Məhkəmə qərarları › İş №3(009)-9/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-9/2025

18.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-9/2025 18.03.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, X9 qızının katibliyi ilə, X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair materiala məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsi tərəfindən tərtib edilmiş 11 dekabr 2024-cü il tarixli 00100-03405/24, EP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar baxılması üçün Səbail Rayon məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında 00100-03405/24, EP ******* saylı, 11 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinə daxil olmuş xx.xx.2024-cü il tarixli 3-33-1100/013/028997 saylı raporta əsasən sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs X2 ünvanına 91AE627/91AE628 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsində daxil olmuş “plastmasdan birdəfəlik qablar" yükü xx.xx.2024-cü il tarixli **********5948 sorğu nömrəli gömrük bəyannaməsi ilə Bakı Bas Gömrük İdarəsində sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında bəyan edildikdən sonra həmin yükə 15 oktyabr 2024-cü il tarixdə “İpək Yolu” gömrük postunun inzibati ərazisində yerləşən anbarda gömrük yoxlaması tətbiq edilmişdir. Gömrük yoxlaması zamanı 06 oktyabr 2024-cü il tarixli 244 nömrəli invovsda göstərilən mallarla yük nəqliyyat vasitəsinin qoşqusunda daşınan “plastmasdan birdəfəlik qablar” yükü eyniləşdirilmişdir. Eyniləşdirmə zamanı invoysda göstərilən mallarla 91AE627/91AE628 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsində daşınan faktiki yük arasında uyğunsuzluq aşkar edilmişdir. Belə ki, 244 nömrəli invovsun 5-ci və 6-cı mal mövqelərində ümumilikdə netto çəkisi 650 kq olan “birdəfəlik ketçup qabı” yükü göstərildiyi halda, faktiki olaraq vük nəqliyyat vasitəsinin qoşqusunda netto çəkisi 621 kq "polietilen torbalar” yükü aşkar edilmişdir. Aşkar edilmiş “polietilen torbalar” yükünün mikron qalınlığının 15 mikrondan aşağı olma şübhəsinə görə “polietilen torbalar” yükündən nümunələr götürülərək X6 İdarəsinə təqdim edilmişdir. Gömrük orqanı tərəfindən aşkarlanmış mallar barədə X4 İdarəsinin XM**********20 nömrəli ekspert rəyinə əsasən netto çəkisi 621 kq “polietilen torbalar” yükünün mikron qalınlığı 11.3 və 9.3 olaraq müəyyən edilmişdir. Barəsində inzibati xəta haqqında is üzrə icraat aparılan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs X2 etibarnamə üzrə səlahiyyətli şəxsi əliyeva Səkinə Vüqar qızı izahatında bildirdi ki, İran İslam Respublikasında yerləşən "X5” şirkəti tərəfindən X2 ünvanına 91AE627/91AE628 dövlət qeydiyyatı nömrə nişanlı nəqliyyat vasitəsilə göndərilmiş və xx.xx.2024-cü il tarixdə Bakı Bas Gömrük idarəsində **********5948 sorğu nömrəli gömrük bəyannaməsi ilə sərbəst dövriyyə üçün buraxılış gömrük prosedurunda bəyan edilmiş yüklərə xx.xx.2024-cü il tarixdə “İpək Yolu" gömrük postunda gömrük əməkdaşları tərəfindən gömrük yoxlaması keçirilmişdir. Gömrük yoxlamasında şəxsən iştirak etmişdir. Gömrük yoxlaması zamanı 244 nömrəli invovsun 5-ci və 6-cı mövqelərində qeyd olunan “birdəfəlik ketçup qabları” yükü əvəzinə “polietilen torbalar” yükü aşkar edilmişdir. Aşkar edilmiş “polietilen torbalar” yükününün qalınlığının 15 mikrondan az olması şübhəsinə görə mallardan nümunələr götürülərək X6 İdarəsinə təqdim olundu. X6 İdarəsinin XM**********20 nömrəli ekspert rəyi ilə tanış olduğunu və bas verən halla bağlı təqsirli olduqlarını qeyd etmişdir. Nəticədə, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs X2 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 275.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu fakt: 15 oktyabr 2024-cü il tarixli gömrük yoxlaması, 17 oktyabr 2024-cü il tarixli 3-33-1100/013/028997 nömrəli raport, 06 oktyabr 2024-cü il tarixli 244 nömrəli invoys, 11 oktyabr 2024-cü il tarixli **********5948 sorğu nömrəli gömrük bəyannaməsi, etibarnamə üzrə səlahiyyətli şəxsin izahatı, Məhkəmə Gömrük Ekspertizası İdarəsinin XM**********20 nömrəli ekspert rəyi və isdə olan digər sənədlərlə tam və kifayət qədər təsdiq olunur. Qanunla müəyyən olunmuş qaydada və müddətdə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq məhkəmə iclasına gəlmədiyi və səbəbini bildirmədiyi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3 və 112.1.4-cü maddələrinə əsaslanaraq inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsi və barəsində protokol tərtib olunmuş şəxsin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Məhkəmə ekspertiza rəylərini tədqiq edərək və iş üzrə digər mühüm əhəmiyyət kəsb edən materialları araşdıraraq hesab edir ki, X3 barəsində tərtib edilmiş protokol üzrə işin icraatına xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 12 fevral 2025-ci il tarixli 6/216 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş 1 ədəd polimer torba rulonundan götürülmüş düzbucaqlı formalı, rəngsiz, şəffaf, qulpsuz, torbaların materialı polietilen əsaslı olub qalınlıqları 20 mikron təşkil edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.4-cü maddəsinə əsasən qalınlığı 15 mikrona qədər olan polietilen torbaların, habelə birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, qaşıq, bıçaq, boşqab və stəkanların sahibkarlar tərəfindən idxalına, istehsalına, həmçinin ticarət, ictimai iaşə və digər xidmət obyektlərində istehlakçıya satılmasına və ya verilməsinə görə inzibati xətanın bilavasitə obyekti olan plastik materiallar müsadirə edilməklə, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4-cü maddəsinə görə inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4-cü maddəsinə görə inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə hesab edir ki, X1 əməlində inzibati xəta tərkibi olmadığına görə, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.4-cü maddəsi ilə başlanılmış icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2, 105, 109.2 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : X1 əməlində inzibati xəta tərkibi olmadığına görə, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.4-cü maddəsi ilə başlanılmış icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar