Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-902/2023 24.05.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Məmmədova Nərmin Namiq qızının katibliyi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndəsi X5, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X2 iştirakı ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsi ilə təqsirləndirilməsinə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən tərtib edilmiş MN ******* saylı, xx.xx.2023cü il tarixli inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən tərtib edilmiş MN ******* saylı, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən tərtib edilmiş MN ******* saylı, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC -yə məxsus ünvan 1 ünvanında yerləşən “Gloria” aptekdə xx.xx.2023-cü il tarixdə dərman vasitələrinin dəyərinin kassa çekində 2,85 manat göstərilməsinə baxmayaraq nağdsız ödəniş zamanı nağdsız ödəniş zamanı kartdan 3 manat çıxılması müəyyən edilmişdir. Bununla da, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndəsi X8 bildirmişdir ki, vətəndaş X1 və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə şikayət etmişdir. Belə ki, Şəxs MMC -yə məxsus ünvan 1 ünvanında yerləşən “Gloria” aptekdə xx.xx.2023-cü il tarixdə dərman vasitələrinin dəyərinin kassa çekində 2,85 manat göstərilməsinə baxmayaraq nağdsız ödəniş zamanı nağdsız ödəniş zamanı kartdan 3 manat çıxılması müəyyən edilmişdir. Bununla da barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC tərəfindən 0.15 azn maddi ziyan vurmaqla vətəndaşın hüquqlarını pozaraq haqlı narazılığa səbəb olmuşdur. X8 inzibati xəta haqqında protokolu müdafiə edərək inzibati tənbehvermə barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X6 protokola etiraz təqdim edərək bildirmişdir ki, vətəndaş tərəfindən dəyəri 0.95 qəpik olan 03 ədəd “Teraflu” dərmanı sifariş edilmişdir. Cəmiyyətə məxsus "Gloria" aptekdə xx.xx.2023-cü il tarixdə vətəndaş Zülfüqar Xeyirxəbərov tərəfindən alınan və dəyəri 2.85 manat təşkil edən dərman vasitəsinin satışı zamanı aptek tərəfindən "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin heç bir tələbləri pozulmamışdır. Belə ki, vətəndaş tərəfindən dərman vasitəsinin alınan zaman onun dəyərinin 2.85 manat təşkil etməsi barədə məlumat artıq mövcud idi. Dərman vasitəsinin satış qiymətinin 2.85 manat təşkil etməsinə dair ödəniş çekinin vətəndaşa təqdim edilməsi məntiqi cəhətdən ona dəlalət edir ki, burada heç bir istehlakçının hüququnun pozuntusundan söhbət gedə bilməz. Sadəcə olaraq alqı-satqı zamanı dərman vasitəsinin satış məbləği ödəniş terminalına daxil edilərkən aptek əməkdaşı tərəfindən texniki yanlışlığa yol verilmiş, nəticədə ödəniş terminalından 2.85 manat əvəzinə, 3 manat çıxılmışdır. Lakin baş verən bu texniki yanlışlığa görə dərhal vətəndaşdan üzr istənilib, bunun bir texniki yanlışlıq olması onun nəzərinə çatdırılıb və ona çatası 0.15 manat pulu dərhal özünə qaytarılmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən qəbul edilən xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda səlahiyyətli nümayəndələri X3 tərəfindən qeyd verilmişdir ki, "qeyd olunan iddialarla razı deyildir, heç bir aldatma hadisəsi baş verməmişdir.” Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən Cəmiyyətə ünvanlanan xx.xx.2023-cü il tarixli, 3-211/2-X-xx/xx/2023/3 saylı göstəriş məktubununa cavab olaraq ünvanladığı xx.xx.2023-cü il tarixli, 853/05 saylı cavab məktubla da bildirmişlər ki, aptekdə xx.xx.2023-cü ildə heç bir istehlakçının hüququnun pozuntusunu baş verməmiş, sadəcə olaraq alqı-satqı zamanı dərman vasitəsinin satış məbləği ödəniş terminalına daxil edilərkən aptek əməkdaşı tərəfindən texniki yanlışlığa yol verilmişdir. Hazırki iş üzrə araşdırma aparılarkən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən Azərbaycan Respublikası İnzibati İcraat haqqında Qanunun 24-cü maddəsinin tələbləri tamamilə pozulmuşdur. Ona görə də vətəndaşa aptek tərəfindən məhsulun nə ölçüsündə, nə çəkisində, nə istehlak xüsusiyyətində, nə də hesabında aldadılma halına yol verilmədiyindən həmin əməlin Azərbaycan Respublikası İXM-nin 447.0.1-ci maddəsi üzrə tövsifi əsassız və qeyri-qanunidir. Həmin maddənin tövsifinə fikir versək görərik ki, istənilən halda əgər aldadılma hərəkəti əməldə mövcuddursa, deməli burada iradə ifadəsi yəni bilərəkdən bu hərəkətin edilmə halı da mövcud olmalıdır. Bu əməldə isə məhsulun hesabı ilə bağlı heç bir aldatmadan söhbət gedə bilməz. Qeyd olunanları nəzərə alaraq iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Şəxs MMC-nin nümayəndəsi X2 vəsatəti əsasında şahid qismində dindirilmiş X4 izahatında bildirmişdir ki, MMC-də xəzinədar işləyir, aptekdə “Teraflu” dərmanı 0.95 manata satılır. Vətəndaş 3 ədəd “Teraflu” dərmanı istəmiş, lakin dərmanın qiymətini soruşmamışdır. Daha sonra ödənişi etmək üçün kassaya yaxınlaşmışdır. Kassir texniki yanlışlığa yol verərək ödəniş terminalından 2.85 manat əvəzinə, 3 manat vurmuş və alıcının kartından 3 manat çıxılmışdır. Lakin sonradan alıcı onlara “Siz çox baha satırsınız” dedikdə kassir öz səhvini başa düşərək yanlışlıqla terminala 3 manat vurduğunu anlamış və alıcadan üzr istəyərək 0.15 manatı ona qaytarmışdır. Bu dərman aptekdə artıq 6 aydır ki, 0.95 manata satılır. Alıcı isə həmin dərmanın 0.87 manat olduğunu zənn etmişdir. İş materiallarına əlavə edilmiş fotoşəkildən və qəbzdən görünür ki, xx.xx.2023-cü il tarixli kassa çekində 2,85 manat göstərilmiş, ödəniş terminalında isə kartdan 3,00 AZN çıxılmışdır. Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirib, proses iştirakçılarını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hazırki iş üzrə baş verən texniki yanlışlığa görə vətəndaşa çatası 0.15 manat özünə qaytarıldığı üçün Şəxs MMC-nin əməlində Azərbaycan Respublikasının İXM-nin 447.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulmasına yəni mal satan və ya əhaliyə xidmət göstərən şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyətinə və ya keyfiyyətinə dair istehlakçıların az miqdarda aldadılmasına görə- fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər bir min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, hazırki iş üzrə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxsə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir. Ona görə də, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İXM-nin 447.0.1-ci maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 117 və 447-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №3(009)-902/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-902/2023
24.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver