Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-90/2023 22.02.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" şirkətinin Azərbaycan Respublikasındakı filialının nümayəndəsi Nümayəndə2, Azərbaycan Respublikası Mərkəzi Bankının səlahiyyətli nümayəndəsi X1 iştirakları ilə, "xxxx" şirkətinin Azərbaycan Respublikasındakı filialının Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: "xxxx" şirkətinin Azərbaycan Respublikasındakı filialının Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib edilmiş 16 yanvar 2023-cü il tarixli EP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, "xxxx" şirkətinin Azərbaycan Respublikasındakı filialı 1726234.70 ABŞ dolları məbləğində vəsaiti 28 dekabr 2020-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 1726234.70 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta 29 dekabr 2022-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Nəticədə "xxxx" şirkətinin Azərbaycan Respublikasındakı filialının tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Mərkəzi Bankının səlahiyyətli nümayəndəsi X2 protokolu müdafiə edir və edən "xxxx" şirkətinin Azərbaycan Respublikasındakı filialı barədə inzibati tənbeh görülməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" şirkətinin Azərbaycan Respublikasındakı filialının nümayəndəsi Nümayəndə2 protokola etiraz edərək bildirmişdir ki, inzibati xəta haqqında protokola əlavə edilmiş "xxxx" ASC-nin Mərkəzi Banka ünvanlandığı məktubdan göründüyü kimi, bank müvafiq gömrük bəyannamələrində uyğunsuzluq olduğu üçün bütün bəyannamələri bağlaya bilmədiyini qeyd etmiş, lakin bu uyğunsuzluğun nədən ibarət olduğunu göstərməmişdir. Həmin uyğunsuzluq müvafiq gömrük bəyannamələrinin 20-ci qrafasının (Çatdırılma şərtləri) üçüncü yarımbölməsindədir. Belə ki, bütün gömrük bəyannamələrinin həmin yarımbölməsində “100” kodu əvəzinə səhvən “120” kodu yazılmışdır. Qeyd olunan mallar üzrə əvvəlcədən ödəniş olduğuna görə, “120” kodu, yəni “malın dəyəri ödənilməmişdir” kodu ilə həmin bəyannamələr bank tərəfindən bağlana bilməmişdir. Bunu təsdiq edən bankdan alınmış müvafiq məktubu, gömrük bəyannamələrini, satınalma sifarişini, invaysları və ödəniş tapşırığı əlavə edilmişdir. Məktubda göründüyü kimi, müvafiq mallar ölkəyə idxal olunsa da bəyannamələrdəki yalnız bu kod uyğunsuzluğu səbəbindən bəyannamələr bağlana bilməmişlər. Təqdim edilən sənədlərdən də göründüyü kimi filial tərəfindən 28 dekabr 2020-ci il tarixli 13921 nömrəli köçürmə ərizəsi əsasında qabaqcadan edilmiş 1726234.70 (bir milyon yeddi yüz iyirmi altı min iki yüz otuz dörd dollar yetmiş sent) dollar məbləğində ödəniş üzrə alınmış mallar tam şəkildə ölkəyə idxal edilmişdir. Odur ki, filial hər hansı inzibat xəta törətməmişdir. Qeyd edilənləri nəzərə alaraq, inzibati xəta hadisəsi olmadığından iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə inzibati iş materialda olan və məhkəmə iclasında "xxxx" şirkətinin Azərbaycan Respublikasındakı filialının Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsinə əsasən Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə- vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması” Qaydalarının 4.3.1.3-cü maddəsinə əsasən qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. İş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin Azərbaycan Respublikasının Mərkəzi Bankına ünvanlanmış məktubundan görünür ki, Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydalarının 4.3.1.3 bəndinə müvafiq olaraq xx.xx.2020-cu il və xx.xx.2020-ci il tarixlərində Azərbaycan Respublikasından kənara mal üçün qabaqcadan ödəniş etmiş və köçürmələrin 2 il tamam olmasına baxmayaraq gömrük bəyannaməsini təqdim etməyən və ya gömrük bəyannaməsində uyğunsuzluqlar olduğuna görə bəyannamələrini bağlaya bilmədiyikləri müştərilərin adlarını köçürməyə aid bütün təsdiqedici sənədləri Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. İş materiallarına əlavə edilmiş 28 dekabr 2020-ci il tarixli 13921 saylı ödəniş tapşırığından görünür ki, xx.xx.2020-ci il tarixli 10140060 saylı müqavilə və xx.xx.2020-ci il tarixli FV000198808, 030920, FV000203095 saylı İNVOİCE əsasında "xxxx" şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən 1726234.70 ABŞ dolları məbləğində vəsait “CUNADO SAU”-nun bank hesabına köçürülmüşdür. İş materiallarına əlavə edilmiş gömrük bəyannamələrindən görünür ki, "xxxx" şirkəti tərəfindən xx.xx.2020-ci il tarixdə xaricə köçürülmüş 1726234.70 ABŞ dolları məbləğində vəsait hesabına alınmış mallar Azərbaycan Respublikasına idxal edimişdir. İş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin "xxxx" şirkətinin Azərbaycan Respublikasındakı filialına ünvanlanmış məktubundan görünür ki, "xxxx" Şirkətinin AR filialı tərəfindən xx.xx.2020-ci il tarixli 13921 nömrəli köçürmə ərizəsi əsasında qabaqcadan edilmiş 1,726,234.70 USD (Bir milyon yeddi yüz iyirmi altı min iki yüz otuz dörd ABŞ dolları 70 sent) məbləğində ödəniş üzrə banka təqdim edilmiş alınmış malların ölkəyə idxal edilməsini təsdiq edən müvafiq gömrük bəyannamələrində (124 ədəd) uyğunsuzluq aşkar edildiyinə görə həmin bəyannamələr bağlana bilməmişdir. Həmin uyğunsuzluq müvafiq gömrük bəyannamələrinin 20-ci qrafasınm (Çatdırılma şərtləri) üçüncü yarımbölməsindədir. Belə ki, bütün gömrük bəyannamələrinin həmin yarımbölməsində “100” kodu əvəzinə səhvən “120” kodu yazılmışdır. Qeyd olunan mallar üzrə əvvəlcədən ödəniş olduğuna görə, “120” kodu, yəni “malın dəyəri ödənilməmişdir” kodu ilə həmin bəyannamələr bank tərəfindən bağlana bilməmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, "xxxx" şirkətinin Azərbaycan Respublikasındakı filialı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan əməli törətməsi sübuta yetirilmir. Belə ki, iş materialları məhkəmə iclasında araşdırılarkən müəyyən edilmişdir ki, "xxxx" şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən 28 dekabr 2020-ci il tarixdə xaricə köçürülmüş 1726234.70 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların ölkəyə idxal edilməsi təqdim edilmiş gömrük bəyannamələr ilə sübuta yetirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 11.2-ci maddəsinə əsasən inzibati xətalara görə məsuliyyəti yüngülləşdirən və ya onu aradan qaldıran normativ hüquqi aktların geriyə qüvvəsi vardır, yəni həmin aktlar onların qüvvəyə mindiyi vaxtadək törədilmiş, həmçinin inzibati tənbeh tətbiq etmə haqqında qərarı tam icra olunmamış xətalara da şamil edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Həmin Məcəllənin 53.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, "xxxx" şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53,115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10(on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Səmədova
Məhkəmə qərarları › İş №3(009)-90/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-90/2023
22.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver