Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(009)-903/2022 01.06.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, X1 iştirakı ilə X2 Bakı Nəqliyyat Agentliyinin 13 aprel 2022-ci il tarixli, BNA ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 Bakı Nəqliyyat Agentliyinin 13 aprel 2022-ci il tarixli, BNA ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərarından şikayət verərək qərarın ləğv edilməsini və barəsində başlanılmış inzibati xətalar haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X3 məhkəməyə ərizə ilə müraciət edərək Bakı Nəqliyyat Agentliyinin 13 aprel 2022-ci il tarixli, BNA ******* saylı İnzibati tənbeh vermə haqqında qərarından şikayət vermədiyini, iş materiallarına əlavə edilmiş sənədlərlə məhkəmə iclasında tanış olduğunu, 13 aprel 2022-ci il tarixdə baş vermiş inzibati xətaya heç bir aidiyyatı olmadığını, xətanı onun törətmədiyini, qərarda qeyd olunan KİA Rio minik markalı ** NY *** nömrəli avtomobili aprelin əvvəlində sahibinə təhvil verdiyini bildirərək qeyd edilənlərin nəzərə alınmasını və şikayətə baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə şikayət ərizəsini, həmçinin ona əlavə edilmiş materialları nəzərdən keçirərək hesab edilir ki, şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Bakı Nəqliyyat Agentliyinin 13 aprel 2022-ci il tarixli, BNA ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərarından şikayət X3 tərəfindən verilməmiş, şikayətdə olan imza onun tərəfindən icra edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X2 Bakı Nəqliyyat Agentliyinin 13 aprel 2022-ci il tarixli, BNA ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərarından verdiyi şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 109 və 114, 128-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 Bakı Nəqliyyat Agentliyinin 13 aprel 2022-ci il tarixli, BNA ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərarından verdiyi şikayət geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Günel Səmədova
Məhkəmə qərarları › İş №3(009)-903/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №3(009)-903/2022
01.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver