Məhkəmə qərarları › İş №3(009)-907/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-907/2023

07.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-907/2023 07.06.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Məmmədova Məryəmxanım Elman qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Səbail RPİ-nin DYPŞ-nin nümayəndəsi Nümayəndə2, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs iştirakları ilə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Səbail Rayon polis idarəsi tərəfindən tərtib olunmuş 24 fevral 2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə Səbail rayonu, Nizami küçəsi ilə M.Muxtarov küçəsinin kəsişməsində Toyota Prius markalı ** TX *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Səbail RPİ-nin DYPŞ-nin nümayəndəsi Nümayəndə2 inzibati xəta haqqında protokolu müdafiə edərək Şəxs barasində qanuni tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs izahatında bildirmişdir ki, xx.xx.2023-cü il tarixdən etibarnamə əsasında idarə etdiyi Toyota Prius markalı **- TX-*** dövlət nömrə nişanlı avtomobillə Uber şirkətində taksi fəaliyyəti ilə məşğul olur. xx.xx.2023cü il tarixdə Səbail rayonu, Nizami küçəsi ilə M.Muxtarov küçəsinin kəsişməsində yol nəqliyyat hadisəsi baş vermişdir. Özünü təqsirli bilir, əməlinddən peşmandır. Müharibə veteranı olmasını nəzərə alaraq ona yüngül inzibati tənbeh təyin olmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan cinayət işi başlanmasının rədd edilməsi haqqında 03 mart 2023-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması məqsədi ilə toplanmış material Səbail RPİ-nin DYPŞ-nin vasitəsilə Səbail rayon məhkəməsinə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan məhkəmə-tibbi ekspertizanın 68 saylı xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, X1 bədəni üzərində müəyyən edilmiş xəsarətlər-sol bazunun orta 1/3- nin bayır səthinin və hər iki diz oynağı nahiyələrinin iç səthlərinin qansçırları bərk küt əşya (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixli yol-nəqliyyat hadisəsi, ocümlədən hərəkətdə olan avtomaşınların toqquşması nəticəsində sərnişin qismində əmələ gələ bilərdilər, sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizanın 75 saylı xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər alın nahiyyəsinin əzilmiş yarası, eləcə də, sağ baldırın yumşaq toxumalarının əzilməsi bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən və şəraitdə, yəni xx.xx.2023-cü il tarixli yol nəqliyyat hadisəsi, o, cümlədən, hərəkətdə olan avtomaşınların toqquşması nəticəsində sərnişin qismində əmlə gələ bilərdilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. İş materiallarında olan X1 izahatından görünür ki, xx.xx.2023-cü il tarixdə saat 05:30 radələrində iş yoldaşı Zərərçəkmiş şəxs ilə işdən çıxıb evə getmək üçün taksi sifariş etmişlər. Sifariş əsasında Toyota Prius minik markalı, **-FE-*** dövlət nömrə nişanlı avtomobil təyin olunmuşdu. Həmin zaman o avtomobildə arxa sağ tərəfdə, iş yoldaşı Selnur isə qabaq sağ tərəfdə sərnişin qismində əyləşmişlər. Belə ki, qeyd olunan avtomobil il Bakı şəhəri Səbail rayonu Nizami küçəsi ilə Axundov bağına doğru hərəkət edən zaman Murtuza Muxtarov küçəsinin kəsişməsinə çatdıqda gözlənilmədən sağ istiqamətdən, yəni Murtuza Muxtarov küçəsi ilə hərəkət edən avtomobil onların əyləşdiyi avtomobilin sağ hissəsindən vurması nəticəsində YNH-si baş vermişdi. Toqquşma nəticəsində onların avtomobili idarə etməni itirib bir qədər qarşıda dayanmışdı. Bundan sonra onlar avtomobildən düşüb baş vermiş hadisəyə aydınlıq gətrimişlər və hadisə zamanı o və Selnur xəsarət aldıqları üçün TTYS-na müraciət olunmuşdu. Həmçinin hadisə yerinə polis əməkdaşalrı gəlib müvafiq araşdırma aparmışlar. TTYS-nın həkim briqadası oraya gəlib onlara ilkin tibbi yardım göstərib və xəstəxanaya aparmışlar.Xəstəxanada onları tibbi müayinə edib, lazımı köməklik göstərib və ambulator müalicə üçün evə buraxmışlar. Hal-hazərda vəziyyəti yaxşıdır və özünü normal hiss edir.Hadisə zamanı o burnundan, sağ qulağndan, hər iki dizindən və kürək nahiyyəsindən xəsarət almışdır.Hadisə ilə bağh heç bir şikayəti və tələbi yoxdur. İş materiallarında olan cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, vətəndaş Zərərçəkmiş şəxs X1 izahatına oxşar məzmunlu izahat verərək baş vermiş yol-nəqliyyat hadisəsi zamanı xəsarət almasını bildirmişdir. İş materiallarında olan 15 iyul 2000-ci il tarixli 04345 saylı vəsiqənin surətindən görünür ki, Şəxs müharibə veteranıdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, sürücü Şəxs xx.xx.2023-cü il tarixdə saat 05:30 radələrində etibarnamə əsasında idarə etdiyi Toyota Prius markalı **-TX-*** dövlət nömrə nişanh avtomobil ilə Səbail rayonu Murtuza Muxtarov küçəsi ilə hərəkət edib həmin küçə ilə Nizami küçəsinin kəsişməsinə çatıb yolayrıcına daxil olmuş, həmin kəsişmədə yol üstünlüyünə malik olan Nizami küçəsi ilə hərəkətdə olan sürücü X3 etibarnamə əsasında idarə etdiyi Toyota Prius minik markah, **-FE-*** dövlət nömrə nişanh avtomobillə toqquşmuş və toqquşma nəticəsində sonuncu avtomobilin sərnişinlərini olan Zərərçəkmiş şəxs yüngül bədən xəsarətinin və X4ma dərəcəsi təyin edilməyən bədən xəsarətinin yetirilməsinə səbəb olan və həmçinin idarə etməni itirərək Nizami küçəsində yolun sol hissəsində dəyanmış vəziyyətdə olan “Mersesdes” markah **-UK-*** dövlət nömrə nişanh avtomobilə və yolun kənarında quraşdırılmış dəmir məhəcələ dəyməsi ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətmiş və hadisə yerindən yayınmışdır. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 32-ci maddəsinə əsasən Şəxs özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, müharibə veteranı olmasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Şəxs şəxsiyyətini xarakterizə edən halları, törətdiyi inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-117, 128-130, 327.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar