Məhkəmə qərarları › İş №3(009)-898/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-898/2024

05.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-898/2024 05.04.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əzizli Əziz Seyfulla oğlunun katibliyi, Bakı şəhər Səbail Rayon İcra şöbəsinin icra məmuru X5, zərərçəkmiş X3, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakları ilə, xx.xx.1991-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, Səbail rayonu, 5-ci ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Səbail rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Səbail rayon İcra Şöbəsinin icra məmuru X9 tərəfindən Şəki rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-252/2019 nömrəli, xx.xx.2019-cu il tarixli və Səbail rayon Məhkəməsi tərəfindən verilmiş 2(009)-2365/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədləri üzrə tələbi icra etməyən Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında MN ******* saylı protokoldan görünür ki, Şəki rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-252/2019 nömrəli, xx.xx.2019-cu il tarixli və Səbail rayon Məhkəməsi tərəfindən verilmiş 2(009)-2365/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədlərini üzürlü səbəb olmadan icra etməmişdir. Səbail rayon Məhkəməsinin 2(009)- 2365/2020 saylı, xx.xx.2020-ci il tarixli cavabdeh Şəxs yetkinlik yaşına çatmayan 20 yanvar 2014-cü il təvəllüdlü X8 və 28 iyun 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün alimentin məbləği artırılmalı, cavabdehdən hər ay hər bir uşağa 150 manat olmaqla, ümumilikdə 300 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X4 verilməlidir. İcra sənədi xx.xx.2023-cü il tarixdə şöbənin icraatına daxil olmuş, müvafiq qərarla icraata başlanılmış, icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası ilə bağlı bildiriş borcluya, məlumat üçün isə tərəflərə göndərilmişdir. Şəki rayon Məhkəməsinin 2(075)-252/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən xx.xx.2014-cü il təvəllüdlü X8 və xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün iddiaçı Şəxs hər ay hər bir uşaq üçün sabit pul məbləğində 120 manat olmaqla cəmi 240 manat məbləğində aliment tutularaq cavabdeh X4 verilməlidir. Tələbkar xx.xx.2023-cü il tarixdə şöbəyə ərizə ilə müraciət edərək borclu Şəxs qarşı aliment tələbinin olmadığını və icra sənədinin icra olunmadan məhkəməyə qaytarılmasını xahiş etmişdir. İcra sənədi "İcra Haqqında" Azərbaycan Respublikası Qanununun 23.1.1-ci maddəsinə əsasən məhkəməyə geri qaytarılmışdır. Daha sonra tələbkar yenidən məhkəməyə müraciət edərək icra sənədinin yenidən icraya yönəldilməsini xahiş etmişdir. İcra sənədi xx.xx.2024-cü il tarixdə şöbənin icraatına daxil olmuş, müvafiq qərarla icraata başlanılmış, icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası ilə bağlı bildiriş borcluya, məlumat üçün isə tərəflərə göndərilmişdir. İcra sənədləri bir icraatda birləşdirilmişdir. İcra sənədi üzrə tələb borclu Şəxs tərəfindən icra edilmədiyindən onun qeydiyyatda olduğu Bakı şəhəri, Səbail rayonu, 5-ci ünvan 2 ünvanda tapmaq mümkün olmamış və bu barədə tərəfimizdən müvafiq akt tərtib edilmişdir. Borclunun yaşadığı yerin müəyyən edilməsi məqsədi ilə onun barəsində xx.xx.2023-cü il tarixdə axtarış qərar qəbul edilərək icra olunması üçün aidiyyəti üzrə Səbail rayon Polis İdarəsinə göndərilmişdir. Borclu Şəxs xx.xx.2024-cü il tarixdə Səbail rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq şöbəyə təhvil verilmişdir. O, şöbədə olarakən izahatı alınmış, izahatında bugünədək X3 xeyrinə 10000 (on min) manat aliment ödənişi etdiyini bildirmiş, həmçinin X3 şöbəyə gələrək ona aliment borcunun olmadığı barədə ərizə təqdim etdiyini qeyd etmişdir. Daha sonra sentyabr ayından etibarən alimentin yenidən bərpa olunduğunu və 300 manat məbləğində aliment ödənişlərini ödədiyini bildirmiş və ödənişlə bağlı müvafiq qəbzləri təqdim etmişdir. X1 isə öz növbəsində sözügedən tarixdə şöbəydə ərizə yazaraq borclunun hər iki icra sənədi üzrə bugündək ümumilikdə 11849 manat ödənilməmiş aliment borcunun yarandığını qeyd etmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhər Səbail Rayon İcra şöbəsinin icra məmuru X9 bildirmişdir ki, Şəki rayon Məhkəməsinin xx.xx.2019-cü il tarixli qərarına əsasən ümumilikdə 240 manat sabit pul məbləğində aliment tutularaq Şəxs tutularaq Şahbazova Günaya verilməsi qərarı alınmışdır. Lakin, sonra xx.xx.2021-ci il tarixli qərara əsasən aliment artırılaraq ümumlikdə 300 (üç yüz) manat sabit pul məbləğində aliment Şəxs tutularaq X4 verilməsi haqqında qərar qəbul edilmişdir. xx.xx.2023-cü ildə X7 ərizə ilə müraciət edərək bildirmişdir ki, Şəxs qarşı heç bir aliment tələbi yoxdur, onunla barışmışdır, hal-hazırda bir yerdə yaşayırlar. Bir müddət sonra yenidən müraciət edərək, Şəxs alimenti ödəmədiyini bildirmişdir. Borclu izahatında işsiz olduğunu, alimentin müəyyən hissəsini ödədiyini qalan hissəni isə bir dəfəyə ödəyə bilmədiyini qeyd etmişdir. Ərizə yazılan müddətdə olan borcu isə borclu Şəxs qəbul etmir, bildirir ki, Şahbazova Günay həmin vaxt barışıq ərizəsi yazmışdır. Odur ki, Şəxs barəsində qanunvericiliyin tələblərinə uyğun tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs (borclu) Şəxs izahatında alimenti vaxtı-vaxtında ödədiyini, ödəniş qəbzlərinin mövcud olduğunu bidirmişdir. Zərərçəkmiş (tələbkar) xx.xx.2024-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək borclu ilə öz aralarında razılığa gəldiklərini, iki günə 1260 manat aliment borcunun ödəyəcəyinə söz verdiyi üçün hal-hazırda Şəxs şikayətçi olmadığını bildirmişdir. Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Məhkəmə hesab edir ki, Şəxs icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi və ya icra sənədini qərəzli olaraq üzrsüz səbəbdən icra etməməsi faktı mövcud deyil. Belə ki, işin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən müəyyən edilir ki, barəsində inzibati iş üzrə icraat aparılan Şəxs əməlində inzibati xəta tərkibi olmamışdır. İnzibati xəta tərkibinin yaranması üçün zəruri olan 4 zəruri elementdən biri olan subyektiv cəhət şəxsin əməlində yoxdur. Yəni, məhkəmə qərarının icra edilməməsinə Şəxs münasibəti qərəzli olmamışdır. Belə olan halda, konkret müəyyənləşdirilməmiş hansısa qeyri-müəyyən hərəkətin edilməməsinə görə şəxsin barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilməsi də qanunsuzdur. Təsvir olunanlardan görünür ki, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi yoxdur. Azərbaycan Respublikasının İXM-nin 53.0.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, barəsində inzibati xəta iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 43, 53, 114- 115, 128, 130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar