Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-901/2023 14.06.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Məmmədova Nərmin Namiq qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X1 iştirakları ilə, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib edilmiş 04 may 2023-cü il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokola əsasən Şəxs MMC 47021.80 ABŞ dolları vəsaiti 19 aprel 2021-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 32145.91 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmişdir. Xəta 20 aprel 2023-cü il tarixdə hüquqi şəxsin ünvanında törədilmişdir. Bununla da, Şəxs MMC Azərbaycan Respublikasının İXM-nin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X2 bildirmişdir ki, inzibati xəta hadisəsi baş verməmiş, mallar avans ödənişdən sonra ölkəyə idxal edilmişdir. Bununla bağlı Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə iki dəfə məktubla müraciət olunmuş, bildirilmişdir ki, Şəxs MMC-nin adına sifariş olunan və Bakı Baş Gömrük İdarəsində **********2712 nömrəli bəyannamə ilə rəsmiləşdirilməsi həyata keçirilmiş yük üçün qoşma hissəsində yerləşdirilən müqavilələr sistemə səhvliklə yüklənilmişdir. **********810 nömrəli müqavilə **********944 ilə əvəz edilməlidir. Mallar ölkəyə idxal olunmuşdur, lakin deklarasiya düzgün qeyd edilmədiyi üçün idxal olunmamış kimi hesab olunmuşdur. 32145.91 ABŞ dolları dəyərində mallar **********2712 və **********0404 saylı gömrük bəyannamələri ilə qanunla müəyyən edilmiş müddətdə ölkəyə idxal edilmişdir. Göstərilənləri nəzərə alaraq, Şəxs MMC-nin barəsində başlanılmış inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barəsində məhkəməyə məlumat verməmiş və ondan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə işə inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə nümayəndənin izahatını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İXM-nin 430.4-cü maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli köçürmə haqqında ərizədən görünür ki, Şəxs MMC tərəfindən 32145.91 ABŞ dolları məbləğində qabaqcadan ödəniş etməklə pul vəsaiti xaricə köçürülmüşdür. İş materiallarına əlavə olunmuş Şəxs MMC-nin Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Şəxs MMC-nin adına sifariş olunan və Bakı Baş Gömrük İdarəsində **********2712 nömrəli bəyannamə ilə rəsmiləşdirilməsi həyata keçirilmiş yük üçün qoşma hissəsində yerləşdirilən müqavilələr sistemə səhvliklə yüklənilmişdir. **********810 nömrəli müqavilənin **********944 ilə əvəz edilməsi xahiş edilmişdir. İş materiallarına əlavə olunmuş Şəxs MMC-nin Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə ünvanladığı xx.xx.2023-cü il tarixli məktublardan görünür ki, Şəxs MMC-nin adına sifariş olunan və Bakı Baş Gömrük İdarəsində **********2712 nömrəli bəyannamə ilə rəsmiləşdirilməsi həyata keçirilmiş yük üçün qoşma hissəsində yerləşdirilən müqavilələr sistemə səhvliklə yüklənilmişdir. **********095 nömrəli müqavilənin **********944 ilə əvəz edilməsi xahiş edilmişdir. **********0404 nömrəli bəyannamə ilə rəsmiləşdirilməsi həyata keçirilmiş yük üçün təqdim olunan sənədlər bölməsində 4011 və 4013-də yerləşdirilən müqavilələr sistemə səhvliklə yüklənilmişdir. **********095 nömrəli müqavilə **********944 ilə əvəz edilməsi xahiş edilmişdir. İş materiallarına əlavə olunmuş **********2712 və **********0404 saylı gömrük bəyannamələrindən görünür ki, Şəxs MMC-nin Azərbaycan Respublikasından kənara köçürdüyü 32145.91 ABŞ dolları məbləğində xarici valyuta vəsaitinin müqabilində qanunla müəyyən edilmiş müddətdə müvafiq mallar ölkəyə idxal edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs MMC tərəfindən 32145.91 ABŞ dolları məbləğində xarici valyutada olan vəsait köçürmə haqqında ərizəyə əsasən bankda olan hesabından 19 aprel 2021-ci il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürülmüş, həmin köçürmə üzrə mallar **********2712 və **********0404 saylı gömrük bəyannamələri ilə qanunla müəyyən edilmiş müddətdə ölkəyə idxal edilmişdir. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətdə müvafiq mallar ölkəyə idxal edildiyi üçün Şəxs MMCnin əməlində Azərbaycan Respublikasının İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi yoxdur. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 430.4-cü maddəsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə - vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, hazırki iş üzrə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxsə münasibətdə təqsirli sayılan (qəsdən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl mövcud deyildir. Belə ki, Şəxs MMC-nin adına sifariş olunan malların bəyannamə ilə rəsmiləşdirilməsi həyata keçirilən zaman müqavilələr sistemə səhvliklə yüklənilmiş, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətdə müvafiq mallar ölkəyə idxal edilmişdir. Ona görə də, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İXM-nin 430.4-cü maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərəəsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 117, 128-130 və 430.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №3(009)-901/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-901/2023
14.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver