Məhkəmə qərarları › İş №3(009)-90/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-90/2022

19.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-90/2022 19.01.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Qəribli Günel Adil qızının katibliyi, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs Fərdi Firmasının nümayəndəsi X2 iştirakı ilə, Şəxs Fərdi Firmasının Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhəkəmə MÜƏYYƏN ETDİ: Şəxs Fərdi Firmasının Azərbaycan Respublikası İXM-nin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsi tərəfindən tərtib edilmiş 29 dekabr 2021-ci il tarixli 00100-2663/21 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokola əsasən "xxxx" Fərdi Firması 22 dekabr 2021-ci il tarixdə Bakı Bas Gömrük idarəsində **********8296 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilərək rəsmiləşdirilmiş, Litvadan 27AC815/27ZA366 nömrəli nəqliyyat vasitəsi ilə göndərilmiş yükü Azərbaycan Respublikasının gömrük ərazisinə gətirməzdən əvvəl Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinin tələblərinə riayət edərək gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verməli olduğu halda, 21 dekabr 2021-ci il tarixdə saat 14:23-də Şimal Ərazi Bas Gömrük idarəsinin “Samur” gömrük postundan keçirilməklə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmiş həmin mallara dair **********5646 sorğu nömrəli qısa idxal bəyannaməsini 21 dekabr 2021-ci il tarixdə saat 15:04də gömrük orqanlarına elektron formada verərək, həmin mallar gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verməmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs Fərdi Firmasının nümayəndəsi X3 ərizə təqdim edərək bildirmişdir ki, eyni yük nəqliyyat vasitəsi ilə, eyni xarici ölkədən, eyni vaxtda, eyni idxalçıya eyni tərkibli və təyinatlı mallar idxal edilmişdir. İdxal olunan mallar 21.12.2021-ci il tarixdə saat 14:18, 14:13 və 14:23-də daxil olmuş və gömrük orqanı tərəfindən rəsmiləşdirilmişdir. Vahid nəqliyyat vasitəsilə ilə daşınaraq gömrük ərazisinə daxil olmuş həmin mallara 20.12.2021-ci il tarixdə qısa idxal bəyənnaməsi tərtib edilərək müvafiq rüsumlar ödənilmişdir. Lakin pandemiya ilə bağlı son iilər sərhəd və gömrük keçidlərində yaranan bir neçə kilometrlik nəqliyyat tıxacı şəraitində ehtiyatsızlıqdan və məcburi vəziyyətdə sənədləşdirilmə tam aparılmadan, qısa idxal bəyənnaməsi haqqında gömrük orqanına məlumat verilmədən sərhəddi keçmək məcburiyyətində qalmışdır. İnzibati iş üzrə İXM-nin müvafiq normalarının tətbiq olunması üçün əsasların olmadığını hesab edirlər. Belə ki, Şəxs Fərdi Firmasının inzibati xəta törətməkdə hər hansı bir xeyir əldə etmək niyyəti olmamış və etməmişdir. Bir gün öncədən qısa idxal bəyənnamələri tərtib edilmiş, həmin bəyənnamələrə görə müvafiq rüsumlar büdcəyə ödənilmişdir. Həmçinin eyni nəqliyyat vasitəsində, eyni xarici ölkədən eyni malların eyni bir şəxsə idxal olunması ilə bağlı üç inzibati protokolun tərtib edildiyini, həmin işlərin də Səbail Rayon Məhkəməsinin icraatında olduğunu bildirərək hər üç protokolun vahid inzibati işdə birləşdirilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Fərdi Firmasının Azərbaycan Respublikasının İXM-nin 485.2-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. İş materiallarına əlavə edilmiş Bakı Bas Gömrük İdarəsinin Qida məhsullarının rəsmiləşdirilməsi şöbəsinin rəisi tərəfindən tərtib olmus raporta əsasən Şəxs Fərdi Firmasının adına 22.12.2021-ci il tarixdə 27AC815/27ZA366 nömrəli nəqliyyat vasitəsi ilə ölkə ərazisinə daxil olmuş **********8296 nömrəli GB ilə bəyan olunan yüklər üçün tərtib olunan Qısa idxal bəyənnaməsinin 40-cı qrafasında Qısa idxal bəyənnaməsi tərtib ediməmişdir. İş materiallarına əlavə edilmiş Dövlət Gömrük Komitəsinin “X1 Sistemi” informasiya resursundan “malın çatdırılması və boşaldılması” na dair çıxarışdan görünür ki, 27AC815/27ZA366 nömrəli nəqliyyat vasitəsi ilə Şəxs Fərdi Firmasının ünvanına göndərilən mallar 21 dekabr 2021-ci il tarixdə saat 14:23-də Şimal Ərazi Bas Gömrük idarəsinin “Samur” gömrük postundan keçirilməklə Azərbaycan Respublikası gömrük ərazisinə gətirilmişdir. Həmin mallara dair **********646 sorğu nömrəli qısa idxal bəyənnaməsini 21.12.2021-ci il tarixdə saat 15:04-də gömrük orqanına elektron formada vermişdir. İş materiallarından müəyyən edilir ki, Bakı Baş Gömrük İdarəsində barəsində icraat aparılan Şəxs Fərdi Firmasının nümayəndəsinin iştirakı təmin edilmiş və cəmiyyətin nümayəndəsi inzibati xətanın törədilməsini etiraf etmişdir. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs Fərdi Firmasının Azərbaycan Respublikasının İXM-nin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113-cü maddəsinin 1-ci bəndinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur. “Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə Qaydalarının” təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 21 may 2016-cı il tarixli 920 nömrəli Fərmanının 2.2-ci bəndinə əsasən qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan zəruri olan məlumatlar əks etdiriməli və malların gömrük sərhədini keçməsindən ən azı 1(bir) saat əvvəl verilməlidir. Azərbaycan Respublikasının İXM-nin 485.2-ci madədsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə - vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Fərdi Firmasının Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir və onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 18, 40, 43, 114- 115 və 485.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Fərdi Firması Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində 1500 (bir min beş yüz) manat məbləğində inzibati cərimə tətbiq edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar