyannaməsində qeyd edilən məlumatlar əsasında "xxxx" QSC nəzərdə tutulmuş malın dəyərinə, çəkisinə və digər xarakterik cəhətinə uyğun olaraq həmin sənədlərdə qeyd edilmiş kod əsasında **********7701 sorğu nömrəli, xx.xx.2022-ci il tarixli bəyannaməni gömrük orqanına bəyan etmək üçün təqdim etmişdir. Yuxarıda qeyd olunanlardan belə nəticə hasil olur ki, "xxxx" QSC tərəfindən tərtib edilmiş gömrük bəyannaməsi gömrük ödənişindən yayınmaq məqsədi daşımamış, ona təqdim edilmiş invoys və ixrac bəyannaməsində nəzərdə tutulmuş məlumatlar əsasında nomenklatura kodu (**********) qeyd edilərək, bəyan edilmişdir. Onu da qeyd etmək lazımdır ki, gömrük orqanları tərəfindən aparılan malların nomenklatura kodunun araşdırılması zamanı "xxxx" QSC-yə təkif edilən nomenklatura üzrə idxal gömrük rüsumu və əlavə dəyər vergisi dərhal, protokol tərtib edilmədən öncə ödənilmişdir. Belə olan halda aydın olur ki, barəsində protokol tərtib edilən Şəxs QSC tərəfindən gömrük ödənişindən yayınma məqsədi olmamış, gömrük ödənişindən yayınma məqsədilə səhv məlumat təqdim edilməmiş, ona təqdim edilmiş invoys və ixrac bəyannaməsi əsasında bəyannamə tərtib edilmiş, sonradan araşdırmanın nəticəsinə uyğun olaraq ona bildirilən icbari ödənişləri dərhal həyata keçirmişdir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (İXM) 12-ci maddəsinə əsasən, inzibati xəta dedikdə bu məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli saydan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Göründüyü kimi, əməlin inzibati xəta hesab edilməsi üçün onun bir sıra elementləri özündə əks etdirməsi zəruridir. İlk növbədə, əməlin inzibati xəta hesab edilməsi üçün mövcud ictimai münasibətləri pozmağa yönəlik əlamətləri özündə əks etdirməsi vacibdir. Yəni törədilən əməl nəticəsində müəyyən ictimai münasibət üçün əhəmiyyətli təhlükə yaranmalıdır. Digər bir məqam isə, məhz hüquqi və ya fiziki şəxsin ictimai münasibətləri pozmağa yönəlmiş niyyətinin olub-olmamasıdır. Niyyət o zaman mövcud olur ki, planlaşdırılmış şəkildə və israrlı olaraq hər hansı bir əməlin baş verilməsi üçün daimi olaraq aktiv və ya passiv bir hərəkət həyata keçirilir. Xətanın əsas əlaməti olan subyektiv tərkibin mövcudluğu üçün Cəmiyyət gömrük ödənişinindən yayındığını bilməli, bunu arzulamalı və könüllü şəkildə xətanı törətməlidir. Lakin yuxarıda göstərilən işin hallarından aydındır ki, Cəmiyyətin belə bir niyyəti mövcud olmamışdır. “İOSC LTD" QSC tərəfindən gömrük bəyannaməsi bəyan edilən zaman hər hansı ictimai maraq, yaxud münasibəti pozmağa yönəlmiş niyyət və ya maraq, həmçinin belə bir əməl nəticəsində ictimai münasibətləri pozan təhlükə mövcud olmamışdır. İnzibati tənbehin məqsədləri şəxsləri qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaqdır. Nəzərə alınsa ki, hələ Protokol tərtib edilməmiş, Cəmiyyət tərəfindən müvafiq ödənişlər həyata keçirilmişdi, həmin Protokol əsasında inzibati tənbehin tətbiq edilməsi inzibati tənbeh anlayışının məqsədləri ilə, o cümlədən insan və vətəndaş hüquq və azadlıqları, şəxslərin iqtisadi maraqları, ictimai qayda və ictimai təhlükəsizlik, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarət olan inzibati qanunvericiliyin vəzifələri ilə də ziddiyyət təşkil edəcəkdir. Sadalananlara əsasən, Şəxs QSC barəsində İXM-in 505-ci maddəsi əsasında inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs QSC-nin Azərbaycan Respublikasının İXM-nin 505-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarına əlavə edilmiş Gömrük prosedurları və ödənişləri şöbəsinin rəisi tərəfindən tərtib edilmiş raportdan görünür ki, Şəxs QSC-nin (**********) ünvanına 53AG061/53DC668 nömrəli nəqliyyat vasitəsi ilə SO-0001839 nömrəli, 25.01,2023-cü il tarixli invoys sənədi ilə daxil olmuş yüklər **********8661 sorğu nömrəli xx.xx.2023-ci il tarixli gömrük bəyannaməsi ilə gömrük orqanına bəyan edilmişdir. Sözügedən gömrük bəyannaməsi üzrə bəyan edilmiş mallara dair mal müşayiət sənədlərinin düzgünlüyünün araşdırılması zamanı XİF MN üzrə hansı kod altında sinifləşdirildiyinin müəyyən edilməsi məqsədilə X3 İdarəsinə müraciət olunmuş, həmin İdarədən 2200-012/0xx-xx/002303 saylı, xx.xx.2023-ci il tarixli məktubuna əsasən malın XİFMN üzrə ********** alt yarımmğvqeyində 15% gömrük rüsumu dərəcəsində sinifləşdirildiyi məlum olmuşdur.**********8661 sorğu nömrəli xx.xx.2023-ci il tarixli gömrük bəyannaməsində bəyan edilmiş malların XİFMN kodu dəyişdiyi təqdirdə Şəxs QSC tərəfindən əlavə ödəniləcək gömrük ödənişlərinin məbləği: idxal gömrük rüsumu üzrə 5965.9 azn, ƏDV üzrə 1073 azn, elektron gömrük xidməti haqqı üzrə 30.00 azn, elektron gömrük xidməti üzrə ƏDV 5.40 azn təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin X3 İdarəsinin Ekspert rəyindən görünür ki, Şəxs QSC-nin ünvanına SO-0001839 nömrəli xx.xx.2023-cü il tarixli invoys sənədi üzrə idxal edilən yük neft sənayesində istifadə olunan çirkab suların yığılması üçün həcmi 10000 L olan plastik materialdan tutum olub, XİFMN-ə görə 3925 10 000 0 alt yarımmövqeyində sinifləşdirilir. İş materiallarında olan Şəxs QSC-nin nümayəndəsi X1 xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs QSC -nin (VÖEN: **********) ünvanına Böyük Britaniyanın “Vikoma international LTD” şirkətindən 53AG061/53DC668 nömrə nişanlı nəqliyyat vasitəsilə daxil olmuş yük Bakı Baş Gömrük İdarəsində **********8661 sorğu nömrəli xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmişdir. Malların rəsmiləşdirilməsi həyata keçirilən zaman X3 İdarəsinə müraciət edildikdən sonra yüklərin bəyan edildiyi kimi deyil, digər kod altında sinifləşdirildiyi məlum olmuşdur. Malların kodunu yanlış bəyan etdikləri faktı ilə razıdırlar. Kodun fərqli olması nəticəsində yaranmış əlavə gömrük ödənişlərini şirkət olaraq ödəməyə hazırdırlar. Bununla bağlı köməklik göstərilməsini xahiş etmişdir. İş materiallarında olan Bakı Baş Gömrük İdarəsinin 00100/1983 nömrəli xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərarından görünür ki, xx.xx.2022-ci il tarixdə **********7701 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş mallara münasibətdə 3583.75 AZN məbləğində gömrük ödənişlərinin ödənilməsindən yayınma faktına görə Şəxs QSC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə 00100/1983 saylı iş üzrə icraata vurulmuş ziyanın tamamilə ödənilməsi ilə əlaqədar həmin maddənin Qeyd hissəsinin 2-ci bəndi yə İnzibati Xətalar Məcəlləsinin 53.0.10-cu maddəsinə əsasən xitam verilmişdir. İş materialları ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsində barəsində icraat aparılan Şəxs QSC-nin nümayəndəsi X1 izahatı alınmış, o, izahatında SO-0001839 nömrəli xx.xx.2023-cü il tarixli invoys sənədində qeyd edilən kodu **********8661 sorğu nömrəli xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsində qeyd etdiklərini, idxai edilən malların gömrük ekspertizası keçirildikdən sonra malın kodunu düzgün göstərmədiklərinin aşkar edildiyini, ekspertin qərarı ilə razı olduqlarını, malların kodunun düzgün göstərilməməsi nəticəsində yaranmış əlavə gömrük ödənişlərini ödəməyə hazır olduqlarını bildirmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs QSC-nin Azərbaycan Respublikasının İXM-nin 505-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsiri tam sübuta yetirilir. Odur ki, barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsinə əsasən Gömrük ödənişlərini (borcunu) ödəməkdən yayınmağa görə, bu az miqdarda olduqda - ödənilməli olan gömrük ödənişlərinin məbləğinin yetmiş faizindən yüz əlli faizinədək məbləğdə cərimə edilir. Məhkəmə qeyd edir ki, maddi tərkibli inzibati xətanın əsas əlaməti zərərli nəticənin baş verməsidir. İş materialları ilə müəyyən olunur ki, Şəxs QSC 7043.3 (yeddi min qırx üç manat otuz qəpik) AZN məbləğində gömrük ödənişlərinin ödənilməsindən yayınmaqla, dövlət büdcəsinə ziyan vurmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsinin qeyd hissəsinə əsasən həmin maddədə nəzərdə tutulmuş əməli ilk dəfə törətmiş şəxs inzibati xəta nəticəsində vurulmuş ziyanı tamamilə ödədikdə inzibati məsuliyyətdən azad olunur. Belə olan halda məhkəmə qeyd edir ki, Şəxs QSC barəsində əvvəllər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verildiyindən, təkrarən həmin maddə üzrə Şəxs QSC tərəfindən vurulmuş zərərin aradan qaldırılması onun inzibati məsuliyətini istisna etmir və həmin əsasla iş üzrə icraata xitam verilə bilməz. Beləliklə, məhkəmə iş üzrə sübutları qiymətləndirərək və yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, Şəxs QSC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə təqsirli bilinməli və hüquqi şəxs qismində həmin maddənin sanksiyasında nəzərdə tutulan ödənilməli olan gömrük ödənişlərinin məbləğinin 70 (yetmiş) faizi məbləğində cərimə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 18, 40, 43, 114-115 və 505-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs QSC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və hüquqi şəxs qismində ödənilməli olan 7043.3 (yeddi min qırx üç manat otuz qəpik) AZN gömrük ödənişlərinin məbləğinin 70 (yetmiş) faizi məbləğdə, yəni 4930 AZN (dörd min doqquz yüz otuz) manat məbləğində inzibati cərimə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bir başa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar