Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(009)-900/2022 03.06.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, "Xəzər-1" firmasının Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 07.04.2022-ci il tarixli MN ******* inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: "Xəzər-1" firması Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 07.04.2022ci il tarixli MN ******* inzibati tənbeh vermə haqqında qərarına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi Nümayəndə2 07.04.2022-ci il tarixli MN ******* inzibati tənbeh vermə haqqında qərarın qanuni və əsaslı olduğunu bildirərək, şikayətçi tərəfindən qərardan şikayət vermə müddətinin ötürüldüyünü ona görə də şikayətin geri qaytarılmasını xahiş etdi. Şikayətçiyə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən şikayət vermiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsini, həmçinin ona əlavə edilmiş materialları nəzərdən keçirərək hesab edir ki, şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər şikayətçiyə geri qaytarılmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 07.04.2022-ci il tarixli MN ******* inzibati tənbeh vermə haqqında qərarından görünür ki, həmin qərar Quliyev Mübariz barəsində tərtib edilmiş, lakin qərardan şikayət "Xəzər-1" firmasının adından Quliyev Mübariz tərəfindən həmin firmanın direktoru kimi imzalanmaqla verilmişdir. Eyni zamanda şikayət ərizəsi qərardan qanunvericilikdə nəzərdə tutulmuş şikayət vermə müddəti ötürülməklə verilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikasının İXM-nin 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.2-ci maddəsinə əsasən, bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. İş materiallarından və şikayət ərizəsindən görünür ki, inzibati tənbeh vermə haqqında qərar 07.04.2022-ci il tarixdə qəbul edilsə də, şikayət 16 may 2022-ci il tarixdə imzalanmaqla Səbail Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs Quliyev Mübariz öz adından deyil, "Xəzər-1" firmasının adından, onun direktoru kimi məhkməyə müraciət etmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 07.04.2022-ci il tarixli MN ******* inzibati tənbeh vermə haqqında qərarından "Xəzər-1" firmasının verdiyi şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Eyni zamanda izah olunur ki, şikayətin verilmə müddəti üzrlü səbəblərə görə buraxılmışdırsa, şikayətinə buraxılmış müddətin bərpasına dair vəsatət əlavə etməklə barəsində qərar çıxarılmış fiziki şəxsin özü və ya nümayəndəsi qismində səlahiyyətini təsdiq edən sənəd əsasında səlahiyyətli nümayəndəsi tərəfindən yenidən məhkəməyə müraciət edilə bilər. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 109, 114 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "Xəzər-1" firmasının Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 07.04.2022-ci il tarixli MN ******* inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Günel Səmədova
Məhkəmə qərarları › İş №3(009)-900/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №3(009)-900/2022
03.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver