Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-897/2022 03.06.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi və vəkili X1 iştirakı ilə, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib edilmiş 16 May 2022-ci il tarixli EP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC 23000.00 ABŞ dolları məbləğində vəsaiti 23 Aprel 2020-cu il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 23000.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta 24 Aprel 2022-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi və vəkili X4 protokola etiraz edərək bildirmişdir ki, Şəxs MMC barəsində İXM-nin 430.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında işə İXM-nin 53-cü maddəsinə əsasən (inzibati xəta hadisəsinin baş verməməsi əsası ilə) xitam verilməlidir. İlk öncə 15.04.2020-ci il tarixində Şəxs MMC ilə “NC THAİ İNTERNATİONAL TRADİNG CO LTD” arasında SO/002/2020 nömrəli müqavilə bağlanmışdır. Həmin müqavilənin dəyəri 23000 ABŞ dolları təşkil etmişdir və bu müqaviləyə görə 100 faiz müqavilənin dəyəri ödənilməklə COVİD 19 pandemiyasına görə ölkəyə tibbi maskalar alınıb gətirilməli idi. Belə ki, həmin malın sifarişi “BOS SHELF LLC” adlı təşkilatın məhz Şəxs MMC ilə bağladığı 5614/2020 nömrəli PO sazişinə əsasən həyata keçirilmişdir. 15.04.2020-ci il tarixində Şəxs MMC ilə “NC THAİ İNTERNATİONAL TRADİNG CO LTD” arasında bağlanmış SO/002/2020 nömrəli müqavilədə sifariş olunan malın İnvoice nömrəsinə də istinad edilmiş və həmin nömrə 154S20 kimi qeyd edilmişdir. Məhz həmin müqaviləyə, sazişə və invoice əsasən 20 may 2020-ci il tarixində **********4214 nömrəli X3 əsasən 23000 ABŞ dolları dəyərində olan tibbi maska adlı mallar ölkəyə idxal edilmişdir. Belə ki, **********4214 nömrəli X2 məzmunundan də görünür ki, həmin mallar məhz Şəxs MMC-nin tapşırığına əsasən “NC THAİ İNTERNATİONAL TRADİNG CO LTD” şirkətindən alınaraq “BOS SHELF LLC” adlı təşkilat üçün ölkəyə idxal edilmişdir. Bu faktı bütün rəsmi sənədlər təsdiq edir. Bundan başqa istinad edilən **********4214 nömrəli X2 44 (təqdim olunan sənədlər) qrafasmda aparılmış 4999-PO 5614/2020 nömrəli sazişin qeydindən və 8001-154S20 invoice nömrəli qeyddən görünür ki, həmin bəyan edilən mal məhz 15.04.2020-ci il tarixində Şəxs MMC ilə “NC THAİ İNTERNATİONAL TRADİNG CO LTD” arasında bağlanmış müqaviləyə və “BOS SHELF LLC” adlı təşkilatın məhz Şəxs MMC ilə bağladığı 5614/2020 nömrəli PO sazişinə əsasən həyata keçirilmişdir. Odur ki, hazırda inzibati xəta haqqında protokolda Abşeron Catering and Services” MMC tərəfindən 23.000 ABŞ dolları məbləğində vəsaitin xaricə köçürdükdən sonra 2 il müddət keçsədə həmin vəsait məbləğində alınan malların ölkəyə idxal edilməməsinin qeyd edilməsi tamamilə yanlışdır. Üstəlik, Azərbaycan Respublikası Prezidentinin 02 noyabr 2017-ci il tarixli 1654 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İdxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların siyahısı”nda dəyişiklik edilməsi haqqında 27 mart 2020-ci il tarixli 974 nömrəli Fərmanına əsasən ********** kod adı altında qeyd edilmiş Tibbi (cərrahiyyə əməliyyatı və prosedur üçün) maskalar və respiratorlar əlavə dəyər vergisindən azaddırlar. Göründüyü kimi Şəxs MMC-nin əməlində İXM-nin 430.4-cü maddəsinin tərkib əlamətləri yoxdur. Odur ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Şəxs MMC barəsində İXM-nin 430.4-cü maddəsi ilə inzibati xətanın törədilməsi barədə tərtib edilmiş inzibati xəta haqqında protokol əsassızdır. Ona görə də həmin protokol əsasında Şəxs MMC barəsində İXM-nin 430.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada məlumat verilməsinə baxmayaraq, protokol tərtib etmiş orqanın nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə işə inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati iş üzrə materialda olan və məhkəmə iclasında araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsinə əsasən Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə- vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması” Qaydalarının 4.3.1.3-cü maddəsinə əsasən qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. İş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin Azərbaycan Respublikasının Mərkəzi Bankına ünvanlanmış məktubundan görünür ki, Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydalarının 4.3.1.3 bəndinə müvafiq olaraq 23.04.2020-ci il, 24.04.2020-ci il və 30.04.2020-ci il tarixlərində Azərbaycan Respublikasından kənara qabaqcadan aparılmış ödəniş müqabilində malların (xidmətlərin) idxalını təsdiq edən sənədlərini təqdim etməyən müştərilərin adlarını və köçürməyə aid bütün təsdiqedici sənədləri Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. İş materiallarına əlavə edilmiş 23.04.2020-ci il tarixli ödəniş tapşırığından görünür ki, 15.04.2020-ci il tarixli SO/002/2020 saylı müqavilə və 154S20,PO saylı və 5614/2020 saylı invoice əsasında Şəxs MMC tərəfindən 23000.00 ABŞ dolları məbləğində vəsait “NC THAİ İNTERNATİONAL TRADİNG CO” LTD-nin bank hesabına köçürülmüşdür. İş materiallarına əlavə edilmiş 20 may 2020-ci il tarixli **********4214 nömrəli gömrük bəyannaməsindən görünür ki, 23000 ABŞ dolları dəyərində olan tibbi maska adlı mallar ölkəyə idxal edilmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC tərəfindən 23 Aprel 2020-ci il tarixdə xaricə köçürülmüş 23000 ABŞ dolları məbləğində vəsait hesabına xidmətin göstərilməsi təqdim edilmiş gömrük bəyannamələri ilə sübuta yetirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 11.2-ci maddəsinə əsasən inzibati xətalara görə məsuliyyəti yüngülləşdirən və ya onu aradan qaldıran normativ hüquqi aktların geriyə qüvvəsi vardır, yəni həmin aktlar onların qüvvəyə mindiyi vaxtadək törədilmiş, həmçinin inzibati tənbeh tətbiq etmə haqqında qərarı tam icra olunmamış xətalara da şamil edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Həmin Məcəllənin 53.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda; inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53,115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10(on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Səmədova
Məhkəmə qərarları › İş №3(009)-897/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-897/2022
03.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver