Məhkəmə qərarları › İş №3(009)-9/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-9/2022

22.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-9/2022 22.04.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi ilə, Şəxs MMC-nin qanuni təmsilçisi (direktoru) Qanuni nümayəndə iştirakı ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 505-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş 04 oktyabr 2021-ci il tarixli 00100-1901/21 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar baxılması üçün Səbail Rayon məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan 'BMS Konstrakşn” MMC-nin ünvanına Türkiyə Respublikasının “Haqer Elektrik Ticaret Limited” şirkətindən 34GR8160/34ZL7792 nömrə nişanlı yük avtomaşınında HG**********0713 nömrəli 08.09.2021-ci il tarixli invoys sənədi ilə daxil olmuş mallar Bakı Baş Gömrük idarəsində **********5846 sorğu nömrəli 16.09.2021-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmişdir. Sözügedən gömrük bəyannaməsi ilə bəyan edilmiş mallara dair təqdim edilmiş mal-müşayiət sənədlərinin düzgünlüyünün araşdırılması zamanı XİFMN üzrə **********, ********** kodlar altında “5” % gömrük rüsumu dərəcəsi ilə bəyan edilmiş malların XİFMN üzrə hansı kod altında sinifləşdirildiyinin müəyyən edilməsi məgsədi ilə X2 İdarəsinə 1400-012/004-25/006073 nömrəli 17.09.2021-ci il tarixli məktubla müraciət olunmuş, həmin idarədən Bakı Baş Gömrük İdarəsinə göndərilmiş 2200-017/003-25/004717 nömrəli 24.09.2021-ci il tarixli cavab məktubuna əsasən ekspertizanın aparılması və sənədlərin araşdırılması nəticəsində müəyyən olunmuşdur ki, Şəxs MMC-nin ünvanına HG0202100Ö000713 nömrəli 08.09.2021-ci il tarixli invoys sənədinin 1, 5-7, 9- 17, 20-ci mövqeləri üzrə idxal olunan yük XİFMN-ə görə HG**********0713 nömrəli invoysun 1, 5, 6, 7, 20-ci mövqeləri üzrə Hager” markalı rozetkalar üçün plastikdən çərçivələr XİF MN üzrə kodu 3926 90 970 9, 10-cu mövqeləri üzrə Hager” markalı “TYA670D”, “TYA670W” modelli şinlərin rəqəmsal elektron ballastlar ilə birləşdirilməsi üçün birləşdirici şlyuz XİF MN üzrə kodu 8517 62 000 9, 11, 12, 14, 15, 16, 17-ci mövqeləri üzrə “Hager” markalı “75162593”, “75163593”, “75665593”, “MAN0015714”, “MAN0009314”, “5031” modelli 21-32 V gərginliyə hesablanmış düyməli dəyişdirici açarlar XİF MN üzrə kodu 8536 50 110 0 kimi sinifləşdirilir. Bununla da, X2 idarəsinin rəyinə əsasən malların Şəxs MMC tərəfindən **********5846 sorğu nömrəli 16.09.2021-ci il tarixli gömrük bəyannaməsində bəyan edilən XİFMN üzrə **********, ********** kodlar altında deyil, yuxarıda qeyd edilən cədvəldə göstərilən XİFMN üzrə kodlar altında sinifləşdirildiyi təqdirdə Şəxs MMC-nin ümumilikdə 3450,449 manat məbləğində əlavə gömrük ödənişlərinə cəlb edilməli olduğu müəyyən edilmişdir. Beləliklə də, araşdırma zamanı müəyyən edilmişdir ki, Şəxs MMC **********5846 sorğu nömrəli 16.09.2021-ci il tarixli gömrük bəyannaməsi üzrə ümumilikdə 3450,449 manat məbləğində gömrük ödənişlərinin ödənilməsindən yayınmışdır. **********7344 sorğu nömrəli 02.11.2020-ci il tarixli gömrük bəyannaməsi üzrə 2001,77 manat məbləğində gömrük ödənişlərinin ödənilməsindən yayınma faktına görə Şəxs MMC barəsində Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə 12.11,2020-ci il tarixdə 00100-2381/20 saylı iş üzrə icraat başlanılmışdır, ilk dəfə Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmiş hügugi şəxs Şəxs MMC barəsində 00100-2381/20 nömrəli iş üzrə icraata vurulmuş ziyanın tamamilə ödənilməsi ilə əlaqədar həmin maddənin Qeyd hissəsinin 2-ci bəndinə əsasən 00100/2392 nömrəli 19.11.2020-ci il tarixli Qərarla xitam verilmişdir. Beləliklə də, şəxsin ilk dəfə inzibati xəta törətmiş şəxs hesab edilməsi və inzibati məsuliyyətə cəlb edilməmiş sayılması üçün tələb olunan 1 (bir) il müddət keçmədən yenidən şirkət gömrük ödənişlərinin ödənilməsindən yayınmışdır. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMC-nin qanuni təmsilçisi (direktoru) Qanuni nümayəndə bildirdi ki, Türkiyə Cümhuriyyətindən (Qaimə HG**********0713, TİR 34GR8160/34ZL7792) mal alarkən malların XİFMN kodlarını YGB **********5846-da düzgün qeyd etmişlər. Belə ki, göstərilən malların hamısı işıqlandırma üçün istifadə olunan avadanlıqlarıdır və yaxud elektrik açarlarının ayrılmaz hissələridir, amma nədənsə onların bəzilərinə səs sistemi bəzilərinə isə plastmasdan düzəldilmiş mallar kimi baxılmışdır. Bu fakt məhkəmə texniki ekspertizasının rəyində də öz əksini tapmışdır. Göstərilənləri nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etdi. Protokol tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin məhkəmə iclasına gəlməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş qurumun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsində nəzərdə tutulan əməli törətməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Dövlət Gömrük Komitəsinin Qida məhsullarının rəsmiləşdirilməsi şöbəsinin rəisi tərəfindən tərtib edilmiş raportdan görünür ki, Şəxs MMC-nin ünvanına 34GR8160/34ZL7792 nömrəli nəqliyyat vasitəsilə, HG**********0713 saylı 08.09.2021-ci il tarixli invoys sənədi ilə daxil olmuş “Müxtəlif növ” yükü **********5846 sorğu nömrəli 16.09.2021ci il tarixli gömrük bəyannaməsi ilə gömrük orqanına bəyan edilmişdir. Sözügedən gömrük bəyannaməsi üzrə bəyan edilmiş mallara dair mal müşayiət sənədlərinin düzgünlüyünün araşdırılması zamanı XİF MN üzrə “**********” “**********” saylı kod altında bəyan edilmiş malların XİF MN üzrə hansı kod altında sinifləşdirildiyinin müəyyən edilməsi məqsədilə X2 İdarəsinə müraciət olunmuş, həmin İdarədən 2200-017/003-25/004717 saylı 24.09.2021-ci il tarixli məktubun nəticəsinə əsasən HG**********0713 saylı 08.09.2021-ci il tarixli invoys üzrə bəyan edilmiş “Müxtəlif növ” yükünün XİF MN üzrə 1 ;5;6;7;20-ci pozisiyalar üzrə ********** (15%), 9 və 10-cu pozisiyalar üzrə ********** (15%), 11; 12; 14; 15; 16; 17-ci pozisiyalar üzrə isə ********** (15%), saylı kodlar kod altında sinifləşdirildiyi, yəni malın “5”% rüsum dərəcəsinə aid olmadığı aşkar olunmuşdur. Cəmiyyət tərəfindən əlavə ödəniləcək məbləğ 3450,449 manat təşkil edir. İş materiallarında olan 19.11.2020-ci il tarixli İnzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərardan görünür ki, ilk dəfə Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmiş hüquqi şəxs Şəxs MMC barəsində icraata vurulmuş ziyanın tamamilə ödənilməsi ilə əlaqədar həmin maddənin Qeyd hissəsinin 2-ci bəndi və İnzibati Xətalar Məcəlləsinin 53.0.10-cu maddəsinə əsasən xitam verilmişdir. İş materiallarında olan X2 İdarəsinin 07.06.2021-ci il tarixli sənədindən görünür ki, 260221-0 saylı 20.05.2021-ci il tarixli invoys əsasında idxal olunan yüklər XİF MN üzrə “8414 10 890 9”, “8414 80 750 9” saylı kod altında sinifləşdirilir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 10.06.2021-ci il tarixli 9/6042 saylı ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”nə əsasən ekspertiza tədqiqatına təqdim edilmiş malların “**********”, “39235090”, “**********”, (5%) göstərilən kodlara uyğunluğu müəyyən edilir. Ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat təşkil edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsinə əsasən gömrük ödənişlərini (borcunu) ödəməkdən yayınmağa görə, bu az miqdarda olduqda-ödənilməli olan gömrük ödənişlərinin məbləğinin yetmiş faizindən yüz əlli faizinədək məbləğdə cərimə edilir. Qeyd:1. Bu maddədə “az miqdarda olduqda” dedikdə, iyirmi min manatdan yuxarı olmayan məbləğ başa düşülür. 2.Bu maddədə nəzərdə tutulmuş əməli ilk dəfə törətmiş şəxs inzibati xəta nəticəsində vurulmuş ziyanı tamamilə ödədikdə inzibati məsuliyyətdən azad olunur Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Həmin Məcəllənin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, işin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən hesab edir ki, inzibati xəta hadisəsi olmadığından hazırkı iş üzrə Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. Bu səbəbdən, inzibati iş üzrə keçirilmiş ekspertiza xərci olan 100 (bir yüz) manat məbləğində pul vəsaiti Şəxs MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 128-130 və 505-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin (04 oktyabr 2021-ci il tarixli 00100-1901/21 nömrəli inzibati xəta haqqında protokol). İnzibati xəta haqqında iş üzrə ekspertiza xərcinin dəyəri olan 100 (bir yüz) manat məbləğində pul vəsaiti Şəxs MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, X1 Kodu 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ ********************, SWİFT CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34STRE********************) hesabına köçürülsün. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bir başa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar